Məhkəmə qərarları › İş №2(033)-240/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-240/2022

18.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-240/2022 18.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı qızı-X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 aprel 2002-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində doğulmuş, Zaqatala rayonu Muxax kəndində yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11 aprel 2002-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində doğulmuş X9 onun doğma qızıdır. O, anadangəlmə "ağır dərəcəli əqli gerilik" diaqnozu ilə xəstədir, ikinci qrup əlildir. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. X1 MRX-nın konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində dispanser qeydiyyatındadır. Xəstənin gəzmək qabiliyyəti olmadığı üçün transportabel deyildir. Diaqnozu “ağır dərəcəli əqli gerilik”. Ərizəyə əlavə etdiyi xəstənin video görüntüləri əks olunmuş diskdən görünür ki, fəaliyyət qabiliyyətsiz hesab edilməli olan xəstəni daşımaq mümkün deyildir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X10 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 11 aprel 2002-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İşin halları AA1452321 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X9 11.04.2002-ci il tarixdə anadan olmuşdur. Zaqatala Rayon VVADQ Şöbəsi tərəfindən 30 oktyabr 2002-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11.04.2002-ci il tarixdə anadan olmuş X3 atası Ərizəçi, anası isə X4r. Zaqatala Rayon Mərkəzi X12 X6 tərəfindən 06.01.2022-ci il tarixdə verilmiş 4 nömrəli arayışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yaşayan 2001-ci il təvəllüdlü X1 Rayon Mərkəzi X12 X6 Şöbəsinin psixiatrik kabinetində dispanser qeydiyyatındadır. Xəstə gəzmək qabilliyyəti olmadığı üçün transportabel deyildir. Diaqnoz: ağır dərəcəli əqli gerilik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin 16 saylı Regional Ərazi filialının 07 yanvar 2022-ci il tarixli **********1 nömrəli arayışından görünür ki, Zaqatala rayonu Muxax kəndində yaşayan X9 İİ qrup əlilliyə görə 180 manat sosial müavinət alır. Daimi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 14 mart 2022-ci il tarixli, 153 nömrəli rəyində göstərilmişdir ki, X2 hal-hazırki ekspertiza zamanı aşağıdakılar aşkar olunur. FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 120/70 mm c. s.b., nəbzi dəqiqədə 68 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Yoxlanılan şəxsin sağ ayağı gips sarğısındadır. Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyri-bərabərdir, fotoreaksiyası zəifdir. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, bu səbəbdən bütün anamnestik məlumatlar atası Ərizəçi toplanmışdır. Müayinə zamanı bir pozada uzanmışdır, ətrafa boylanır. Neçə yaşı olduğunu, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilmir. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları monotondur. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X9 xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, UŞAQ SEREBRAL İFLİCİNİN QALİQ ƏLAMƏTLƏRİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.0 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (Zaqatala RMX PHŞ-nm konsultativ poliklinikasından verilmiş 06.01.2022-ci il tarixli 4 saylı arayış, Zaqatala RMX-dan verilmiş nömrəsiz xəstəlik tarixindən çıxarış, DSMF-nin 16 saylı regional ərazi filialından verilmiş 07.01.2022-ci il tarixli **********1 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı ətrafa boylanması, neçə yaşı olduğunu, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması,oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması,düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan geri qalması və s.) imkan verir. X9 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, UŞAQ SEREBRAL İFLİCİNİN QALİQ ƏLAMƏTLƏRİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.0 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X9 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə müavinət təyin edilməsi, sonralar ona İİ qrup müddətsiz əlillik verilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, daim valideynlərinin nəzarəti və himayəsi altında yaşaması, kənar şəxsin yardımına ehtiyacı olması, hazırki ekspertiza zamanı onda kobud yaddaş, emosiya, təfəkkür və intellekt pozuntularının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı ətrafa boylanması, neçə yaşı olduğunu, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan geri qalması və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 11 aprel 2002-ci il tarixdə anadan olmuş X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 atası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X9 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X3 atası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 11 aprel 2002-ci il tarixdə anadan olmuş Zaqatala rayonu Muxax kəndində yaşayan xəstə X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, 11 aprel 2002-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş Zaqatala rayonu Muxax kəndində yaşayan xəstə X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 11 aprel 2002-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş Zaqatala rayonu Muxax kəndində yaşayan xəstə X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar