Məhkəmə qərarları › İş №2(033)-221/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-221/2025

04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-221/2025 04.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi nümayndəsi Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaqların alqı-satqısına dair aktın ona məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə işə 04 mart 2025-ci il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaqların alqı-satqısına dair aktın ona məxsus olması faktının müəyyən edilməsi” nə dair ərizə ilə müraciət edərək, Zaqatala rayonu, Yengiyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli “8” nömrəli Zaqatala rayonu, Yengiyan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin alınması barədə “torpağın alqı-satqısına dair” aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Zaqatala rayonu, Yengiyan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2005-ci il tarixli “8” nömrəli 0.12 ha həyətyanı torpaq sahəsinin alınması barədə “torpağın alqı-satqısına dair” aktı Zaqatala rayon Torpaq Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə “35” nömrə ilə qeydiyyata alınmışdır. Lakin həmin aktda ərizəçinin adı səhv olaraq “Ramil” kimi qeyd edilmişdir. Akın dəyişdirilməsi mümkün olmadığından aktın aşağı hissəsində səhvlə bağlı qeyd aparılmışdır. Beləki aktda adı “Ramil” deyil “Ramin” kimi qeyd edilməli idi. Həmin alqı-satqı aktına əsasən X5 kitabında xx.xx.2009-cu il tarixdə “71” nömrə ilə uçota alınaraq “torpaq sahəsinin planı və ölçüsü” alınmışdır. Müvafiq sənədlərlə birlikdə 18 saylı Zaqatala Ərazi İdarəsinə 0.12 hahəyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məktubu ilə 18 saylı Zaqatala Ərazi İdarəsi “torpaqın alqı-satqısına dair” aktının X3 ilə bağladığını və aktı qeydiyyata alan Zaqatala rayon Torpaq Şöbəsinin ləğv edildiyini əsas gətirirərək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Zaqatala rayonu Yengiyan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli “sənədləşmənin aparılmasına etiraz etmədiyinə” dair məktubunu və Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2024-cü i tarixli “0.12 ha həyətyanı torpaq sahəsinin Ərizəçi satıldığına” dair arxiv arayışını təqdim etmələrinə baxmayaraq 18 saylı Zaqatala Ərazi İdarəsi ərizəçinin “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsindən imtina etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Zaqatala rayonu, Yengiyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli “8” nömrəli “torpaqın alqı-satqısına dair” aktının Ərizəçi məxsus olması faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan 08 avqust 2024-cü il tarixli arxiv arayışından görünür ki, Ərizəçi Yengiyan Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli 8 saylı protokoluna əsasən kəndin perspektiv inkişaf planına uyğun 0,12 ha olmaqla, dəyəri əvvəlcədən ödənilmək şərti ilə torpağın satılması qərara alınmışdır. İşdə olan Zaqatala rayon Torpaq Şöbəsində 02 iyul 2009-cu il tarixdə 35 nömərə ilə qeydiyyata alınmış Zaqatala rayon Yengiyan Bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X4 2005-ci ildə torpaq sahəsi almaq üçün bələdiyyəyə müraciət etmiş və X1 bələdiyyə ərazisində 0,12 ha torpaq sahəsinin satılması barədə 2005-ci ilin 20 sentyabr tarixli 8 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X4 tərəfindən Zaqatala rayon Yengiyan Bələdiyyəsinin kassasına 1 920 000 manat haqq ödəmiştir. İşdə olan A seriyalı 010009 nömrəli Azərbaycan Resublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonu Yengiyan Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli 8 saylı qərarı ilə Ərizəçi fərdi yaşayış evi tikmək üçün Zaqatala rayonu Yengiyan kəndində 1200 kv.m torpaq sahəsi verilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hesab edir ki, Ərizəçi Zaqatala rayonu, Yengiyan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin alınması barədə Zaqatala rayonu Yengiyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli “8” nömrəli “torpağın alqı-satqısına dair” aktının özünə məxsus olması faktını təsdiq edən lazımi sənədi, onu tərtib etmiş Zaqatala rayon Yengiyan Bələdiyyəsindən sənədə müvafiq düzəlişin edilməsini tələb etməklə almaq imkanı olduğundan, işə məhkəmə icraatı qaydasında baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-in 261.0.1, 262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaqların alqı-satqısına dair aktın ona məxsus olması faktının müəyyən edilməsi” nə dair ərizəsi üzrə işin icraatına xitam verilsin. Ərizəçi Əlixanov X2 rayonu, Yengiyan kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin alınması barədə Zaqatala rayonu Yengiyan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli “8” nömrəli “torpağın alqı-satqısına dair” aktının özünə məxsus olması faktının təsdiqi üçün sənədə müvafiq düzəlişi etməsindən ötrü onu tərtib etmiş Zaqatala rayon Yengiyan Bələdiyyəsinə müraciət etməlidir. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar