Məhkəmə qərarları › İş №2(033)-153/2020

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-153/2020

24.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-153/2020 24.02.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X17 və Cavabdeh2 nümayəndəsi və vəkili Azərbayçan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakları ilə, ilkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və Cavabdeh2, ilkin iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə X23 şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında aparılmış müvafiq qeydlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər İddiaçı, Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və qarşılıqlı iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və vəsiyyətnamə üzrə X23 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqındda şəhadətnamə əsasında verilmiş çıxarışın və çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia ərizəsi üzrə İddiaçı qanun üzrə X23 şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında aparılmış müvafiq qeydlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 04 fevral 2013-cü il tarixli 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X23 şəhadətnamələrin etibarsız sayılması (hesab edilməsi), o cümlədən, iş üzrə Cavabdeh2 adına 12 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın; həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və 12 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın; həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Azərbayçan Respublikası Vəkillər Kollegiyasının üzvü X26 ərizə ilə müraciət edərək iddia ərizəsinin “xahiş etdi” hissəsində yol verilmiş texniki səhvin nəzərə alınması və dövlət reyestrindən çıxarışların verilmə tarixlərinin “12 fevral 2013” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsinin ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İlkin iddia ərizəsi üzrə Cavabdeh2 Hacı oğlunun vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu X22 05.12.2006-cı il tarixdə təsdiq edilmiş X6 İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsinə, Zaqatala rayonu 1 saylı X16, 29.07.2009-cu il tarixdə 2V- 58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş X9 məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyətnamə üzrə X23 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsinə, həmin vəsiyyətnamə üzrə X23 şəhadətnamə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın, həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Azərbayçan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil ərizə ilə müraciət edərək qarşılıqlı iddia ərizəsinin “xahiş edirəm” hissəsinin 3-cü bəndində “çıxarışın” dedikdə ******* saylı MH seriyalı, qeydiyyat nömrəsi ********** olan İddiaçı adına olan çıxarış başa düşülməsini, alqısatqı müqaviləsi dedikdə 11.08.2009-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi başa düşülməsini, alqı-satqıdan sonra alınmış çıxarışın ləğv edilməsi sözlərinin isə iddiadan çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı ddia üzrə iddiaçının vəkili və nümayəndəsinin ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum babası X18 və mərhum nənəsi X2 ünvan 1ində JN seriyalı 342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən 0,40 ha və JN seriyalı 342B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən 0,15 ha həyətyanı, o cümlədən, A seriyalı 164769 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən 3374 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Onun nənəsi olan X19 22 sentyabr 2007-ci il tarixdə, babası isə 27 aprel 2007-ci il tarixdə vəfat etmişdir. Onun atası X20 nənə və babasından əvvəl yəni 22 noyabr 2006-cı il tarixdə öldüyündən o birinci dərəcə vərəsə hesab olunmuşdur. Qeyd olunan torpaq sahələrdindən JN seriyalı 342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən onun mərhum babası X18 və mərhum nənəsi X7 mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinə dair iddiaçının babası X3 qalmış paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq, 29 iyul 2009-cu il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda ona 2V-58 reyestr nömrəli "Vəsiyyətnamə üzrə X23 şəhadətnamə" verilmişdir. Onun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 10 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Lakin 2019-cu ildə nənə və babasından miras qalmış digər həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının tanıtdırılması üçün müraciət etdikdə əmisi ilkin iddia üzrə Cavabdeh2 04.02.2013-cü il tarixdə öz adına dövlət reyestrində qeydiyyata aldırdığı müəyyən olunmuşdur. Bu səbədən həmin aparılmış qeydiyyatın və qeydiyyatın aparılması üçün əsas olmuş qanun üzrə X23 şəhadətnamələrin ləğv edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. O ilkin iddia ərizəsinin təmin edilməsini və iş üzrə cavabdeh olan əmisi Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi və vəkili X26 ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi ilkin iddia ərizəsi üzrə İddiaçı mərhum babası X18 və mərhum nənəsi X2 ünvan 1ində JN seriyalı 342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən 0,40 ha və JN seriyalı 342B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən 0,15 ha həyətyanı, o cümlədən, A seriyalı 164769 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən 3374 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. İddiaçı mərhum babası X18 05 dekabr 2006-cı il tarixli vəsiyyətnaməyə əsasən, ona məxsus olmuş bütün əmlakları nəvəsi, hazırki iş üzrə İddiaçı vəsiyyət etmişdir. İddiaçı mərhum nənəsi X10 münasibətdə isə, iddiaçının atası X20 22 noyabr 2006-cı il tarixdə, yəni, valideyinləri olmuş 27 aprel 2007-ci il tarixdə ölmüş atası - X3 və 22 sentyabr 2007-ci il tarixdə ölmüş anası - X2 əvvəl öldüyü üçün, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən nənəsinin də birinci dərəcəli vərəsə hesab olunur. Qeyd olunan torpaq sahələrdindən JN seriyalı 342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən İddiaçı mərhum babası X18 və mərhum nənəsi X7 mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinə dair iddiaçının babası X3 qalmış paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq, 29 iyul 2009-cu il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda ona 2V-58 reyestr nömrəli "Vəsiyyətnamə üzrə X23 şəhadətnamə" verilmişdir. İddiaçının qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 10 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmləşdirilmişdir. Lakin 2019-cu ildə iddiaçı mərhum babası X18 və mərhum nənəsi X2 miras qalmış digər daşınmaz əmlaklar, yəni, 342B nömrəli- “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd olunan 0,15 ha həyətyanı və A serivalı 164769 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 3374 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüquqlarını tanıtmaq istədikdə məlum olmuşdur ki iddiaçının əmisi iş üzrə Cavabdeh2 04 fevral 2013-cü il tarixdə qanunsuz yollarla mərhum babası X18 və mərhum nənəsi X2 miras qalmış həmin əmlaklara öz adına 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X23 şəhadətnamə"lər almış və həmin əmlaklar üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. İddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X23 şəhadətnamə"lərin qanunsuz və əsassız olaraq verilməsi səbəbindən etibarsız sayılması və həmin əmlaklar üzərində Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsini istəməsidir. Bu səbəbdən hüquqlarını müdafiə etdiyi iddiaçının Cavabdeh2 qarşı olan ilkin iddiasının təmin edilməsini və cavabdehin iddiaçıya qarşı olan qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilkin iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, ilkin iddia ərizəsində göstərilən X23 şəhadətnamələr verilərkən bütün digər qanun üzrə və vəsiyyət üzrə vərəsələr notariusda öz razılıq və imtina ərizələrini yazmışlar. Bundan başqa iddia ərizəsində iddia edilir ki, 2013-cü ildə verilmiş şəhadətnamələr etibarsız sayılsın, o cümlədən 2012-ci ildə verilmiş çıxarışlar ləğv edilsin. 2013-cü ildə verilmiş vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların tarixləri 2012-ci il ola bilməz. Bundan başqa işə əlavə edilmiş 29.07.2019-cu il tarixli vəsiyyətnamə üzrə X23 şəhadətnamədə qeyd edilir ki, Notariat Kontorunda 06.07.2005-ci ildə təsdiq edilən vəsiyyətnamə əsasında Aşağı Tala kəndində yerləşən JN- 342A, kod: 40200028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha torpaq sahəsindən Hacıömər Ərəbova məxsus 0,20 ha torpaq sahəsinə vəsiyyətnamə üzrə X23 şəhadətnamə verildi. İşə əlavə edilmiş digər vəsiyyətnamədən görünür ki, Hacıömər Ərəbov 05.12.2006-cı ildə Zaqatala rayon X22 başqa bir vəsiyyətnamə yazmışdır. Buradan görünür ki, mərhum 2 dəfə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnamələrin 1-cisi notariusda, 2-cisi isə bələdiyyədə yazılmışdır. Əvvəla bələdiyyədə yazılmış vəsiyyətnaməni onlar mübahisələndirirlər. Həmin vəsiyyətnamədəki imzalar Hacıömər Ərəbova məxsus deyildir. Bundan başqa Mülki Məcəllənin 1223-cü maddəsində qeyd olunur ki, əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir. Həmin maddədən görünür ki, notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Həmin Məcəllənin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Mülki Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunan qanunlara əsasən hesab edirik ki, bələdiyyə tərəfindən təsdiq olunması iddia edilən vəsiyyətnamə etibarsız hesab edilməlidir. Bundan başqa 29.07.2019-cu il tarixli 2V-58 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə X23 şəhadətnamə etibarsız hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının... vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 21.08.2019-cu il tarixli 2-1(107)- 409/2019 saylı qərarı ilə hazırda sözügedən JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş 0,40 ha torpaq sahəsinin 0,20 ha hissədə ləğv edilməsinə dair qərar verilmişdir. Həmin JN-342A nömrəli şəhadətnamədəki 0,40 ha torpaq sahəsi mərhum Hacıömər Ərəbova və mərhum Kəlimət Ərəbovaya məxsusdur. Hansı ki, həmin 0,40 ha torpaq sahəsinin 0,20 ha hissəsi, yəni Kəlimət Ərəbovaya məxsus hissəsi 29.07.2019-cu il tarixli qanun üzrə X23 şəhadətnamə əsasında Cavabdeh2, digər 0,20 ha, yəni Hacıömər Ərəbova məxsus hissəsi isə 29.07.2019-cu il tarixli vəsiyyətnamə üzrə X23 şəhadətnamə əsasında İddiaçı verilmişdir. Yuxarıda adı çəkilən məhkəmə qərarı qüvvədə qaldığı təqdirdə mərhum Hacıömər və Kəlimət Ərəbovlara məxsus 0,40 ha torpaq sahəsi azalaraq 0,20 ha torpaq sahəsi qalmış olur. Belə olan halda yerdə qalan 0,20 ha torpaq sahəsi mərhumlar Kəlimət Ərəbovaya və Hacıömər Ərəbova məxsus olan torpaq sahəsi olduğundan həmin 0,20 ha torpaq sahəsinin yarısı, yəni 0,10 ha hissəsi Kəlimət Ərəbovaya, 0,10 ha hissəsi isə Hacıömər Ərəbova məxsus olmuş olur. Beləliklə, qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməyə əsasən Kəlimət Ərəbovaya məxsus 0,10 ha torpaq sahəsi Cavabdeh2, Hacıömər Ərəbova məxsus 0,10 ha torpaq sahəsinin yarısı, yəni 0,05 ha hissəsi vəsiyyətnamə üzrə İddiaçı, yerdə qalan 0,05 ha hissəsi isə məcburi pay kimi Cavabdeh2 verilməlidir. X28 Məhkəməsinin qətnaməsində qeyd olunan torpaq sahəsinin azaldılması həyata keçərsə, həmin torpaq sahəsinə dair verilmiş vəsiyyətnamə və qanun üzrə vərəsəlik şəhadətnamələri öz hüquqi qüvvələrini itirmiş olur. Notariusun təsdiq etdiyi 29.07.2009-cu il tarixli vəsiyyət üzrə X23n şəhadətnamə verilərkən Cavabdeh2 məcburi pay verilmədən Hacıömər Ərəbova məxsus torpaq sahəsi bütövlükdə İddiaçı verildiyindən Cavabdeh2 məcburi pay almaq hüququ pozulmuşdur. Beləliklə də Mülki Məcəllənin 1193-cü maddəsinin tələbi pozulduğundan vəsiyyət üzrə X23 şəhadətnamə etibarsız hesab edilməlidir. Bütün bu məsələlərin məhkəmə tərəfindən qiymətləndirilərək ilkin iddia ərizəsinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X11 izahatında göstərdi ki, o, DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş seriya MH ******* nömrəli 10.08.2009-cu il tarixli çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha torpaq sahəsini İddiaçı qanuna müvafiq qaydada almışdır. Bununla bağlı aralarında notarial qaydada 11.08.2009-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, həmin torpaq sahəsini hələlik çıxarışla rəsmiləşdirməmişdir. Hazırda həmin torpaq sahəsindən o, özü istifadə edir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 05.12.2006-cı il tarixdə Zaqatala rayonu X22 təsdiq edilmiş V-51 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan X18 ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını İddiaçı vəsiyyət etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX) tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 fevral 2013-cü il tarixli reyestrdə 2V-38 nömrə ilə qeyd edilən qanun üzrə X23 şəhadətnamədən görünür ki, 27.04.2007-ci il tarixdə ölmüş X6 vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev,15, p/s korp. yaşayan: oğlu -Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş № **********57, 08.11.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinin bir hissəsindən, mərhum X9 məxsus, miras əmlakdan irs almalıdır. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 3374.32 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma düşən hissədən ibarətdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 fevral 2013-cü il tarixli reyestrdə 2V-37 nömrə ilə qeyd edilən qanun üzrə X23 şəhadətnamədən görünür ki, 22.09.2007-ci il tarixdə ölmüş X12 vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev.15, p/s korp. yaşayan: oğlu -Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş № **********57, 08.11.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinin bir hissəsi, mərhum X13 məxsus, miras əmlakdan irs almalıdır. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 3374.32 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma düşən hissədən ibarətdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 fevral 2013-cü il tarixli reyestrdə 2V-39 nömrə ilə qeyd edilən qanun üzrə X23 şəhadətnamədən görünür ki, 27.04.2007-ci il tarixdə ölmüş X6 vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev,15, p/s korp. yaşayan: oğlu -Cavabdeh2 Azərbaycan Respublakası Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-342B, Kod- 40200028, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 nömrəli qərarı ilə verilmiş Şəhadətnamə 2889 nömrə ilə qeydiyyata alınmaqla torpaq sahəsinin bir hissəsi X9 məxsus, miras əmlakdan irs almalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 1994 nömrəli, 12.12.2012 il tarixli arayışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsindən mərhuma düşən hissəsindən ibarətdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 fevral 2013-cü il tarixli reyestrdə 2V-40 nömrə ilə qeyd edilən qanun üzrə X23 şəhadətnamədən görünür ki, 22.09.2007-ci il tarixdə ölmüş X12 vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev,15, p/s korp. yaşayan: oğlu -Cavabdeh2 Azərbaycan Respublakası Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-342B, Kod- 40200028, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 nömrəli qərarı ilə verilmiş Şəhadətnamə 2889 nömrə ilə qeydiyyata alınmaqla torpaq sahəsinin bir hissəsi X13 məxsus, miras əmlakdan irs almalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 1994 nömrəli, 12.12.2012 il tarixli arayışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsindən mərhuma düşən hissəsindən ibarətdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 29 iyul 2009-ci il tarixli reyestrdə 2V-57 nömrə ilə qeyd edilən qanun üzrə X23 şəhadətnamədən görünür ki, Cavabdeh2 mərhum X10 məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsindən 0.20 ha torpaq sahəsinə Qanun üzrə X23 Şəhadətnamə verilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 29 iyul 2009-ci il tarixli reyestrdə 2V-58 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə X23 şəhadətnamədən görünür ki, İddiaçı Famiıl oğluna mərhum X9 məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsində olan payı, 0.20 ha torpaq sahəsinə, Vəsiyyətnamə üzrə X23 Şəhadətnamə verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-342A kod 40200028 şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə X18 və X10 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-342B kod 40200028 şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə X18 və X10 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən 03.08.2012-ci il tarixdə verilmiş 209 nömrəli arayışdan görünür ki, AN seriyalı 164769 nömrəli “Torpaq sahəsinin Planı və Ölçüsü”ndə qeyd olunan 0,3374 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən torpaq sahəsi X18 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X19 22.09.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 55-ci səhifəsində 26.09.2007-ci il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X18 27.04.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 31-ci səhifəsində 28.04.2007-ci il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X20 22.11.2006-cı il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 31-ci səhifəsində 23.11.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı 20.12.1990-cı il tarixdə anadan olmuşdur və bu barədə doğum kitabının 151-ci səhifəsində qeydiyyat aparılmışdır. Onun atası X20, anası isə X8r. Surəti iş materiallarında olan 14 mart 2018-ci il tarixli 2(033)-71/2018 nömrəli qətnamədən görünür ki, iddia təmin edilərək iddiaçı Cavabdeh2 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən RX seriyalı ******* və 0101076 nömrəli Çıxarışlarda göstərilən 0,14 və 0, 3374 ha torpaq sahələrindən cavabdehlər X14 və İddiaçı çıxarılması və həmin torpaq sahələri iddiaçıya təhvil verilməsi qət edilmişdir. Surəti işdə olan 02.08.2013-cü il tarixli reyestrdə 2V-432 nömrə ilə qeyd edilmiş qanun üzrə X23 şəhadətnamədən görünür ki, 27.04.2007-ci il tarixdə ölmüş X6 vərəsəsi Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan nəvəsi İddiaçıdur. Surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 29.07.2009-cu il tarixli 623 nömrəli arayışdan görünür ki, ünvan 1i ünvanda yerləşən mərhum X9 məxsus 0,40 ha torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində X6 və X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sorğu əsasında təqdim edilmiş Moskva şəhəri X5 qeydiyyatı şöbəsinin Zamoskvoreskiy bölməsi tərəfindən 10.01.2002-ci il tarixdə verilmiş İİ- МЮ seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 01.01.2002-ci il tarixdə ölmüşdür və bu barədə 10.01.2002—ci il tarixdə 931 nömrəli ölüm aktı qeydi hazırlanmışdır. Sorğu əsasında təqdim edilmiş Murmansk şəhər administrasiyasının X5 Qeydiyyatı bölməsi tərəfindən 26.09.2009-cu il tarixdə verilmiş İ- ДП seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 09.04.2009-cu il tarixdə ölmüşdür və bu barədə 12.08.2009-ci il tarixdə 1582 nömrəli ölüm aktı qeydi hazırlanmışdır. Sorğu əsasında təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.01.2013-cü il tarixli 140 nömrəli arayışın suratəndən görünür ki, X18 öldüyü günədək Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyata olduğu evdə yaşamış və onun varisləri 1950-ci ildə anadan olmuş X21, 1953-cü ildə anadan olmuş X24, 1964-cü ildə anadan olmuş X15, 1934-cü ildə anadan olmuş X19, 1957-ci ildə anadan olmuş Cavabdeh2dur. Sorğu əsasında təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.01.2013-cü il tarixli 140 nömrəli arayışın surətindən görünür ki, X19 öldüyü günədək Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyata olduğu evdə yaşamış və onun varisi Cavabdeh2dur. Surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 12.12.2012-ci il tarixli 1994 nömrəli arayışdan görünür ki, ünvan 1i ünvanda yerləşən mərhum X9 məxsus 0,15 ha torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində X6 və X7 mülkiyyət hüquqları dövlət qediyyatına alınmışdır. Sorğu əsasında təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01.08.2012-ci il tarixli 2101 nömrəli arayışın suratəndən görünür ki, X18 öldüyü günədək Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyata olduğu evdə yaşamış və onun varisi İddiaçıdur. Surəti iş materiallarında olan 11.08.2009-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsindən görünür ki, İddiaçı DƏDRX Zaqatala rayon ərazi idarəsi tərəfindən 11.08.2009 - cu il tarixdə verilmiş, № 660 - li arayışa əsasən qeydiyyat № **********, tarixi 10.08.2009- cu il, reyestr kitabı 5-ci səhifəsindən 180 olan çıxarış əsasında ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsini alıcı X4 5000 manata daimi olaraq heç bir şərti olmadan satmışdır. Məhkəmə mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsaslı deyil. Məhkəmə ilk iddia və qarşılıqlı iddia tələbləri üzrə dəyərləndirmə apararaq qeyd edir ki, ilk iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, 04 fevral 2013-cü il tarixli 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X23 şəhadətnamələr etibarsız sayılmalı, iş üzrə Cavabdeh2 adına 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyat, həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyat, həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iddialar üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə X18 və X10 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə X18 və X10 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Həmçinin, AN seriyalı 164769 nömrəli “Torpaq sahəsinin Planı və Ölçüsü”ndə qeyd olunan 0,3374 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən torpaq sahəsi X18 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. 05.12.2006-cı il tarixdə X18 ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını nəvəsi İddiaçı vəsiyyət etmişdir. X18 27.04.2007-ci il tarixdə, X19 22.09.2007-ci il tarixdə ölmüşdür. Eyni zamanda, vəsiyyət edən Hacıömər Ərəbovun oğlu, yəni vəsiyyət etdiyi nəvəsi İddiaçı atası X20 22.11.2006-cı il tarixdə ölmüşdür. X6 vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev,15, p/s korp. yaşayan: oğlu -Cavabdeh2 04 fevral 2013-cü il tarixdə mərhum X9 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 3374.32 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsinə qanun üzrə X23 şəhadətnamələr almış, onların əsasında isə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa, ünvan 1i ünvanda yerləşən mərhum X9 məxsus 0,40 ha torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində X6 və X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 mərhum X10 məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsindən 0.20 ha torpaq sahəsinə Qanun üzrə X23 Şəhadətnamə verilmişdir. İddiaçı Famiıl oğluna mərhum X9 məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsində olan payı, 0.20 ha torpaq sahəsinə, Vəsiyyətnamə üzrə X23 Şəhadətnamə verilmişdir.Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı DƏDRX Zaqatala rayon ərazi idarəsi tərəfindən 11.08.2009 - cu il tarixdə verilmiş, № 660 - li arayışa əsasən qeydiyyat № **********, tarixi 10.08.2009- cu il, reyestr kitabı 5-ci səhifəsindən 180 olan çıxarış əsasında ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsini alıcı X4 5000 manata daimi olaraq heç bir şərti olmadan satmışdır. İddiaçı iddia ərizəsi ilə müraciərt edərək qeyd olunan şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsini, cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək vəsiyyətnamənin, vəsiyyənamə üzrə X23 şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1179-cu maddəsinə əsasn vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1193-cü mаddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı mаddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1225-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, X23, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı 05.12.2006-cı il tarixdə babası X18 ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını vəsiyyət etdiyi halda iddiaçıya aid miras əmlakın bütünlükdə Cavabdeh2 adına qanun üzrə X23 şəhadətnamələr verilməklə rəsmiləşdirilməsini məhkəmə əsaslı hesab etmir. Bu səbəbdən də Cavabdeh2 adına verilmiş qanun üzrə X23 şəhadətnamələrin etibarsızlığına dair tələb əsaslıdır. Həmçinin, Cavabdeh2 adına 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarda Cavabdeh2 04 fevral 2013-cü il tarixli qanun üzrə X23 şəhadətnamələr əsasında verilmişdir. Etibarlı olmayan qanun üzrə X23 şəhadətnamələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da qanuni sənəd hesab edilə bilməz. Bundan başqa, Zaqatala rayonu X22 05.12.2006-cı il tarixdə təsdiq edilmiş X6 İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş, bununla bağlı qarşılıqlı iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclasında hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməmişdir. Məhkəmənin qənaətinə görə, vəsiyyətnamə etibarsız hesab edilmədiyi halda, onun əsasında verilmiş şəhadətnamə, çıxarış və çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsi də ləğv edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilərək Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 04 fevral 2013-cü il tarixli 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X23 şəhadətnamələr etibarsız hesab edilməli, onların əsasında iş üzrə Cavabdeh2 adına 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, Zaqatala rayonu X22 05.12.2006-cı il tarixdə təsdiq edilmiş X6 İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi, Zaqatala rayonu 1 saylı X16, 29.07.2009cu il tarixdə 2V- 58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş X9 məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyətnamə üzrə X23 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə üzrə X23 şəhadətnamə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı və qarşılıqlı iddiaçının iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədikləri 10 manatı tələb etmədiklərinə görə həmin rüsum xərci onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia təmin edilsin. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 04 fevral 2013-cü il tarixli 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X23 şəhadətnamələr etibarsız hesab edilsin, onların əsasında iş üzrə Cavabdeh2 adına 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər İddiaçı, Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və qarşılıqlı iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayonu X22 05.12.2006-cı il tarixdə təsdiq edilmiş X6 İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi, Zaqatala rayonu 1 saylı X16, 29.07.2009-cu il tarixdə 2V- 58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş X9 məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyətnamə üzrə X23 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə üzrə X23 şəhadətnamə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi isə rədd edilsin. İddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 iddia ərizələri ilə bağlı dövlət rüsumu olaraq ödədikləri 10 (on) manat özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar