Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-127/2022 20.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X10 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə müraciət edərək 01.05.1966-cı il tarixdə Zaqatala rayonu Car kəndində anadan olmuş və Zaqatala rayonu Car kəndində qeydiyyatda olan X1nın psixi və kəmağıllıq vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 01.05.1966-cı il tarixdə Zaqatala rayonu Car kəndində anadan olmuşdur. X1 İ qrup əlildir və bu əlillik diaqnozu ona 28.02.2019-cu ildə təyin edilib. Bu barədə DSMF-nun Zaqatala rayon şöbəsi tərəfindən daimi olaraq, İ (birinci) dərəcəli əlillik təyin edilib, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Hal-hazırda bacısı Əminət Qazıyeva onun himayəsində olmaqla onunla birlikdə yaşayır, bacısına özü baxır. X1 əmək qabiliyyətsizdir və daim kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Onda psixi pozuntu və kəmağıllıq əlamətləri aşkar olunur. X1 öz-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Bundan başqa, X1 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Ona görə də hesab edir ki, 01.05.1966-cı il tarixdə Zaqatala rayonu Car kəndində anadan olmuş və hal-hazırda Zaqatala rayonu Car kəndində yaşayan X1 İ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, bacısının kənar şəxsin köməyinə ehtiyacı vardır. Hesab edir ki, onun üzərində qəyyum təyin olunmalıdır. İddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X14 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 01 may 1966-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İşin halları Zaqatala rayonu Car kənd ZDS-i tərəfindən 16.05.1966-cı il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, 01.05.1966-cı il tarixdə anadan olmuş X5 anası X12, atası isə X2r. AZE seriyalı 18894302 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X8 01.05.1966-cı il tarixdə Zaqatala rayonu Car kəndində anadan olmuş və Zaqatala rayonu Car kəndində qeydiyyatdadır. Zaqatala Rayon İcra Hakimiyyəti Car kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyi tərəfindən 20.10.2021-ci il tarixdə verilmiş 372 nömrəli arayışdan görünür ki, Ərizəçi ailəsi özündən əri X11, qızı X13, qızı X15, oğlu X17 və X1ndan ibarətdir. DSMF-nin Zaqatala Rayon Şöbəsi tərəfindən 28 fevral 2019-cu il tarixdə verilmiş 193848 nömrəli vəsiqədən görünür ki, X8 daimi olaraq İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 11 fevral 2022-ci il tarixli, 89 nömrəli rəyində göstərilmişdir ki, X3 hal-hazırki ekspertiza zamanı aşağıdakılar aşkar olunur. X8 avtomobildə müayinə olunmuşdur. FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, dol bədənlidir. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 120/70 mm c. s.b.. nəbzi dəqiqədə 68 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyri-bərabərdir, fotoreaksiyası zəifdir. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, bəzən anlaşılmaz səslər çıxarır və bu səbəbdən bütün anamnestik məlumatlar bacısı Ərizəçi toplanmışdır. Müayinə zamanı narahat və gərgindir, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilmir. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır, ifadə olunmuş davranış pozğunluğu müşahidə olunur. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur. İQ=32%. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki. X8 xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAGİLLİQ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (DSMF-dan verilmiş 193848 saylı vəsiqə), anamnestik məlumatlar və hazırki ekspertiza (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, onda ifadə olunmuş davranış pozuntusu müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan geri qalması İQ=32%. və s.) imkan verir. X8 uşaqlıqdan AGİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ. DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X8 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X5 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə müavinət təyin edilməsi, sonralar ona İ qrup əlillik verilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, daim valideyinlərinin, sonralar bacısı Ərizəçi nəzarəti və himayəsi altında yaşaması, kənar şəxsin yardımına ehtiyacı olması, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, onda ifadə olunmuş davranış pozuntusu müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan geri qalması İQ=32 % və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 01 may 1966-cı il tarixdə anadan olmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X6 bacısı olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X8 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X5 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X5 bacısı olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 may 1966-cı il tarixdə Zaqatala rayonu Car kəndində anadan olmuş və Zaqatala rayonu Car kəndində qeydiyyatda olan xəstə X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, 01 may 1966-cı il tarixdə Zaqatala rayonu Car kəndində anadan olmuş və Zaqatala rayonu Car kəndində qeydiyyatda olan xəstə X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 01 may 1966-cı il tarixdə Zaqatala rayonu Car kəndində anadan olmuş və Zaqatala rayonu Car kəndində qeydiyyatda olan xəstə X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-127/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-127/2022
20.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver