Məhkəmə qərarları › İş №2(033)-21/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-21/2023

18.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-21/2023 18.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil və ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş açıq eyvanın həyətyanı sahəyə baxan hissəsinin cavabdehin hesabına bağlanması tələbinə dair ilkin iddia ərizəsi üzrə, cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və cavabdehin öz torpaq sahəsinin hasarlaması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh (bundan sonra iddiaçı-cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş açıq eyvanın Zaqatala rayonu Sumaylı kəndində yerləşən xüsusi onun mülkiyyətində olan həyətinə baxan hissəsinin cavabdehin hesabına bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o ailəsi ilə birlikdə Zaqatala rayonu Sumaylı kəndində yaşayır. Həyat yoldaşı rəhmətə gedib. Özü pensiyaçıdır. Cavabdeh qonşusudur. Cavabdeh yaşadığı evdə əlavə tikili aparmışdır. Cavabdehin qanunsuz inşa etdiyi açıq eyvan onun yaşadığı fərdi yaşayış evinin həyətinə baxır. O və ailə üzvləri fərdi yaşayış evindən azad surətdə istifadə edə bilmirlər. Cavabdehin ailəsi ilə onun ailəsi arasında həmişə qonşuluq münasibətləri pozulur. Nə qədər səmimi münasibətlər yaratmaq istəsə də, heç bir nəticəsi olmayıb. Bu barədə Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı (bundan sonra cavabdeh-iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı tərəfindən onun qanunsuz zəbt olunmuş torpağının geri qaytarılmasına və cavabdehin öz torpaq sahəsini hasarlamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o tək anadır. Yeganə qız övladını təkbaşına böyütmüşdür. Qızı 1 yaşı olarkən həyat yoldaşı vəfat etmiş, o min bir əziyyətlə qızını böyüdüb, ali təhsil vermişdir. Eyni zamanda 2011-ci ildə bacısı vəfat etdiyindən, həyat yoldaşı iki körpə (2 və 5 yaşlı) övladlarına baxmaqdan imtina etdiyindən o uşaqları öz himayəsinə götürərək, böyüdüb, boya-başa çatdırmışdır. Həmin uşaqlardan böyük qız övladının yüksək balla Ali təhsil müəssisəsinə dövlət hesablı qəbul olunmasına şərait yaratmış və hazırda da onun Bakı şəhərində qalması üçün bütün maddi və mənəvi dəstəyi yalnız o göstərir. Qeyd edir ki, sağlamlığı qənaətbəxş deyil, dəfələrlə ağır cərrahiyyə əməliyyatları keçirmişdir. Yalnız övladları üçün ayaq üstə durmaq məcburiyyətindədir. Bu illər ərzində şəxsi evi olmadığından öz və qəyyum uşaqları ilə birlikdə kirayələrdə yaşamışdır. 2011-ci ildə iddiası aparılan 0,04 ha torpaq payında kürsülü ev tikərək valideyn himayəsindən məhrum balaları da başına yığaraq yaşamağa başlamışlar. Sonradan cavabdeh onun qonşuluğunda torpaq sahəsi alaraq, hündürmərtəbəli ev inşa etmiş və onun təxmini 1 metrə yaxın torpaq payını öz şəxsi mülkiyyətinə çevirmişdir. O qonşuluq münasibətlərinin pozulmaması üçün bu barədə öz narazılığını bildirməmişdir. Bildirir ki, həyətinin 3 tərəfini o hasara almış, arxa tərəfini hasara almağa isə maddi imkanı çatmamışdır. Həmin arxa hissədə adı çəkilən cavabdehin həyətinə baxır. Evinin künc hissəsində olan açıq eyvanın bir hissəsi də evinin arxasına baxır. Bildirir ki, həmin hissəyə hasar çəkildiyi halda bu qədər narazıçılıq və problem olmayacaqdır. Lakin qarşı tərəf haqsız olaraq ona qarşı məhkəməyə iddia qaldırmış və onun evinə sonradan açıq eyvan tikib ona narahatçılıq verməyi haqda iradını bildirmiş və açıq eyvanının tikilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən tələb etmişdir. Bildirir ki, o evi inşa etdiyi zaman bütün tikinti işlərini yekunlaşdırmışdır. Cavabdeh haqsız olaraq onu sonradan tikinti aparmaqda təqsirləndirir. Dəfələrlə ondan aidiyyatı orqanlara şikayət edərək narahatçılıq yaratmışdır. Bununla əlaqədar Zaqatala rayon məhkəməsinə müraciət edərək, eyvanının bağlamasını tələb edir. Əminliklə qeyd edir ki, o evinin açıq eyvanını sonradan tikməmiş, cavabdeh ondan sonra həmin torpaq sahəsini almış və onun torpağını öz mülkiyyətinə keçirərək, haqsız olaraq ona maddi və mənəvi problem yaradır. İddia tələbinə qarşı etirazın dəlilləri İlk və qarşılıqlı iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsi üzrə tələbin isə rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı vəkili Vəkil iddia ərizəsi üzrə iddia tələbinin dəlilləri müdafiə etdiyini, ekspert rəyləri ilə də ilkin iddia ərizəsinin əsaslı qarşılıqlı iddia ərizəsinin əsassız olduğunun göründüyünü bildirdi və iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia ərizəsində qeyd edilənləri qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsini xahiş etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********49 olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xüsusi mülkiyyət kimi tam pay olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-ci il tarixdə Cavabdeh hüquqları rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********82 olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) təyinatlı torpaq sahəsi üzərində xüsusi mülkiyyət kimi tam pay olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018ci il tarixdə İddiaçı hüquqları rəsmiləşdirilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 15 oktyabr 2018-ci il tarixli və 05 oktyabr 2021-ci il tarixli məktublardan görünür ki, qonşusu Cavabdeh ilə aralarında yaranmış mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı X3 tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş tikilidə inşa edilmiş eyvanın tikinti norma və qaydalarına uyğun olub-olmaması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Ədliyya Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli 10/6511 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilmədiyi müəyyən olunur. Mübahisə predmeti olan tikilinin inşası zamanı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci maddələrinin tələblərinin pozulduğu müəyyən olunur. Azərbaycan Respublikasının Ədliyya Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli 10/6511 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə protokolundan görünür ki, Zaqatala rayonu Sumaylı kəndində yerləşən cavabdeh-iddiaçı Cavabdeh yaşadığı tikiliyə kənardan və daxildən baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış zamanı tikilinin açıq eyvanı iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsi və yaşadığı tikiliyə doğru baxır və iddiaçı-cavabdehə məxsus torpaq sahəsinin və üzərində yerləşən tikilini maneəsiz müşahidə etmək imkanı yaradır. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 172.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 13-cü maddıəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 13-cü maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. 13-cü maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları 4.1-ci maddəsinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2-ci maddəsinə əsasən şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıqtikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi təmin olunmalı, qarşılıqlı iddia ərizəsi isə rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçı-cavabdeh İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin qonşuluğunda Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyəti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həm iddiaçı-cavabdeh İddiaçı, həm də Cavabdeh öz mülkiyyətlərində olan torpaq sahələri üzərində tikililər inşa etməklə həmin tikililərdən fərdi yaşayış evi kimi istifadə edirlər. Cavabdeh-iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin açıq eyvan kimi nəzərdə tutulmuş hissəsi iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsinə baxır, iddiaçı-cavabdehə məxsus torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evi kimi istifadə edilən tikilini maneəsiz müşahidə etmək imkanı yaradır. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi ilə müraciət edərək həmin eyvanın onun həyətinə baxan hissəsinin cavabdehin hesabına bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmiş və eyni zamanda qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ona məxsus torpaq sahəsinin iddiaçı-cavabdeh İddiaçı tərəfindən zəbt edildiyini qeyd edərək zəbt edilmiş torpaq sahəsinin geri qaytarılmasını və cavabdehin öz torpaq sahəsini hasarlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyya Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli 10/6511 nömrəli ekspert rəyi ilə Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edilmədiyi və cavabdeh-iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci maddələrinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Məhkəmə ilk öncə ilk iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli 10/6511 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh-iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikili torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilməklə yanaşı şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət edilmədən və icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidmətinin rəyi alınmadan inşa edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh-iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin açıq eyvanından iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi kimi istifadə olunan tikili və onun içərisi tamamilə görünür və bu iddiaçı-cavabdehin haqlı narazılığına səbəb olur. İddiaçı-cavabdeh İddiaçı tərəfindən cavabdeh-iddiaçı Cavabdeh həmin pəncərənin bağlanması tövsiyyə edilmiş və bununla bağlı dəfələrlə Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət olunmasına baxmayaraq cavabdeh-iddiaçı tərəfindən tövsiyyə nəzərə alınmamışdır. Yuxarıda qeyd edilmiş hüquq normalarının məzmunundan göründüyü kimi daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməli, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, eyni zamanda hüququ əhəmiyyətsiz dərəcədə pozulursa bununla bağlı qonşu təsirinə dözməlidirlər. İş materiallarından müəyyən olunur ki, cavabdeh-iddiaçı Cavabdeh məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməklə yanaşı, həmin tikilidən iddiaçı-cavabdeh İddiaçı məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru açılmış açıq eyvan iddiaçı-cavabdeh İddiaçı hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidir. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli 10/6511 nömrəli ekspert rəyi ilə Zaqatala rayonu Çökəkoba kəndində yerləşən reyestr nömrəsi **********49 olan cavabdeh-iddiaçı Cavabdeh məxsus 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı-cavabdeh İddiaçı tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı-cavabdeh İddiaçı Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. O, cavabdeh-iddiaçı Cavabdeh məxsus 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsini zəbt etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ vardır. Qeyd olunanlar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı tərəfindən cavabdeh-iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istifadə edilmədiyindən qarşılıqlı iddia ərizəsi iddiaçı-cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsinin cavabdeh-iddiaçı Cavabdeh qaytarılması hissəsində təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin cavabdehin öz torpaq sahəsini hasarlamasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tələbin bu hissəsi qarşılıqlı iddia tələbinin ilk hissəsi ilə əlaqəli olduğundan iddia tələbi qeyd edilən hissədə də əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı-cavabdeh İddiaçı mülkiyyətindədir və onun öz əmlakına istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ var. Bu hüquqlarından istifadə etməsində heç bir şəxsə, o cümlədən, cavabdehə məhdudiyyət və ya qadağa qoyula bilməz. İşin hallarından və yerində müayinə protokolundan da görünür ki, iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsi hazırki vəziyyətdə hasarlanmışdır. Cavabdeh isə iddiaçının zəbt etdiyi torpaq sahəsindən çıxarılaraq yenidən torpaq sahəsini hasarlamasını xahiş edir. Məhkəmə də hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh məxsus torpaq sahəsini zəbt etmədiyindən torpaq sahəsinin hasarlanması tələbi də əsaslı sayılıb təmin edilə bilməz. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi təmin edilməli, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən cavabdeh-iddiaçı Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsi cavabdeh-iddiaçı Cavabdeh hesabına bağlanmalı, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və cavabdehin öz torpaq sahəsinin hasarlaması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh-iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və cavabdeh-iddiaçı Cavabdeh ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onların özlərinə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İlk iddia təmin edilsin. Zaqatala rayonu Çökəkoba kəndində yerləşən ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsi ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh hesabına bağlansın. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ödədiyi 100 (bir) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və cavabdehin öz torpaq sahəsinin hasarlaması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə bağlı ödədiyi 100 (bir) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar