Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-1269/2025 09.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, iddiaçı Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X1 Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikili və yardımçı qurğuların sökülməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaraçay çayının mühafizə zonasında, o cümlədən birbaşa çayın məcrasında Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində inşa etdiyi tikili və yardımçı qurğuların cavabdehin hesabına sökülməsi və çayın zəbt edilmiş mühafizə zonasının və məcrasının əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3 və 10-1.5-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Müəyyən etdim ki, ərizə buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 152.1-ci və 152.1.2-ci maddələrinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən etdim ki, hazırkı iddia ərizəsi bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, iddia ərizəsi iddiaçı Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X1 sədri Nümayəndə tərəfindən imzalansa da, onun həqiqətən iddiaçı Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X1 sədri olmasına dair sənəd, əsas iş yeri həmin hüquqi şəxsdə olmasına dair əmək kitabçasının surəti və ya səlahiyyətlərini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 01 noyabr 2024-cü il tarixli əmrdən görünür ki, Nümayəndə Niyazi oğlu 2024-cü il 01 noyabr tarixdən Azərbaycan Respublikası Dövlət X9 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X1 rəisi vəzifəsinə 03 (üç) ay müddətinə müvəqqəti olaraq təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddələrinin tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Eyni zamanda iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Zaqatala Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Buna görə də, iddiaçı Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X1 iddia ərizəsi səlahiyyəti müəyyən olunmuş qaydada təsdiq edilməyən şəxs tərəfindən imzalandığından və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindəndən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X2 göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 152, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X6 Xidmətinin 12 saylı X1 Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikili və yardımçı qurğuların sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-1269/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-1269/2025
09.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver