Məhkəmə qərarları › İş №2(033)-211/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-211/2021

28.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-211/2021 28.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı oğlu X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 20 sentyabr 2002-ci il tarixdə doğulmuş, Zaqatala şəhəri Vidadi küçəsi ev 1, mənzil 16-da qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 20 sentyabr 2002-ci il tarixdə doğulmuş Zaqatala şəhəri Vidadi küçəsi ev 1, mənzil 16-da qeydiyyatda olan X12 onun doğma oğludur. O, anadangəlmə xəstədir. Diaqnozu serebral iflic, uşaq serebral iflici-dərin tetraparez spastik tipli qıcolam sindromu ilə, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, huşun itməsi ilə başlayan tez-tez baş verən qıcolma tutmaları, Kvadroplegik spastik serebral iflic, dərin tetraparez spastik tipli qıcolam sindromu ilə ağır dərəcəli əqli gerilik, ağır dərəcəli əqli gerilik xəstəliyidir. X16 Sosial Ekspert Komissiyası tərəfindən 30 oktyabr 2020-ci il tarixdə qeyd etdiyi diaqnoz əsasında birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir və kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənalarını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir. Buna görə də, onun üzərində qəyyum təyin edilməsi zərurəti vardır. Bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X8 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 20 sentyabr 2002-ci il tarixdə doğulmuş, Zaqatala şəhəri Vidadi küçəsi ev 1, mənzil 16-da qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İşdə olan Zaqatala rayonu VVADQ şöbəsi tərəfindən 02 oktyabr 2002-ci il tarixdə verilmiş AZ-İ 258386 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 sentyabr 2002-ci il tarixdə anadan olmuş X7 atası Ərizəçi, anası X3r. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 766 nömrəli 19 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, 2002-ci il təvəllüdlü X1 şəhəri Vidadi küçəsi ev 1, mənzil 16 ünvanında atası Ərizəçi, anası X4 və qardaşı X13 ilə birlikdə yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 30 oktyabr 2020-ci il tarixli məlumatdan görünür ki, 20 sentyabr 2002-ci il təvəllüdlü X7 diaqnozu birinci dərəcəli əlillik, serebral iflic, uşaq serebral iflici-dərin tetraparez spastik tipli qıcolam sindromu ilə. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, huşun itməsi ilə başlayan tez-tez baş verən qıcolma tutmaları, Kvadroplegik spastik serebral iflic, dərin tetraparez spastik tipli qıcolam sindromu ilə ağır dərəcəli əqli gerilik, ağır dərəcəli əqli gerilik, müddətsiz. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 23 fevral 2021-ci il tarixli, 102 nömrəli rəyində göstərilmişdir ki, X2 halhazırki ekspertiza zamanı aşağıdakılar aşkar olunur. FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, diplastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 110/70 mm c.s.b. nəbzi dəqiqədə 68 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyri-bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri qeyri-bərabərdir, ətraflarında spastik iflic vardır, kənar şəxsin yardımı ilə çətinliklə hərəkət edə bilir. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir. Onunla ünsiyyət qurmaq mümkün deyildir. Yoxlanılan şəxslə kontakt yaratmaq mümkün olmadığından bütün məlumatlar atası Ərizəçi toplanmışdır. Neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilmir. Əhvalı davamsızdır, bir qədər narahat, gərgindir. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanıb. Oxumaq, yazmaq vərdişləri yoxdur. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi çox daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları davamsızdır. Düşdüyü vəziyyətə heç bir tənqidi yoxdur. İntellekti inkişafdan kəskin geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=32%. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X12 anadangəlmə xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTUSU, UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ, NİTQİN İNKİŞAFDAN QALMASİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (AR ƏƏSMN-nm TSEK-dən verilmiş 30.10.2020-ci il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda ifadə olunmuş davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara anlaşılmaz səslər çıxarmaqla reaksiya verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq, gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ =32% və s.) imkan verir. X12 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTUSU, UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ, NİTQİN İNKİŞAFDAN QALMASİ XBT- 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X12 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X7 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi, daim valideyinlərinin nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişlərinin olmaması, xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətdən silinməklə hərbi xidmətə çağırılmaması, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda ifadə olunmuş davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara anlaşılmaz səslər çıxarmaqla reaksiya verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq, gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=32% və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 20 sentyabr 2002-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Zaqatala şəhəri Vidadi küçəsi ev 1, mənzil 16-da qeydiyyatda olan və yaşayan xəstə X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X9 həmin ünvanda yaşayan atası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi X9 qəyyum təyin edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi X12 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X7 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X7 atası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20 sentyabr 2002-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan xəstə X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 20 sentyabr 2002-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan xəstə X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar