Məhkəmə qərarları › İş №2(033)-175/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-175/2022

02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-175/2022 02.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi2 Dursunəli oğlunun və Ərizəçi1 Seyfi qızının adına yazılmış, JN-065F nömrəli, KOD 40211028 olan "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin" onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin İdarənin rəisi Məmməd İsmayılov 27 dekabr 2021-ci il tarixli məktubla müraciət edərək mülki işin məhkəmə iclaslarında nümayəndələrinin iştirakının təmin edilməsinin mümkün olmayacağını bildirmiş və nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Sabunçu kənd ərazisində yerləşən onlara məxsus 0,19 ha torpaq sahəsi vardır. Torpağın mülkiyyətə verilməsinə dair JN-065F KOD 40211028 saylı Şəhadətnamədə “Ərizəçi2 ata adı səhvən “Dursunəli”, həmin şəhadətnamədə ikinci mülkiyyətçi Ərizəçi1 ata adı isə səhv olaraq "Seyfi" yazılmışdır. Ərizəçilər torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınması və çıxarışın və plan-ölçü sənədinin verilməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin həmin təşkilatın 15.11.2021-ci il tarixli **********29 saylı məktubuna əsasən Ləğv olunmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-065F KOD 40211028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığı izah edilərək bununla bağlı məhkəməyə müraciət etmələri ərizəçilərə tövsiyyə olunmuşdur. Ona görə də, onlar “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin onlara məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması üçün müraciət etməli olmuşlar. Məhkəmə iclası zamanı ərizəçilər Məmmədov Şamil Paşa oğlu və Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tələbi əsaslıdır. Belə ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-065F seriyalı Kod 40211028 nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu Sabunçu kənd sakini Ərizəçi2 Dursunəli oğlu və Ərizəçi1 Seyfi qızının mülkiyyətinə 0,19 ha torpaq sahəsi verilmişdir. Şəhadətnamə iki nüsxədə tərtib edilmiş və 1348 nömrəsi ilə kitabda qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu Lahıc Bələdiyyəsinin 43 nömrəli 05 noyabr 2021-ci il tarixli arayışından görünür ki, torpaq şəhadətnaməsi JN - 065F olan Sabunçu kəndində yerləşən 0.19 ha torpaq sahəsi Ərizəçi2 və Ərizəçi1 məxsusdur. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 512 nömrəli 03.11.2021-ci il tarixli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq atasının adı Ərizəçi2 Dursunəli oğlu qeyd olunmuşdur. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi2 adlı şəxs ilə adlı siyahıda qeyd olunan Ərizəçi2 Dursunəli oğlu eyni şəxsdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 541 nömrəli 30.11.2021-ci il tarixli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq atasının adı X2 qeyd olunmuşdur. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi1 adlı şəxs ilə adlı siyahıda qeyd olunan Ərizəçi1 eyni şəxsdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 noyabr 2021-ci il tarixli Ərizəçi2 ünvanlanmış məktubundan görünür ki, JN-065F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədində səhvən qeyd edilmiş “Dursunəli” ata adının (Paşa) kimi dəyişdirilərək şəhadətnamədə qeyd olunan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinə köməklik göstərilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ləğv olunmuş, Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-065F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. İşdə olan Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1h qızı xx.xx.1964-cü il tarixdə Zaqatala rayonu Bəhmətli kəndində anadan olmuş və həmin ünvanda yaşayır. İşdə olan Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1967-ci il tarixdə Zaqatala rayonu Sabançu kəndində anadan olmuş və Zaqatala rayonu Lahıc kəndində yaşayır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı əsasında hazırlanmış JN-065F nömrəli Kod 40211028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"-də 0,19 ha torpaq sahəsinin mülkiyyətinə verilən şəxslərin ata adları, yəni “Dursunəli” və “Seyfi”, Ərizəçi2 və Ərizəçi1 şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ata adı ilə, yəni “Paşa” və “Seyfulla” ilə düz gəlmir. Bundan başqa ərizəçilərin ata adının həqiqətən “Paşa” və “Seyfulla” olması işdə olan tədqiq edilmiş sənədlərlə bir daha öz təsdiqini tapır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı əsasında hazırlanmış JN- 065F nömrəli Kod 40211028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"-də qeyd edilən “Ərizəçi2 Dursunəli oğlu”nun AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi2 və həmin Şəhadətnamədə qeyd edilən “Ərizəçi1 Seyfi qızı”nın AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi1 kimi nəzərə alınmaqla həmin sənədin ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Tələb etmədiyinə görə ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı əsasında hazırlanmış JN-065F nömrəli Kod 40211028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"-də qeyd edilən “Ərizəçi2 Dursunəli oğlu”nun AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi2 və həmin Şəhadətnamədə qeyd edilən “Ərizəçi1 Seyfi qızı”nın AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi1 kimi nəzərə alınmaqla həmin Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı əsasında hazırlanmış JN-065F nömrəli Kod 40211028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"-nin ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Seyfulla qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar