Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-241/2025 12.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə müraciət edərək, ünvan 1 qərarı ilə 2006-cı il tarixdə JN 087A Kod 40200028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 qərarı ilə 2006-cı il tarixdə JN 087A Kod40200028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatı məqsədi ilə Ərizəçi (səhvən adı Təzəgül kimi qeyd edilmişdir) İlqar qızı və digər şəxslər Ərizəçi Sədulla qızı, X8, X18, X5, X12, X19 ilə birlikdə 0,12 hektar torpaq sahəsi verilmişdir. Həmin dövlət aktı əsasında Ərizəçi (səhvən adı Təzəgül kimi qeyd edilmişdir) İlqar qızı kimi və digər şəxslər Ərizəçi Sədulla qızı, X9, X18, X5, X12, X10 adlarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsində ********** nömrəsi ilə, xx.xx.2021-ci il tarixdə dövlət 194.70 kvadratmetr olan fərdi yaşayış evi və 0.12 ha həyətyanı torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Vərəsəliklə bağlı yeni çıxarışın alınması üçün aidiyyatı təşkilata müraciət edilsə də həmin təşkilatdan yeni çıxarışda Ərizəçi adı əvvəlki dövlət aktında yazıldığı kimi yəni Təzəgül kimi qeyd olunacağı bildirilmişdir. Bununla da müəyyən etmək olar ki, Dövlət Aktında Ərizəçi adı Firəngiz yazılmalı olduğu halda səhvən Təzəgül kimi yazılmışdır. Qeyd edilən səhvlər Ərizəçi hüquqlarını pozur. Bununla bağlı Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə çıxarışda qeyd olunan səhvdə düzəliş edilməsi barədə müraciət etsə də, həmin təşkilatdan Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyən edici sənədlərin (həmkarlar ittifaqi və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Odur ki, Ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi nümayəndəsi vəkil Nümayəndə 19 fevral 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ünvanlayaraq ünvan 1 qərarı ilə 2006-cı il tarixdə JN 087A Kod40200028 nömrəli mülkiyyət hüququna dair Dövlət aktı ilə yanaşı xx.xx.2021-ci il tarixli, ********** nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri: Ərizəyə qarşı etiraz daxil olmamışdır. Ərizəçinin izahatı, şahidlərin ifadələri Məhkəmə iclasında Ərizəçi nümayəndəsi vəkil Nümayəndə ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, Ərizəçi anasıdır, qızının adı JN 087A Kod40200028 nömrəli mülkiyyət hüququna dair Dövlət aktında və xx.xx.2021-ci il tarixli, ********** nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda səhv olaraq Təzəgül kimi yazılmışdır. Qızının adı Firəngizdir. Ona qayınanasının adını qoymuşdur. Onların Təzgül adlı qızları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirdi ki, o, Ərizəçi atasıdır, onun anası bütün əmlakını onlara bağışlamaq istəyir. Sənədləşmə işləri aparılana qədər onların qızının adının səhv yazılmasını bilməmişlər. Anası notariat ofisinə gedərkən ona məlum olmuşdur ki, onun qızının adı səhv olaraq Təzəgül kimi yazılmışdır. Bağışlanılacaq ev və torpaq sahəsinə görə alınmış Çıxarışa görə onlar heç bir problem yaşamamışlar və həmin çıxarışı 12 iyul 2021-ci ildə almışlar. Onun Təzəgül adında qızı yoxdur. Yazılı sübutlar: İş materiallarında olan JN -087A KOD 40200028 olan “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair sənədinin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 nömrəli qərarına əsasən Ərizəçi Səadullah qızı, X8, X18, X3, X12, X19 və X1 mülkiyyətinə Zaqatala rayonu Aşağı Tala kəndində 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Aşağı Tala kəndində 0,12 ha yaşayış məntəqələri torpaq sahəsində yerləşən 1987-ci ildə tikilmiş fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Ərizəçi Sədulla qızının, 2007-ci ildə tikilmiş B literli fərdi yaşayış evi və torpaq sahəsi ümumi mülkiyyət hüququ üzrə Ərizəçi Sədulla qızının, X4. X11, X2, X6, X10 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyin 06 saylı təsərrüfatbaşına kitabın 70-ci səhifəsinə əsasən Zaqatala rayonu Aşağı Tala kəndi fərdi özünə məxsus evi vardır. Həmin evdə X18, arvadı X5, oğlu X12 və qızı Ərizəçi qeydiyyatdadır. İş materiallarında olan Zaqatala RİHB-ın Aşağı Tala kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X11 Aslanova Təzəgül adında qızı yoxdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 18 avqust 2001-ci ildə doğulmuşdur. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 nömrəli qərarına əsasən Zaqatala rayonu Aşağı Tala kəndində 0,12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Ərizəçi Səadullah qızı, X8, X18, X3, X12, X19 ilə ərizəçinin ümumi birgə mülkiyyətinə ayrılmış, bu barədə 2006-cı il tarixli JN 087A Kod40200028 nömrəli mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Eləcə də Zaqatala rayonu, Aşağı Tala kəndində 0,12 ha yaşayış məntəqələri torpaq sahəsində yerləşən 1987-ci ildə tikilmiş fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Ərizəçi Sədulla qızının, 2007-ci ildə tikilmiş B literli fərdi yaşayış evi və torpaq sahəsi ümumi mülkiyyət hüququ üzrə Ərizəçi Sədulla qızı, X8, X18, X5, X12, X19 və ərizəçinin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış verilmişdir. Torpaq sahəsi və digər mülkiyyətçilərlə yanaşı ərizəçiyə də ayrılmasına, eləcə də tikililərin digər mülkiyyətçilərlə yanaşı ərizəçiyə məxsus olmasına baxmayaraq JN -087A KOD 40200028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışda ərizəçinin adı yanlışlıqla “X7” olaraq qeyd edilmişdir. Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, JN -087A KOD 40200028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışda edilmiş “X7” qeydinin yanlış olduğu, həmin sənədlərin digər mülkiyyətçilərlə yanaşı ərizəçiyə məxsus oduğu faktı tam təsdiq olunduğundan və ərizəçinin mülkiyyətçi hüququnu həyata keçirməsi hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, faktı təsdiq edən sənədi isə başqa qaydada ala bilmədiyindən fakt müəyyən edilmiş hesab olunmalı, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN - 087A KOD 40200028 olan “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” sənədin və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışın özünə aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-241/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-241/2025
12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver