Məhkəmə qərarları › İş №2(033)-216/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-216/2025

06.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-216/2025 06.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə müraciət edərək, 18 iyun 2004-cü il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində doğulmuş və yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, 18 iyun 2004-cü il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş X6 onun doğma oğludur. O, 2022-ci ildə avtoqəza nəticəsində ağır xəsarət alaraq birinci qrup əlil olmuşdur. X6 yataq xəstəsidir, xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. O, kənar şəxsin baxım və köməyinə ehtiyac tələb edən “Kəllədaxili travmaların nəticələri kəllə sümükləri və üz sümüklərinin çoxsaylı sınıqları Travmatik subdural qansızma, Vegetativ vəziyyət koma (G C S – 6-7 xal E 3-4 V-1 M2). Baş beynin travmatik ödemi, Kəllə əsasının sınığı. Travmatik subaraxnoidal qansızma. Total və motor afaziya. Simptomatik epilepsiya” diaqnozu ilə ciddi davranış pozuntulu, çox ağır əqli geriliyi olan, qulluq tələb edən, davranış pozuntulu özünə qulluq qabiliyyəti olmayan, kənar şəxslərin qulluğuna ehtiyaclı İ dərəcə əlilliyi olan şəxsdir. Oğluna o baxır, onun himayəsindədir, onun hər bir qayğısını o çəkir. Oğlu özü yemək yeyə bilmir, özü paltarını soyunub-geyinə bilmir, özü sərbəst hərəkət edə bilmir, köməksiz heç bir şey edə bilmir, yataq xəstəsidir. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Məhkəmə işə baxarkən xəstənin fəaliyyət qabiliyyətli olub-olmaması barədə ekspertiza təyin etməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, oğlu Şabanov Tengiz hal-hazırda komadadır. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Yazılı sübutlar İş materiallarında olan Zaqatala RİHB-nın Əliabad qəsəbəsi üzrə nümayəndəliyində qeydə alınmış 13 iyul 2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə doğulmuş X2 atası Ərizəçi, anası X3. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala RİHB-nın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-82-13/2-1853 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ailə tərkibi arvadı X4 və oğlu X1 ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin TSEK-in sonuncnu müayinəyə dair məlumatından görünür ki, X6 barəsində “Kəllədaxili travmaların nəticələri kəllə sümükləri və üz sümüklərinin çoxsaylı sınıqları Travmatik subdural qansızma, Vegetativ vəziyyət koma (G C S – 6-7 xal E 3-4 V-1 M2). Baş beynin travmatik ödemi, Kəllə əsasının sınığı. Travmatik subaraxnoidal qansızma. Total və motor afaziya. Simptomatik epilepsiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən birinci dərəcəli əllilik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 X7 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 18 fevral 2025-ci il tarixli 124 saylı rəyindən görünür ki, X6 KƏLLƏ-BEYİN TRAVMASİNDAN SONRA ƏMƏLƏ GƏLƏN AĞİL ZƏİFLİYİ, DAVRANİŞ POZĞUNLUĞU İLƏ XBT 10 (Psixi və davranış pozuntularam beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyindən əziyyət çəkir. X6 KƏLLƏ-BEYİN TRAVMASİNDAN SONRA ƏMƏLƏ GƏLƏN AĞİL ZƏİFLİYİ, DAVRANİŞ POZĞUNLUĞU İLƏ XBT 10 (Psixi və davranış pozuntularam beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və ya onları idarə etmək iqtidarında olmadığından onu FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab etməyə əsas verir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 18 iyun 2004-cü il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində doğulmuş X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 atası iş üzrə ərizəçi olan Ərizəçi himayədarlıq edir. X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. Ərizəçi oğlunun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 18 iyun 2004-cü il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. 18 iyun 2004-cü il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar