Məhkəmə qərarları › İş №2(033)-140/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-140/2022

03.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-140/2022 03.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 miras qalmış Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1998 ha həyətyanı torpaq sahəsi üzərində bütövlükdə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə prosesinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, nənəsi X8 10 avqust 2011-ci il tarixdə ölmüşdür. X1 miras qalmış Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1998 ha həyətyanı torpaq sahəsini X10 qəbul etmiş və idarə etmişdir. Həmin torpaq sahəsinin üzərində X10na məxsus fərdi yaşayış evi də olmuşdur. X10 isə 26 yanvar 2013-cü il tarixdə ölmüşdür və ondan miras qalmış əmlakları digər vərəsələrin də razılığı ilə o öz adına keçirmişdir. Qeyd olunan miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Zaqatala Rayon 2 saylı Notariat Ofisinə müraciət olunmuş, lakin, notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. İşdə olan X27 kənd soveti tərəfindən 22 yanvar 1979-cu il tarixdə verilmiş Vİ-JQ seriyalı 353602 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuş, onun X10, anası isə X3r. İş materiallarında olan Muxax kənd Soveti tərəfindən 24 mart 1950-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 25.02.1950-ci il tarixdə anadan olmuş X14 atası X9, anası isə X13r. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 yanvar 2013-cü il tarixli AZ-İ seriyalı 576566 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünr ki, X24 26.01.2013-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 01-ci ayının 29 günündə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 27.11.2020-ci il tarixli AZ-İİ seriyalı 125961 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünr ki, X8 10.08.2011-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin 08-ci ayının 12-ci günündə 21 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 25.06.2021-ci il tarixdə verilmiş 733 nömrəli arayışdan görünür ki, Muxax kənd sakini mərhum-26.01.2013-cü ildə vəfat etmiş X24, Muxax kənd sakini 10.08.2011 -ci ildə vəfat etmiş X6 varisidir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 26.10.2021-ci il tarixdə verilmiş 1109 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum X10 öldüyü günədək, yəni, 26.01.2013-cü ilədək Zaqatala rayonu Muxax kəndində yaşamışdır. Mərhumun vəfatından sonra İddiaçı, X11, X18 və X25 adında varisləri qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 21.12.2021-ci il tarixli 1266 nömrəli arayışdan görünür ki, Muxax kənd sakini mərhum X15 ilə Muxax kənd sakini mərhum X8 ər-arvad olmuşlar və bir yerdə yaşamışlar. İş materiallarında olan Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 02 dekabr 2020-ci il tarixli 1100 nömrəli məktubdan görünür ki, mərhum X8 vəsiyyətnamə qoymadığı üçün o mərhumla, qohumluq əlaqələrini təsdiq edən sənəd təqdim etməlidir. Qohumluq əlaqələrini müəyyən edən sənəd təqdim etmədiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmirlər. Miras qoyan X8 ilə qohumluq əlaqələrini müəyyən etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reeystrində 45 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində aparılmış 03.08.2021ci il tarixli ********** nömrəli qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, reyestr nömrəsi **********34-10301 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X6 adına və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 107,10 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1998 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X6 mülkiyyətindədir. X8 ilə iddiaçının atası olan X14 atası X15 ər-arvad münasibətlərində olmuş və bir yerdə yaşamışlar. X8 10.08.2011-ci il tarixdə vəfat etmişdir. X6 ölümündən sonra ondan miras qalmış torpaq sahəsi iddiaçının atası olan X24 tərəfindən faktiki qəbul edərək idarə edilmişdir. X24 26.01.2013-cü il tarixdə vəfat etmiş və onun İddiaçı, X11, X18 və X25 adında vərəsələri qalmışdır. X2 mülkiyyətində olmuş və onun vərəsəsi kimi X24 tərəfindən istifadə edilən 0,1998 ha torpaq sahəsi iddiaçı tərəfindən miras kimi qəbul edilmiş və təyinatı üzrə istifadə edilir, həmin torpaq sahəsi üzərində yerləşən 107,10 kv metr olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı X6 vərəsəsi olan X10nun vəfatından sonra həmin torpaq sahəsindən istifadə edərək mirası qəbul etmiş, lakin miras qalmış əmlaka dair vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etməmişdir. İddiaçı miras qalmış torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, Zaqatala rayonu Muxax kəndində yerləşən X1 miras qalmış 0,1998 ha yaşayış məntələqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdırıb iddiaçının, onun vəkilinin və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materiallarından da görünür ki,10 avqust 2011-ci il tarixdə vəfat etmiş X6 yeganə vərəsəsi X24 olmuşdur. X24 26 yanvar 2013-cü il tarixdə vəfat etmiş və onun vərəsəsi olan İddiaçı X4 miras qalmış və X10 tərəfindən faktiki qəbul edilərək idarə edilmiş Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə 26 yanvar 2013-cü il tarixdən faktiki sahiblik edərək onu idarə etməyə başlamışdır. O, vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, lakin X14 digər vərəsələri olan X11, X18 və X5 rayonu Muxax kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini miras kimi qəbul etdiklərinə dair ərizə ilə mirasın yerləşdiyi yer üzrə Notariat Kontoruna müraciə etməmişlər, əmlaka sahiblik etməmiş və əmlakı idarə etməmişlər. Hal-hazırda iddiaçı torpaq sahəsindən tək istifadə edir. Eyni zamanda həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 107,10 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə onu da nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, X1 qalmış miras əmlak X24 tərəfindən faktiki qəbul edilmiş və onun ölümündən sonra həmin əmlak İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, İddiaçı miras qoyan mərhum X6 əmlakını vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmiş və bugün də mirasdan istifadə etməklə idarə edir. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Zaqatala rayonu Muxax kəndində yerləşən X1 miras qalmış 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüquqları müəyyən edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdı̇ : İddia təmin edilsin. İddiaçı Zaqatala rayonu Muxax kəndində yerləşən X1 miras qalmış 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ müəyyən edilsin. İddiaçının iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar