Məhkəmə qərarları › İş №2(033)-221/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-221/2021

31.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-221/2021 31.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı mirasın qəbul edilməsi faktının tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mirasın qəbul edilməsi faktının tanınması, mərhum X8 miras qalmış ünvan 1 ünvanındakı mənzildə-əmlakda payın tam olaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, iddia ərizəsinin tələb hissəsindən miras əmlakda payın tam olaraq müəyyən edilməsi hissəsinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin rəisi ərizə göndərərək məhkəmə iclaslarının nümayəndənin iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Eyni zamanda cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh9 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X9 mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzil vardır. Zaqatala rayon DTİ və MHQİ-nin rəisi T.K.Mirzəyevin 05 nömrəli, 10 dekabr 2001-ci il tarixli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən mənzil mərhum X9 mülkiyyətinə verilmişdir. Həmin mənzilə həmin sərəncam əsasında qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsindəki qeydlər Reyestr kitabında 1 nömrə ilə, invertar işi isə 10.12.2001 nömrə ilə aparılmışdır. Həmin sərəncam əsasında mənzilə texniki pasport verilmişdir. İddia ərizəsinə əlavə edilən 25 mart 1985-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı mərhum-X9 oğludur. X13 ilə X5 müvafiq olaraq ər-arvad olmuşlar. Onların nikahından 9 övladı olmuşdur. Anastasiya Əliyeva 07.12.1992ci il tarixdə vəfat etmişdir. Bundan sonra X13 2-ci dəfə Cavabdeh9 ilə evlənmişdir. Lakin bu evlilikdən uşaqları olmamışdır. X13 22.04.2013-ci il tarixdə vəfat etmişdir. 23.10.2020-ci saylı Zaqatala rayon Mənzil İstismar sahəsinin arayışından məlum olur ki, mərhum X9 10 vərəsəsi vardır. Belə ki, 5 oğlu- Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh4, 4 qızı-Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və 2-ci həyat yoldaşı-Cavabdeh9. 22.04.2013-cü ildən bugünkü günə kimi mirasla bağlı İddiaçı başqa heç kim notariusa müraciət etməmiş, nə də mirası faktiki qəbul və idarə etməmişdir. Atası vəfat etdiyi - 22.04.2013-ci il tarixindən bugünkü günədək ünvan 4 ünvanında yerləşən mənzili İddiaçı idarə etmişdir. Həmin mənzili tədiyyə mənzil haqqı kimi mövcud olan 393 manat vəsaiti o ödəmişdir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən o mirasın əmlaka sahiblik edərək əmlakı idarə etmişdir. Yəni mirası faktiki olaraq qəbul etmişdir. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 anaları vəfat etdikdən sonra Rusiya Federasiyasına getmişlər və Rusiya Federasiyasının Sivirdlovski şəhərində yaşayırlar. İddiaçı-İddiaçı olan məlumata görə onlar Rusiya Federasiyası vətəndaşlarıdır. Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ərə getdikləri üçün həmin ünvanda yaşamırlar. Cavabdeh2 isə Bakı şəhərində Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Mərhumun ikinci həyat yoldaşı Cavabdeh9 isə Zaqatala rayonu Qandax kəndində yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsində göstərilənləri təsdiq etdi, iddia tələbinin təmin olunaraq mərhum X8 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon DTİ və MHQİ-nin rəisi T.K.Mirzəyevin 05 nömrəli, 10 dekabr 2001-ci il tarixli sərəncamından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil mərhum X9 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon X2 və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş inventar işi 10 dekabr 2001-ci il tarixli, reyestr kitabı 01 olan qeydiyyat vəsiqəsindən görünür ki, Zaqatala şəhəri A.Qardaşov küçəsində yerləşən 1979-cu ildə kubikdən inşa olunmuş 50 mənzilli binada ümumi sahəsi 97,11 kv.m., yaşayış sahəsi 56,23 kv.m., köməkçi sahəsi 40,88 kv.m. 5 otaqdan ibarət olan 11/17 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Zaqatala rayon DTİ və MHQİ-nin 5 nömrəli, 10 dekabr 2001-ci il tarixli sərəncamı ilə X9 adına səhifə 162-də texniki pasport işlənilməklə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 18 iyun 2020-ci il tarixdə verilmiş AZ İİ 095122 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 22 aprel 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 aprel 2013-cü il tarixdə 055 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Mənzil İstismar İdarəsi tərəfindən 14 iyul 2020-ci il tarixdə verilmiş 507 nömrəli arayışdan görünür ki, İddiaçı və analığı Uğurova X4 şəhəri Aslanbəy Qardaşov küçəsi ev 11, mənzil 17 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Mənzil İstismar İdarəsi tərəfindən 23 oktyabr 2020-ci il tarixdə verilmiş 699 nömrəli arayışdan görünür ki, X13 həqiqətən ünvan 1 ünvanında yaşayıb, varisləri aşağıdakılardan ibarətdir: həyat yoldaşı- X5, oğlu-Cavabdeh1, oğlu-Cavabdeh2, oğlu-İddiaçı, oğlu-Cavabdeh3, oğlu-Cavabdeh4, qızı-Cavabdeh5, qızı-Cavabdeh6, qızı-Cavabdeh7, qızı-Cavabdeh8 və ikinci həyat yoldaşı-Cavabdeh9. İş materiallarına əlavə edilmiş Zaqatala rayon 2 saylı Notariat Ofisinin 03 dekabr 2020-ci il tarixli 1105 nömrəli İddiaçı ünvanladığı məktubda göstərilir ki, Siz, ünvan 8k mərhum 22 aprel 2013-cü il tarixdə ölmüş atanız-X8 miras qalmış Zaqatala şəhəri Aslanbəy Qardaşov küçəsi ev 11 ünvanında yerləşən 17 nömrəli mənzilin bütöv hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edirsiniz. Əldə etdiyimiz sənədlərə əsasən mərhumun İddiaçı başqa da vərəsələri vardır, bütün vərəsələrin iştirakı olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmirik. Odur ki, mübahisəli işin notariat qaydada həll olunması mümkün olmadığı üçün məhkəməyə müraciət etməyinizi tövsiyə edirəm. İş materiallarına əlavə edilmiş ünvan 9i ünvanında qeydiyyatda olan Cavabdeh7 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X6nun A.Qardaşov ev 11, mənzil 17 ünvanında yerləşən mənzilinə ataları vəfat etdikdən sonra qardaşı İddiaçı sahiblik etmişdir və həmin evin onun adına rəsmiləşdirilməsi üçün heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş ünvan 10 ünvanında qeydiyyatda olan Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X6nun A.Qardaşov ev 11, mənzil 17 ünvanında yerləşən mənzilinə ataları vəfat etdikdən sonra qardaşı İddiaçı sahiblik etmişdir və həmin evin onun adına rəsmiləşdirilməsi üçün heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş Cavabdeh8 ərizəsindən görünür ki, X6nun A.Qardaşov ev 11, mənzil 17 ünvanında yerləşən mənzilinə ataları vəfat etdikdən sonra qardaşı İddiaçı sahiblik etmişdir və həmin evin onun adına rəsmiləşdirilməsi üçün heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş ünvan 11 ünvanında qeydiyyatda olan Cavabdeh9 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun mərhum əri X1 şəhəri A.Qardaşov küçəsi ev 11, mənzil 17 ünvanında yaşamış, 22 aprel 2013-cü il tarixdə vəfat etmiş və ünvan 11 miras qalmışdır. Həmin mənzildə qeydiyyatda olsa da, Zaqatala rayonu Qandax kəndində yaşayır. Mərhumdan miras qalmış mənzildən bir varis kimi ona düşən paya vərəsəliyi qəbul etməmişdir və etməyəcəkdir. Gələcəkdə məhkəmə qarşısında heç bir tələbi və iddiası olmayacaqdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Mənzil İstismar İdarəsi tərəfindən 08 fevral 2021-ci il tarixdə verilmiş 134 nömrəli arayışdan görünür ki, Uğurova X4 şəhəri A.Qardaşov küçəsi ev 11 saylı binanın 17 nömrəli mənzilində 15 yanvar 1997-ci il tarixdən X13 ilə birlikdə ailə həyatı qurmuş, yaşamış və həmin mənzildə qeydiyyatdadır. 22 aprel 2013-cü il tarixdə həyat yoldaşı X13 rəhmətə getdikdən sonra Cavabdeh9 həmin mənzildə yaşamır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Mənzil İstismar İdarəsi tərəfindən 22 fevral 2021-ci il tarixdə verilmiş 175 nömrəli arayışdan görünür ki, Əliyev X7 şəhəri A.Qardaşov küçəsi ev 11, mənzil 17-də yaşayır. X6 22 aprel 2013-cü il tarixdə rəhmətə getdikdən sonra oğlu İddiaçı həmin mənzildə yaşamış, hal-hazırda işlə əlaqədar müvəqqəti Bakı şəhərindədir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Mənzil İstismar İdarəsinin 17 mart 2021-ci il tarixli, 16 nömrəli arayışından görünür ki, Zaqatala şəhəri A.Qardaşov küçəsi 11 saylı binanın 17 nömrəli mənzilində yaşamış 22 aprel 2013-cü il tarixdə rəhmətə getmiş X9 ailə tərkibi aşağıdakılardır: həyat yoldaşı- X5, oğlu-Cavabdeh1, oğlu-Cavabdeh2, oğlu- İddiaçı, oğlu-Cavabdeh3, oğlu-Cavabdeh4, qızı-Cavabdeh5, qızı-Cavabdeh6, qızı- Cavabdeh7, qızı-Cavabdeh8 və ikinci həyat yoldaşı-Cavabdeh9. A.Qardaşov küçəsi 11 saylı binanın 17 nömrəli mənzilində yaşamış X9 mülkiyyətində olmuş, ölümündən sonra həmin mənzilə mərhumun oğlu İddiaçı sahiblik etmiş və yaşamışdır. Hal-hazırda İddiaçı işlə əlaqədar olaraq müvəqqəti Bakı şəhərindədir. Həmin mənzildə hal-hazırda İddiaçı razılığı ilə X10, X14 və X12 qalır. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Zaqatala şəhəri A.Qardaşov küçəsində yerləşən 1979-cu ildə kubikdən inşa olunmuş 50 mənzilli binada ümumi sahəsi 97,11 kv.m., yaşayış sahəsi 56,23 kv.m., köməkçi sahəsi 40,88 kv.m. 5 otaqdan ibarət olan 11/17 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Zaqatala rayon DTİ və MHQİ-nin 5 nömrəli, 10 dekabr 2001-ci il tarixli sərəncamı ilə X9 adına qeydiyyata alınmışdır. X13 22 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra oğlu-Cavabdeh1, oğlu-Cavabdeh2, oğlu-İddiaçı, oğlu-Cavabdeh3, oğlu-Cavabdeh4, qızı-Cavabdeh5, qızı-Cavabdeh6, qızı-Cavabdeh7, qızı-Cavabdeh8 və ikinci həyat yoldaşı-Cavabdeh9 adlı vərəsələri qalmışdır. İddiaçının atası olan X9 vəfatından sonra tam mülkiyyət hüququ əsasında ona məxsus olmuş fərdi yaşayış evində onun vərəsəsi olan İddiaçı yaşayır. Mülki iş üzrə iddiaçı miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Eyni zamanda mirasın qəbul edilməsi barədə notariat ofisinə də ərizə ilə müraciət etmişdir. İddiaçı atasının vəfatından sonra həmin evdə yaşamış, mirası qəbul etmişdir. İddiaçı miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən isə mərhumun digər vərəsələrinin də olması əsası ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsələrdən Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh9 məhkəməyə ərizə göndərərək evin İddiaçı adına rəsmiləşdirilməsi üçün heç bir etirazları olmadıqlarını bildirmişlər. Digər vərəsələr mirası faktiki olaraq qəbul etməmişlər. Ona görə də, iddiaçı, Zaqatala şəhəri A.Qardaşov küçəsi 11 saylı binanın 17 nömrəli mənzildən mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə mülki iş materiallarını araşdırıb iddiaçının, onun vəkilinin və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə onu da nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, miras əmlak vərəsələrdən İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Digər vərəsələr tərəfindən miras faktiki qəbul olunmamış, onlar mirasın qəbul edilməsi ilə bağlı Notariat Ofisinə də müraciət etməmişlər. Həmçinin İddiaçı miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmişdir. Bu faktlar işdə olan sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, İddiaçı mirasqoyan mərhum X6nun əmlakını vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmiş və bugün də mirasdan istifadə etməklə idarə edir. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Zaqatala şəhəri A.Qardaşov küçəsində yerləşən 1979-cu ildə kubikdən inşa olunmuş 50 mənzilli binada ümumi sahəsi 97,11 kv.m., yaşayış sahəsi 56,23 kv.m., köməkçi sahəsi 40,88 kv.m. 5 otaqdan ibarət olan 11/17 nömrəli yaşayış evindən mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Cavabdeh5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdı̇ : İddia təmin edilsin. X8 miras qalmış Zaqatala şəhəri A.Qardaşov küçəsində yerləşən 1979-cu ildə kubikdən inşa olunmuş 50 mənzilli binada ümumi sahəsi 97,11 kv.m., yaşayış sahəsi 56,23 kv.m., köməkçi sahəsi 40,88 kv.m. 5 otaqdan ibarət olan 11/17 nömrəli yaşayış evindən mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar