Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-271/2024 11.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən təsdiq edilmiş, 14 noyabr 2022-ci il tarixli “Barışıq sazişi”nin icra edilməyən hissəsinin, yəni, “mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşları tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər” hissəsinin məcburi icrası üçün, barışıq sazişinin həmin hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs, aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment məbləğinin müəyyən edilməsi tələbi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediator tərəfindən təsdiq edilmiş 14 noyabr 2022-ci il tarixli barışıq sazişinə əsasən razılığa gəlmişlər. 14 noyabr 2022-ci il tarixli barışıq sazişində qeyd olunur: 1. Mediasıya zamanı tərəflər, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər.
2. Mediasiya zamanı tərəflər, uşaqların ananın himayəsinə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X3 (ş/v AA3049925, FİN:90D6DST) və xx.xx.2018-ci il təvəllüdlü X5 anası Ərizəçi himayəsinə verilməsinə razılığa gəldilər. 3. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşları tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. Lakin, barışıq sazişinin bağlanmasının üzərindən təqribən 1 (bir) aydan artıq müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs barışıq sazişinin aliment ödənişi ilə bağlı 3-cü bəndini icra etmir və gələcəkdə də icra etməyəcəyini bildirir. Halbuki, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
İddia tələbinə qarşı etirazın dəlilləri
İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən təsdiq edilmiş, 14 noyabr 2022-ci il tarixli “Barışıq sazişi” nin məcburi icrası üçün sazişin ərizədə qeyd edilən və icra edilməyən hissəsinin təsdiq edilməsini xahiş etdi. O əlavə olaraq maraqlı şəxsin barışıq sazişində razılaşdırılan aliment məbləğini ödəməkdən imtina etdiyini və ödəməyəcəm dediyini qeyd etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, mediasiyaya nikahın pozulması ilə bağlı müraciət olunub və nikah pozulur deyə o, aliment ödəmək öhdəliyini üzərinə götürmüşdür. Hazırda iddiaçı ona məxsus və onun mülkiyyətinə olan evdə yaşayır və o ailəsinin bütün xərclərini ödəyir. O, barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir, bir şərtlə ki, ərizəçi ona məxsus yaşayış evini tərk edəcək. Ərizəçi ilə birgə nikahlarında olan ən kiçik uşağın 1 yaşı tamam olmamışdır və ərizəçi Mesed xanım boşanmağa razı olduğundan o, həmin barışıq sazişini imzalamışdır. Hazırda Ərizəçi boşanmağa razı deyil, ona görə o da aliment ödəməkdən imtina etmişdir.
İşin halları
Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 26 dekabr 2023-cü il tarixdə verilmiş 3457 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs X1 nikahı haqqında 17 noyabr 2014-cü il tarixdə 29 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Qardaşov, arvada Qardaşova soyadı verilmişdir. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 26 dekabr 2023-cü il tarixdə verilmiş 3459 nömrəli arayışdan görünür ki, 03 sentyabr 2015-ci il tarixdə anadan olmuş X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 26 dekabr 2023-cü il tarixdə verilmiş 3458 nömrəli arayışdan görünür ki, 30 mart 2018-ci il tarixdə anadan olmuş X5 atası Maraqlı şəxs, anası Ərizəçidır. 14 noyabr 2023-cü il tarixli Barışıq sazişindən görünür ki, 1. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəlmişdirlər. 2. Mediasiya zamanı tərəflər, uşaqların ananın himayəsinə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X3 (ş/v AA3049925, FİN:90D6DST) və xx.xx.2018-ci il təvəllüdlü X5 anası Ərizəçi himayəsinə verilməsinə razılığa gəldilər. 3. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşları tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
“Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu
33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Məhkəmənin mövqeyi
Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X8 adlı uşaqları dünyaya gəlmişdir. Mülki iş üzrə tərəflər yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan hesabına ödəməsinə dair razılığa gəlmiş və 14 noyabr 2023-cü il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək “Barışıq sazişi”nin icra edilməyən hissəsinin, yəni, “mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşları tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər” hissəsinin təsdiq edilməsi barədə hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 14 noyabr 2023-cü il tarixli barışıq sazişinin “mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşları tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bu hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 14 noyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 3-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 3-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 14 noyabr 2023-cü il tarixli barışıq sazişinin “Ərizəçi ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşları tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə” dair hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 14 noyabr 2023-cü il tarixli barışıq sazişinin “Ərizəçi ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşları tamam olana kimi saxlanılmaları üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə” dair hissəsi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Həsənov.