Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-139/2025 05.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə müraciət edərək, 16 iyun 1969-cu il tarixdə Zaqatala rayonu, Muxax kəndində doğulmuş və yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, 16 iyun 1969-cu il tarixdə Zaqatala rayonu Muxax kəndində doğulmuş X6 onun doğma qardaşıdır. O, anadangəlmə xəstədir, ikinci qrup əlildir. X6 xəstəliyi ilə əlaqədar öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. O, kənar şəxsin baxım və köməyinə ehtiyac tələb edən “H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, lal-kar, nitqin pozulması, F80.8 Dil və nitqin pozulması” diaqnozu ilə özünə qulluq qabiliyyəti olmayan, kənar şəxslərin qulluğuna ehtiyaclı İİ dərəcə əlilliyi olan şəxsdir. Onların ataları ölüb və atalarından miras qalan torpaq sahələrinə vərəsəliyin açılması ilə bağlı notariusa müraciət etmişdirlər. Notariusdan bildirilmişdir ki, qardaşının lal-kar olduğu və İİ qrup əlil olduğu üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Qardaşına o baxır, onun himayəsindədir, onun hər bir qayğısını o çəkir. Qardaşı lal-kar olduğu üçün köməksiz heç bir şey edə bilmir. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X6 onun doğma qardaşıdır. O, 5 yaşından lal və kardır. Barəsində İİ qrup əlillik müəyyən edilmişdir. Bildirir ki, artıq 15 ildir ki, qardaşına o baxır. Qardaşı xəstəliyi ilə əlaqədar doğru qərar qəbul edə bilmir. Ərizənin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X8 məhkəmə iclasında bildirdi ki, ekspert rəyi ilə X6 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilmişdir. Odur ki, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar İş materiallarında olan Zaqatala rayonu Muxax kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi himayəsində qardaşı X6 və oğlu X12 vardır. İş materiallarında olan Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X16 Konsultativ Poliklinika tərəfindən verilmiş 575 saylı xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X6 H90.3 eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, lalkar, nitqin pozulması, F.80.8 dil və nitqin pozğunluğu diaqnozu ilə Zaqatala RMX-sı PHŞ-in Poliklinika Şöbəsinin otolorinqoloji kabinetində dispanser qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-də müayinə aktından çıxarışdan görünür ki, X6 barəsində ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon Psiziatriya Xəstəxanasının 08yanvar 2025ci il tarixli 11 saylı arayışından görünür ki, X6 08 yanvar 2025-ci il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Diaqnozu nitq artikulyasiyasının spesifik pozuntusudur F80.0-dir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” X14 X11 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 14 yanvar 2025-ci il tarixli 28 saylı rəyindən görünür ki, X3 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Zaqatala RMX PHŞ-dan verilmiş xx.xx.2024-cü il tarixli 575 saylı arayış, Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2025-ci il tarixli 11 saylı arayış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyinin kobud pozulmaması, kontakta çətinliklə daxil olması, istədiyini əl hərəkətləri ilə başa salması, anamnestik məlumatlar və olmuş hadisələr əsasən bacısı Ərizəçi Bahəddin qızından və mülki işin materiallarından toplanılması, hazırki müayinə zamanı obyektiv olaraq ona psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən edilməməsi, bir yerdə oturaraq ətrafdakılara normal reaksiya verməməsi, maraq dairəsi nisbətən daralması, emosiyaları və affektiv reaksiyalarının adekvat olması və s.) sübut edir. X3 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. X4 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilməməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətindədir. X7 hal-hazırda fəaliyyət qabiliyyəti olan şəxs hesab edilir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, 16 iyun 1969-cu il tarixdə Zaqatala rayonu Muxax kəndində doğulmuş X6 Ərizəçi qardaşıdır. X1 şəxsin baxım və köməyinə ehtiyac tələb edən “H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, lal-kar, nitqin pozulması, F80.8 Dil və nitqin pozulması” diaqnozu ilə özünə qulluq qabiliyyəti olmayan, kənar şəxslərin qulluğuna ehtiyaclı İİ dərəcə əlilliyi olan şəxsdir. Ərizəçi qardaşı X2 lal-kar olduğundan sərbəst heç bir şey edə bilməməsini əsas gətirərək onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 07 noyabr 2024-cü il tarixli e-2(033)-1217/2024 saylı qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” X14 X11 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 14 yanvar 2025-ci il tarixli 28 saylı rəyi alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” X14 X11 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 14 yanvar 2025-ci il tarixli 28 saylı rəyini mötəbər sübut kimi qiymətləndirərək, belə hesab edir ki, X4 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilməməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətində olduğundan və hal-hazırda fəaliyyət qabiliyyəti olan şəxs hesab edildiyindən ərizə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi 16 iyun 1969-cu il tarixdə Zaqatala rayonu, Muxax kəndində doğulmuş qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-139/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-139/2025
05.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver