Məhkəmə qərarları › İş №2(033)-209/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-209/2021

25.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-209/2021 25.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X24 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Zaqatala 18 saylı ərazi idarəsinə qarşı qanun üzrə X29 şəhadətnamənin və onun əsasında rəsmiləşdirilmiş çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli qanun üzrə X29 şəhadətnamənin və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1217/2020 nömrəli 14 dekabr 2020-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh adına olan ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş əmlakın üzərinə həbs qoyulması və həmin əmlak ilə bağlı hər hansı əməliyyatların aparılması qadağan edilməsi qərara alınmışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək X4 və X30 üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X8, X41 və Zaqatala Rayon 2 saylı Notariat Ofisi üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26.01.1994-cü il tarixdə X3 alqı-satqı müqaviləsi əsasında ünvan 1ində 0.20 ha torpaq sahəsində yerləşən 1921-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 60 kv.m olan bir mərtəbəli yaşayış evini almışdır. 1994-cü il tarixdə X8 tərəfindən ona satılmış olan evin yerləşdiyi 0,20 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0.40 ha həyətyanı torpaq sahəsinə dair 2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlunun və X17 adına JN-342A KOD 40200028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərək, Ərəbov Hacıömər Şaban oğlunun və X17 adına qeydiyyata alınmışdır. Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci ildə, X31 isə 22.09.2007-ci ildə vəfat etmişlər. JN 342A kod 40200028 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0.40 ha torpaq sahəsinin Ərəbov Hacıömər Şaban oğluna məxsus 0.20 ha hissəsinə X36 29.07.2009-cu ildə vəsiyyətnamə üzrə X29 şəhadətnamə, X19 məxsus qalan 0.20 ha hissəsinə isə Cavabdeh 29.07.2009-cu ildə qanun üzrə X29 şəhadətnamə verilmişdir. X41 və Cavabdeh 10.08.2009-cu ildə göstərilən 0.40 ha torpaq sahəsinin bölgü planını (hərəyə 0.20 ha olmaqla) tərtib etmiş və hər birinin 0.20 ha torpaq sahəsinə mülkiyyət hüququ 10.08.2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1994-cü il tarixdə aldığı evin yerləşdiyi torpaq sahəsi Cavabdeh adına 10.08.2009-cu il tarixdə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün Cavabdeh X6 və İddiaçı qarşı Zaqatala rayon məhkəməsində iddia qaldıraraq 25.01.1994cü il tarixli qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamənin və 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 17.02.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X4 adına verilmiş 25.01.1994-cü il tarixli qanun üzrə X29 şəhadətnamənin və X8 ilə İddiaçı arasında bağlanmış 26.01.1994-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Zaqatala rayon Məhkəməsinin qərarından vermiş olduğu apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 29.11.2017ci il tarixli Ali Məhkəmənin qərarı ilə X8 tərəfindən İddiaçı satılmış evə Cavabdeh hər hansı aidiyyatının olması müəyyən edilməmişdir və bu səbəbdən sonuncunun mübahisələndirilən X29 şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə müraciət edərək JN 342A nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin ona məxsus, alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsinə dair müraciət etmişdir. DƏDRX tərəfindən müraciətinə imtina verilmişdir. Bunun üçün cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh və X41) JN 342A nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin 0.20 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. X38 Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 saylı qərarına əsasən “JN-342A” nömrəli “Torpağın mükiyyətə verilməsinə dair şəhadətnamə”nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 18 saylı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs tərəfindən Apellyasiya və Kassasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)409/2019 saylı qərarı ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2-1(102)3191/19 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. X38 Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)- 95/2019 saylı qərarın icrası ilə bağlı ona məxsus Zaqatala rayonu, Aşağı Tala kəndi ünvanında yerləşən 0.20 ha torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. DƏDRX-nin Zaqatala 18 saylı ərazi idarəsi tərəfindən verilmiş 20.02.2020-ci il tarixli cavab məktubuna əsasən Zaqatala rayonu, Aşağı Tala kəndi ünvanında yerləşən 0.20 ha torpaq sahəsi ilə bağlı Cavabdeh adına olan 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli “Qanun üzrə X29 şəhadətnamə” və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış məhkəmə qaydasında ləğv edildiyi təqdirdə hüquqlarının DƏDRX-də qeydiyyata alınması ilə bağlı məsələyə baxılacağı qeyd olunmuşdur. Bunun üçün hazırki iddia tələbi ilə Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Mülki iş üzrə İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X41 və Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər şəxslər isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, mülki işə iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbi təmin edilməklə 29 iyul 2009-cu il tarixli, 2V- 57 reyestr nömrəli qanun üzrə X29 şəhadətnamənin və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında iddia tələbi ilə razı olmadıqlarını bildirərək göstərmişdir ki, Rizvan Rizvanov tərəfindən satılmış olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair məlumatlar müqavilədə əks olunmamış və o özü də alqı satqı zamanı hansı sahəni satdığını bildirməmişdir. İddia tələbi əsassız olduğundan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında mübahisə predmeti barəsində müstəqil tələbirəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X37 çıxış edərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X8 izahat verərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona və İddiaçı qarşı onun adına verilmiş 25 yanvar 1994-cü il tarixli qanun üzrə X29 şəhadətnamənin və onunla İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 29.11.2017-ci il tarixli Ali Məhkəmənin qərarı ilə onun tərəfindən İddiaçı satılmış evə Cavabdeh hər hansı aidiyyatının olması müəyyən edilməmişdir. X38 Məhkəməsinin 08 may 2019-cu il tarixli 2- 1(84)-95/2019 saylı qərarına əsasən “JN-342A” nömrəli “Torpağın mükiyyətə verilməsinə dair şəhadətnamə”nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında onun tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 18 saylı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Hesab edir ki, ona qanuni şəkildə şəhadətnamə verilmiş və o, alqı-satqı müqaviləsi bağlayarkən qanunvericiliyin tələblərini pozmamışdır. Ona görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-57/2017 nömrəli 17 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli Qanun üzrə X29 Şəhadətnamə və X8 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Həmin qətnamədən görünür ki, ünvan 1ində yaşayan X8 ilə Zaqatala şəhəri Azərbaycan pr.ev 16-da yaşayan İddiaçı Xəlil oğlu arasında bağlanmış Zaqatala Dövlət Notariat Kontorunda 26.01.1994-cü ildə təsdiq edilmiş 1D-11 nömrə ilə reyestrdə qeyd edilmiş “Müqavilə”yə əsasən, satıcı X8 ona məxsus ünvan 1ində yerləşən 1921-ci ildə tikilmiş, divarları daşdan, üstü şiferlə örtülmüş, iki otaqlı, yaşayış sahəsi 60 kv.m. köməkçi sahəsi 12 kv.m. bir mərtəbədən ibarət yaşayış evindən ibarət olan 0.20 ha olan torpaq sahəsini alıcı İddiaçı Xəlil oğluna 299 (iki yüz doxsan doqquz) manata satmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli 2(107)-1153/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Xəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli 2-033)-57/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdehlər X8 və İddiaçı qarşı cavabdeh X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli Qanun üzrə X29 Şəhadətnamə və X8 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8096/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-342A kod 40200028 şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X18 ünvan 1ində 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 29 iyul 2009-cu il tarixli reyestrdə 2V-57 nömrə ilə qeyd edilən qanun üzrə X29 şəhadətnamədən görünür ki, Cavabdeh mərhum X18 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.40 ha torpaq sahəsindən 0.20 ha torpaq sahəsinə qanun üzrə X29 şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı 10.08.2009-cu il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1ində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışın verilməsinə əsas-Zaqatala 1 saylı DNK 29.07.2009-cu il tarixli 2-V-57 nömrəli qanun üzrə X29 şəhadətnamə və DTXK Zaqatala rayon şöbəsinin 04.03.2006-cı il tarixli JN-342A kod 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən Cavabdeh adına verilmiş Reyestr nömrəsi: **********88 olan 10.08.2009-cu il tarixdə tərtib edilmiş AA seriyalı 002193 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3191/2019 nömrəli 27.11.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)-409/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, "JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-409/2019 nömrəli 21.08.2019-cu il tarixli qərarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX 20.02.2020-ci il tarixli X9 ünvanlanmış məktubundan görünür ki, ünvan 2a torpaq sahəsi ilə bağlı Cavabdeh adına olan 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli “Qanun üzrə X29 Şəhadətnamə” və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış məhkəmə qaydasında ləğv edildiyi təqdirdə İddiaçı ünvan 2a torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilə bilər. İşdə olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX 18.12.2020-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayon Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2(033)-1217/2020 saylı qərardadına əsasən dövlət reyestrində Cavabdeh adına 10 avqust 2009-cu il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərinə daşınmaz əmlakın dövlət reyestrində həbs qoyulmuşdur. İşdə olan Zaqatala Rayon Aşağı Tala Ərazi Nümayəndəliyi tərəfindən 26.09.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 264364 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X25 22.09.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 55-ci səhifəsində 26.09.2007-ci il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Zaqatala Rayon Aşağı Tala Ərazi Nümayəndəliyi tərəfindən 28.04.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 241311 nömmrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 31-ci səhifəsində 28.04.2007-ci il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Zaqatala Rayon Aşağı Tala Ərazi Nümayəndəliyi tərəfindən 23.11.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 209265 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X26 22.11.2006-cı il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 31-ci səhifəsində 23.11.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan X30 nümayəndəsi X20 tərəfindən ünvan 3 ünvanlanmış ərizədən görünür ki, 27 aprel 2007-ci il tarixdə vəfat etmiş babası Ərəbov Hacıömər Şaban oğlundan miras qalmış Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04.03.2006-cı il tarixli 64 saylı qərarı ilə verilmiş JN-342A, kod ******* olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsindən ibarət əmlaka qanun üzrə X29 şəhadətnamənin verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh tərəfindən 29.07.2009-cu il tarixdə Zaqatala rayon 1 saylı Dövlət notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, 22 sentyabr 2007-ci il tarixdə vəfat etmiş anası X12 miras qalmış ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsindən 0,20 ha torpaq sahəsinə qanun üzrə X29 şəhadətnamənin verilməsini xahiş etmişdir. İşdə olan 10.01.2002-ci il tarixli X11 Qeydiyyatı İdarəsinin Zamoskvoreski VVAQ Şöbəsi tərəfindən verilmiş ölüm haqında şəhadətnamədən görünür ki, X21 07.01.2002-ci il tarixdə ölmüşdür və bu barədə 10.01.2002-ci il trixdə 981 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. İşdə olan 26.08.2009-cu il tarixli X11 Qeydiyyatı İdarəsinin Murmansk şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş ölüm haqında şəhadətnamədən görünür ki, Ərəbov Adil Hacıömər oğlu 09.04.2009-cu il tarixdə ölmüşdür və bu barədə 12.04.2009-cu il trixdə 1582 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. Surəti iş materiallarına əlavə edilmiş 05.12.2006-cı il tarixdə Zaqatala rayonu X28 təsdiq edilmiş V-51 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, ünvan 1ində yaşayan Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını X36 vəsiyyət etmişdir. Surəti iş materiallarına əlavə edilmiş 29 iyul 2009-ci il tarixli reyestrdə 2V-58 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə X29 şəhadətnamədən görünür ki, X33 mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.40 ha torpaq sahəsində olan payı, 0.20 ha torpaq sahəsinə, Vəsiyyətnamə üzrə X29 Şəhadətnamə verilmişdir. Surəti işdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən arayışdan görünür ki, Ərəbov Hacıömər Şaban oğlunun vəfatından sonra X5 Adil Hacıömər oğlu, X21, X25, Cavabdeh adında vərəsələri qalmışdır. Surəti işdə olan 10 avqust 2009-cu il tarixli ünvan 1ində yerləşən mərhum X19 məxsus olan 0,40 ha torpaq sahəsinin Zaqatala rayonu 1 saylı DNK-nun 29.07.2009-cu il tarixli 2V-57 və 2V-58 saylı X29 Şəhadətnmələrinə əsasən bölgü planından görünür ki, ünvan 1ində yerləşən 0,40 ha torpaq sahəsi hər biri 0,20 ha olmaqla 2 hisəyə bölünmüş və Cavabdeh və X34 bölgü planını imzalamaqla bölgü planı ilə razı olduqlarını və bölgüyə narazılıqlarının və əlavələrinin olmadığını ifadə etmişdirlər. Məhkəmə araşdırmasında müəyyən edildi ki, JN-342A kod 40200028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X18 ünvan 1ində 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. 05.12.2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını nəvəsi X36 vəsiyyət etmişdir. Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci il tarixdə, X25 22.09.2007-ci il tarixdə ölmüşdür. X25 və Ərəbov Hacıömər Şaban oğlu vəfat etdikdən sonra onlardan irs qalmış Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0,40 ha torpaq sahəsinin X18 məxsus 0,20 ha hissəsinə 29.07.2009-cu il tarixdə oğlu Cavabdeh qanun üzrə X29 şəhadətnamə verilmiş və həmin şəhadətnamə reyestrdə 2V-57 nömrə ilə qeyd edilmişdir. 29.07.2009-cu il tarixdə X36 Ərəbov Hacıömər Şaban oğlundan irs qalmış 0,20 ha torpaq sahəsinə vəsiyətnamə üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmiş və şəhadətnamə reyestrdə 2V-58 nömrə ilə qeyd edilmişdir. X7 və Cavabdeh razılığı ilə 10 avqust 2009-cu il tarixdə bölgü planı hazırlanmışdır. Cavabdeh ünvan 1ində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmış və həmin qeydiyyat Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edildi ki, ünvan 1ində yerləşən 1921-ci ildə tikilmiş, divarları daşdan, üstü şiferlə örtülmüş, iki otaqlı, yaşayış sahəsi 60 kv.m. köməkçi sahəsi 12 kv.m. bir mərtəbədən ibarət 0,20 ha torpaq sahəsi üzərində yerləşən X6 məxsus yaşayış evi onun tərəfindən Zaqatala Dövlət Notariat Kontorunda 26.01.1994-cü ildə təsdiq edilmiş 1D-11 nömrə ilə reyestrdə qeyd edilmiş müqaviləyə əsasən İddiaçı Xəlil oğluna 299 (iki yüz doxsan doqquz) manata satılmışdır. Cavabdeh X8 və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-57/2017 nömrəli 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli Qanun üzrə X29 Şəhadətnamə və X8 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 29.11.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Xəlil oğlu tərəfindən Zaqatala Rayon Məhkəməsinin 2(033)-57/2017 nömrəli 17 fevral 2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli 2-033)-57/2017 nömrəli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh X8 və İddiaçı qarşı X4 adına verilmiş 25 yanvar 1994-cü il tarixli Qanun üzrə X29 Şəhadətnamə və X8 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 1994-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)-8096/2017 nömrəli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarına əsasən "JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-409/2019 nömrəli 21.08.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3191/2019 nömrəli 27.11.2019-cu il tarixli qərarı ilə təmin edilməyərək, cavabdeh Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)- 409/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi X2 Şahmurad Xəliloviçin ünvan 2a torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nə müraciət etmiş və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi müraciət edən şəxsə 20.02.2020-ci il tarixdə məktub ünvanlayaraq Cavabdeh adına olan 29 iyul 2009-cu il tarixli, 2V-57 reyestr nömrəli “Qanun üzrə X29 Şəhadətnamə” və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış məhkəmə qaydasında ləğv edildiyi təqdirdə İddiaçı ünvan 2a torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilə biləcəyinə dair məlumat verilmişdir. İddiaçı Xəli oğlu 2V-57 reyestr nömrəli “Qanun üzrə X29 Şəhadətnamə” və onun əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə müraciət etmiş və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin üçüncü hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli Qanun üzrə X29 Şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04.03.2006-cı il tarixli 64 saylı qərarı ilə verilmiş JN-342A, kod 40200028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarı ilə JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ləğv edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2- 1(84)-95/2019 nömrəli qərarında qeyd edilən JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi 10 avqust 2009-cu il tarixdə bölgü planına uyğun olaraq 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli Qanun üzrə X29 Şəhadətnamə üzrə vərəsə X14 mülkiyyətinə verilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, X8 tərəfindən İddiaçı satılmış evə Cavabdeh hər hansı aidiyyatının olması müəyyən edilməmişdir və bu səbəbdən sonuncunun mübahisələndirilən X29 şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Göründüyü kimi, qeyd olunan mülki işlə bağlı şəhadətnamə və alqı-satqı müqaviləsi ləğv və etibarsız hesab olunmamış, qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3191/2019 nömrəli 27.11.2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı torpaq islahatından xeyli əvvəl, 26 yanvar 1994-cü il tarixdə ünvan 1ində 0,20 ha torpaq sahəsində yerləşən, 1921-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 60 kv.m., köməkçi sahəsi 12 kv.m. olan bir mərtəbəli yaşayış evini X1 almışdır. Evin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsi İddiaçı qanuni istifadəsində olduğuna görə “Torpaq islahatı haqqında” Qanunun qüvvəyə minməsi nəticəsində həmin torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Belə olan halda məhkəmə iddia tələbinin ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli Qanun üzrə X29 Şəhadətnamənin ləğv olunması hissəsinə münasibət bidirərək onu qeyd edir ki, JN- 342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 tərəfindən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ləğv edildiyindən onun əsasında verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli Qanun üzrə X29 Şəhadətnamə də etibarlı sənəd sayıla bilməz. Odur ki, İddiaçı hazırki tələblə müraciət etməkdə haqlıdır və iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2V-57 reyestr nömrəli qanun üzrə X29 şəhadətnamə əsasında rəsmiləşdirilmiş 10 avqust 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, X29, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, X29, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. Zaqatala Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25.05.2021-ci il müşayiət məktubu ilə daxil olmuş sənədlərdən müəyyən edilir ki, ünvan 1ində olan 0,20 ha torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmasına əsas Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 29.07.2009-cu il tarixli 2V/57 reyestrdə qeydə alınmış qanun üzrə X29 şəhadətnamə olmuşdur. Çıxarışın verilməsinə əsas olan şəhadətnamə ləğv edildiyindən, həmin çıxarışın mövcudluğu, iddiaçının hüququnun pozulması kimi dəyərləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarına, eləcə də məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən belə qənaətə gəlir ki, Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 29.07.2009-cu il tarixli 2V/57 reyestrdə qeydə alınmış qanun üzrə X29 şəhadətnamə ləğv edildiyindən onun yaratdığı hüquqi nəticələr, yəni qanun üzrə X29 həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində aparılmış qeyd də ləğv edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tələb etmədiyindən onun tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənələrə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1ində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh adına Zaqatala rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2009-cu il tarixli 2V-57 reyestr nömrəli "Qanun üzrə X29 şəhadətnamə və onun əsasında iş üzrə Cavabdeh adına 10 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 5 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar