Məhkəmə qərarları › İş №2(033)-229/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-229/2023

21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-229/2023 21.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən olunması” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən X6 adına verilmiş xx.xx.2014-cü il tarixli A N 521910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin X5 aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 sayılı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə torpaq sahələri verilmiş və həmin torpaq sahələri üçün A seriyalı xx.xx.2014cü il tarixli 521910 və 521635 sayılı Torpaq Sahələrinin planı və ölçüləri tərtib edilmişdir. Həmin sənədlər xx.xx.2014-cü il tarixində 1621 və 1346 nömrələri ilə X34 kitabında uçota alınmış və X29 Komitəsinin Zaqatala rayon şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Lakin, A seriyalı 521910 sayılı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində səhvliklə atasının anket məlumatlarında babası Nurməhəmmədin adı X7 əvəzinə X11 olaraq qeyd olunmuşdur. Babasının adı ona aid olan bütün sənədlərdə, o cümlədən ölüm haqqında şəhadatnamədə X3 qeyd olunmuşdur. Bundan başqa, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən X11 ilə X4 eyni şəxs olmasını təsdiqləyən akt tərtib olunmuşdur. Qeyd olunan torpaq sahələrinə çıxarış almaq və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almaq üçün Zaqatala rayonunda fəaliyyət göstərən səyyar ASAN xidmətə müraciət etsə də, onlar sənədlərimi qəbul etməkdən imtina etdilər. Daha sonra Reyestr Xidmətinə müraciət etmiş, lakin babasının adının baza məlumatlarında səhv yazıldığı bildirilərək sənədləri geri qaytarılmışdır. Bundan sonra, Reyestr Xidmətinə rəsmi müraciət etmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli **********14 sayılı imtina məktubu almışdır. İmtina, torpaq islahatı nəticəsində verilmiş torpaq sahəsinə dair subyektlərin siyahısında düzəliş edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin 18 sayılı Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı ilə əsaslandırılmışdır. Belə olan halda, xx.xx.2014-cü il tarixli A№ 521910 sayılı “torpaq sahəsinin planı və ölçüsü”-də babasının adının səhv yazılmasının onun üçün hüquqi əhəmiyyəti vardır. Lakin, o, xx.xx.2014-cü il tarixli A № 521910 sayılı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin X5 aid olması faktını başqa cür təsdiq edə bilmir. Qeyd olunan hüquqi faktı başqa yol ilə təsdiq edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan Zaqatala rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini X25, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Çobankol kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi X12, Zaqatala rayonu Çobankol Bələdiyyəsinin sədri X19 və Ərizəçi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq olunmuş torpaq payı alacaq subyektlərin siyahısında X4 adı səhv olaraq X11 yazılmışdır. Bunun da nəticəsində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına hazırlanmış sənələrdə (Torpaq sahəsinin planı və ölçüsü sənədində, torpaq payı verilmiş subyektlərin adlı siyahısında) texniki səhv olaraq X11 yazılmışdır. Həmin ad doğru olaraq X3 yazılmalıdır. İş materiallarında olan Zaqatala rayon VVADQ Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 dekabr 2001-ci ildə vəfat etmişdir. İş materiallarında olan Zaqatala RİHB-ın Çobankol kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 02 aprel 1980-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsinin AN 521910 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonun Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X8 5102 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında çıxarışdan görünür ki, X7 ilə X9 nikahlarını 08 avqust 1997-ci ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Şabanova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx xxxxxx 1975-ci ildə doğulmuşdur. X1 və X22r. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 16 mart 1971-ci ildə, X27 20 mart 1973-cü ildə, X10 10 yanvar 1966-cı ildə doğulmuşdur. X2 və X20r. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin 25 yanvar 2023-cü il tarixli arxiv arayışından görünür ki, X4 1937-ci ilin Qımır kəndinə aid doğum haqqında qeydiyyat kitabları aşkar olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X6 adına işlənilmiş 21 oktyabr 2014-cü il tarixli AN 521910 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün X5 məxsus olması tələbini təsdiq edən mümkün və kifayət edən sübutlar təqdim edilmişdir. Həmin sübutlar xx.xx.2001-ci il tarixdə X4 adına verilmiş ölüm haqqında şəhadətnamə, X5 verilmiş nikah haqqında şəhadətnamə və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Çobankol kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktla sübuta yetirilir. Həmin sübutlar yuxarıda sadalandığı kimi ərizəçinin babasının adının “Nurməhəmməd” göstərilməsinə rəğmən, digər sənədlərdə, yəni “X11” kimi göstərilməsi barədə 21 oktyabr 2014-cü il tarixli AN 521910 saylı “Torpaq sahəsinin planı və ölçüsü”dür. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı əsasında hazırlanmış 21 oktyabr 2014-cü il tarixli AN 521910 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən “X11”un X3 nəzərə alınmaqla həmin sənədin X5 məxsus olması faktı sübuta yetirildiyindən və bu faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. “X11”un adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı əsasında hazırlanmış 21 oktyabr 2014-cü il tarixli AN 521910 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün X5 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar