Məhkəmə qərarları › İş №2(033)-273/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-273/2021

12.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-273/2021 12.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı oğliunun iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz yazılmış elektrik borcunun hesabından silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Azərişıq ASC tərəfindən onun hesabına cərimə kimi yazılmış 1058 manat 46 qəpik pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala şəhəri Təbriz küçəsində ailəsi ilə birlikdə özünə məxsus evdə yaşayır. Evinə qanuni qaydada elektrik enerjisi çəkilmişdir. Elektrik enerjisindən qanuni qaydada istifadə edərək haqqını vaxtlı vaxtında ödəyir. İstifadə etdiyi elektrik enerjisinin miqdarı yaşadığı evin giriş darvazasından çöldə, ictimai yolda quraşdırılmış və ploblanmış elektrik sayğacı ilə ölçülür. 23 may və 21 noyabr 2020-ci il tarixlərdə cavabdeh təşkilatın nümayəndələri gəlib sayğacda nasazlıq aşkar edərək, akt yazmışlar, onun bütün bunlardan xəbəri olmayıb. Ona məlumat vermədən sayğacı yenisi ilə əvəz ediblər. Sonra isə qanunsuz olaraq ona 1.058 manat 46 qəpik cərimə adı altında borc yazmışlar. O cavabdehin ünvanına getmişdir. Ordan ona möhürü və imzası olmayan kağızlar vermişlər. Qanunsuz yazılmış 1.058 manat 46 qəpik pulu ondan, hər dəfə smart karta yüklədiyi puldan çıxırlar. Məhkəmə qərarı olmadan ondan artıq məbləğ tutulur. Deməli o işıq pulunu qabaqcadan karta yükləyir. Karta qoyulmuş pulun 80 %-ni cavabdeh hesabdan silir, yalnız 20%-i üçün ona işıq verir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz edərək iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Abduxalıq oğlu cavabdeh "xxxx" ASC və "xxxx" ASC-nin X1rşı “qanunsuz yazılmış borcunun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, İddiaçı Abduxalıq oğlunun cavabdeh qismində göstərdiyi "xxxx" ASC-nin X6 "xxxx" ASC-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. Şəbəkənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə "xxxx" ASC-nə məxsusdur. X6 müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin X6 "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyətəsərrüfat balansı "xxxx" ASC-nin balansına aiddir. Hüquqi şəxs statusuna malik olmayan X6 qeydiyyatda olan, o cümlədən iddiaçının qeydiyyatda olduğu enerji hesabları üzərində sərəncamverici səlahiyyətləri (enerji sərfiyyatmın silinməsi və digər dəyişikliklərin aparılması) onun tabe olduğu "xxxx" ASC həyata keçirir. Digər tərəfdən X6 yalnız verilmiş göstərişlərin və xidmətin icrasını təşkil edir. X4 tabe olduğu "xxxx" ASC isə hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Bu səbəbdən də X4 cavabdeh kimi qeyd olunması əsassızdır. İddiaçı Abduxalıq oğlunun Zaqatala şəhəri, Təbriz küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı Abduxalıq oğlunun adına **********04441 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 23.05.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları B.Hacıyev və Ş.Eminov tərəfindən Zaqatala şəhəri, Təbriz küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X3 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin smart tipli sayğacın giriş xəttini kəsib, sayğacdan kənar bir başa xəttə qoşularaq kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X3 Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 23.05.2020-ci il tarixli, R167343 saylı akt tərtib olunmuşdur. 23.05.2020-ci il tarixli, R167343 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 31.05.2020ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0.11 manatla 554 kvt.s, dəyəri 60.94 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Həmin tarixdən 6 ay keçdikdən sonra 21.11.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları B.Hacıyev, Ş.Eminov və M.Xəlilov tərəfindən iddiaçıya məxsus həmin fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X3 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacının giriş xəttini kəsərək bir başa xəttə qoşulub, kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X3 Qaydalarının 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 21.11.2020-ci il tarixli, R200293 saylı akt tərtib olunmuşdur. 21.11.2020-ci il tarixli, R200293 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 24.11.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 150 gün üçün 0.11 manatla 2273 kvt.s, dəyəri 250.03 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Göründüyü kimi əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurların xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanlann aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X3 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X3yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna-olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X3 etdiyi nəzərə alınmaqla hesabat aparılır”. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. İddiaçı iddia tələbində silinəcək məbləği 1058.46 manat göstərmişdir. Bildiririk ki, iddiaçıya iddia ərizəsində qeyd edilmiş aktlar əsasında 310.97 manat hesabat aparılmış, yerdə qalan 747.49 manat borcun həmin aktlarla heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı Abduxalıq oğlunun Zaqatala şəhəri, Təbriz küçəsində yaşadığı fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X8 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abonenti olmaqla Zaqatala şəhəri, Təbriz küçəsi 39 ünvanında yaşayır. İddiaçının ünvan 1ş evi Zaqatala EŞ-nin enerji satış bazasında İddiaçı adına **********04441 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 27.04.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları B.Hacıyev və Ş.Eminov tərəfindən Zaqatala şəhəri, Təbriz küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X3 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini kəsib, sayğacdan kənar bir başa xəttə qoşularaq kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X3 Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 27.04.2020-ci il tarixli, R167257 saylı akt tərtib olunmuşdur. 27.04.2020-ci il tarixli, R167257 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 08.05.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0.11 manatla 6745 kvt.s, dəyəri 741,95 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. 23.05.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları B.Hacıyev və Ş.Eminov tərəfindən Zaqatala şəhəri, Təbriz küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X3 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin smart tipli sayğacın giriş xəttini kəsib, sayğacdan kənar bir başa xəttə qoşularaq kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X3 Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 23.05.2020-ci il tarixli, R167343 saylı akt tərtib olunmuşdur. 23.05.2020-ci il tarixli, R167343 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 31.05.2020ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0.11 manatla 554 kvt.s, dəyəri 60.94 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Həmin tarixdən 6 ay keçdikdən sonra 21.11.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları B.Hacıyev, Ş.Eminov və M.Xəlilov tərəfindən iddiaçıya məxsus həmin fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X3 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacının giriş xəttini kəsərək bir başa xəttə qoşulub, kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X3 Qaydalarının 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 21.11.2020-ci il tarixli, R200293 saylı akt tərtib olunmuşdur. 21.11.2020-ci il tarixli, R200293 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 24.11.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 150 gün üçün 0.11 manatla 2273 kvt.s, dəyəri 250.03 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı mənzilində X3 edilərək, dəyərini vaxtı-vaxtında ödədiyi halda, sayğacın ərizə ilə məhkəməyə müraciət edildiyi dövr üçün son göstəricisi üzrə ödənilməmiş 1058,46 manat borc təşkil etmiş və iddiaçı tərəfindən həmin borcun ödənilməsi təmin edilməmişdir. Həmin məbləğ akt əsasında məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacının nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X3 etdiyi nəzərə alınmaqla aparılmış hesabata əsasən yaranmış borcdur. Ona görə də, İddiaçı hazırki tələbində 1058,46 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan X8 Cəmiyyəti X4 rəisi tərəfindən təsdiq edilmiş 27 aprel 2020-ci il tarixli 167257 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq quraşdırılmış enerji uçot dəstinə baxış keçirildikdə məlum olmuşdur ki, istehlakçı sayğacın giriş xəttinə birbaşa qoşularaq X3 edir. Ölçü işləri aparılmış İ-0,9 A olduğu müəyyən edilmişdir. EEİQ-nə əsasən enerji uçot dəsti bərpa edilmişdir. İşdə olan 27.04.2020-ci il tarixli 167257 nömrəli akta əsasən 08 may 2020-ci il tarixli Şimal-qərb RETSİ-nin akt komissiyasının sədri tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, istehlakçı ünvan 3 ünvanında yaşayan İddiaçı istifadəsində olan sayğaca baxış keçirilərkən müəyyən olunmuşdur ki, smart tipli sayğacın giriş xətti kəsilərək fərdi yaşayış evinə kənar xətdən istifadə edilmişdir. Abonent tərəfindən elektrik sərfiyyatına görə (Witr= 5 A x0,22 kVT.s x24 sx 0,7 x 365 gün=6745kVt.s) 6745 kVt.s x 0,11=741,95 manat ödənilməlidir. İşdə olan X8 Cəmiyyəti X4 rəisi tərəfindən təsdiq edilmiş 23 may 2020-ci il tarixli 167343 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent smart tipli sayğacın giriş xəttini kəsərək evini sayğacdan kənar birbaşa xətdə qoşulmuşdur. Axın yük yoxlanılmış və İ-1,5A olması müəyyən edilmişdir. Sayğacın sxem dəsti yerindəcə bərpa edilmişdir. İşdə olan 23.05.2020-ci il tarixli 167343 nömrəli akta əsasən 31 may 2020-ci il tarixli Şimal-qərb RETSİ-nin akt komissiyasının sədri tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, istehlakçı ünvan 3 ünvanında yaşayan İddiaçı istifadəsində olan sayğaca baxış keçirilərkən müəyyən olunmuşdur ki, smart tipli sayğacın giriş xətti kəsilərək fərdi yaşayış evinə kənar xətdən istifadə edilmişdir. Abonent tərəfindən elektrik sərfiyyatına görə (Witr= 5 A x0,22 kVT.s x24 sx 0,7 x 30 gün=554kVt.s) 554 kVt.s x 0,11=60,94 manat ödənilməlidir. İşdə olan X8 Cəmiyyəti X4 rəisi tərəfindən təsdiq edilmiş 21 noyabr 2020-ci il tarixli 200293 nömrəli aktdan görünür ki, abonent İddiaçı istifadəsində olan sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın giriş xətti kəsilərək birbaşa qoşmuşdur, çıxan yük ampermaşa vasitəsi ilə yoxlanılmışdır. İ-4,1 A olduğu müəyyən edilmiş və kənar xətt ləğv edilərək sayğac yenidən möhürlənmişdir. İşdə olan 21.11.2020-ci il tarixli 200293 nömrəli akta əsasən 24 noyabr 2020-ci il tarixli Şimal-qərb RETSİ-nin akt komissiyasının sədri tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, istehlakçı ünvan 3 ünvanında yaşayan İddiaçı istifadəsində olan sayğaca baxış keçirilərkən müəyyən olunmuşdur ki, abonent sayğacdan kənar küçə işıqlanmasından istifadə edir. Abonent tərəfindən elektrik sərfiyyatına görə (Witr= 4.1 A x0,22 kVT.s x24 sx 0,7 x 150 gün=2273) 2273kVt.s x 0,11=250,03 manat ödənilməlidir. İşdə olan X9 Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı Abduxalıq oğlunun yaşadığı fərdi yaşayış evinin enerji təchizatı barədə tərtib edilmiş 27.04.2020-ci il tarixli R 167257 saylı, 23.05.2020-ci il tarixli R 167343 saylı və 21.11.2020-ci il tarixli R 200293 saylı qüsur aktları əsasında itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə heablanmış məbləğlər kənar xəttən axan yük nominal gərginlik (220 kV) və üç illik iddia müddəti nəzərə alınmaqla “X3 Qaydalarının” 8.32-ci bəndinə əsasən aparılmışdır. 167257 saylı akta əsasən hesabat yenidən aparılır: Witr = 5,0 A x 0,22 kV x 24 s x 30 gün = 792 kVt.s Dəyəri: 300 kVt.s x 0,07 manat = 21,0 manat 492 kVt.s x 0,11 man = 54,12 manat Cəmi məbləğ: 21,0 + 54,12 = 75,12 manat; 167343 saylı akta əsasən hesabat yenidən aparılır: Witr = 5,0 A x 0,22 kV x 24 s x 30 gün x 0,7 = 554 kVt.s Dəyəri: 554 kVt.s x 0,11 manat = 60,94 manat; 200293 saylı akta əsasən hesabat yenidən aparılır: Witr = 4,1 A x 0,22 kV x 24 s x 30 gün = 649 kVt.s Dəyəri: 300 kVt.s x 0,07 manat = 21,0 manat 349 kVt.s x 0,11 manat = 38,39 manat Cəmi məbləğ: 21,0 + 38,39 = 59,39 manat. Göründüyü kimi, tərtib edilmiş aktlarla İddiaçı ona məxsus Zaqatala şəhəri, Təbriz küçəsi 39 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacından kənar sayğacın giriş xəttinə birbaşa qoşularaq X3 etdiyi aşkarlanmış və 27 aprel 2020-ci il tarixli 167257 nömrəli akt, 23 may 2020-ci il tarixli 167343 nömrəli, 21 noyabr 2020-ci il tarixli 200293 nömrəli aktlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin darvazasından bayırda, yəni ictimai yol hissəsində quraşdırılmışdır. Həmçinin mübahisələndirilən aktlar tərtib edilən zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən abonentə məlumat verilməmiş, onun iştirakı təmin edilmədən əməkdaşlar tərəfindən aktlar tərtib olunmuşdur. Həmin aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçı tərəfindən elektrik sayğacından kənar aparılmış xətt üzrə hesablanma aparılaraq dəymiş ziyan hesablanmışdır. Məhkəmə mübahisə ilə əlaqədar tətbiq edilməli olan tələbin qanuni əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nda (bundan sonra mətndə «Elektrik enerjisidən istifadə Qaydaları») müəyyən olmuş hüquq normalarına istinad etməyi zəruri hesab edir. İddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, aktlar üzrə ona hesablanmış 1058 manat 46 qəpiyi mübahisələndirir. İş materiallarından görünür ki, iddiaçı barəsində yenidən hesablamanın aparılmasına əsaslardan biri kimi onun fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacından kənar sayğacın giriş xəttinə birbaşa qoşularaq X3 etdiyi göstərilmişdir. «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X3 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X3yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin «Qaydaları»n 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, elektirik enerjisinin istifadə edilməsi üçün abonentlə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında alqı satqı müqaviləsi bağlanılmalı, abonent tərəfindən elektrik enerjisinin istifadə qaydaları pozulduqda elektrik enerjisinin verilişini təmin edən təşkilat tərəfindən məişət abonentinin və 2 nəfər hal şahidinin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Hazırki işdə olan aktlardan da görünür ki, 27 aprel 2020-ci il tarixli 167257 nömrəli, 23 may 2020-ci il tarixli, R 167343 saylı, 21 noyabr 2020-ci il tarixli R200293 saylı aktlar tərtib olunarkən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Bundan başqa qeyd olunan “Qaydalar”ın 8.32-ci bəndindən görünür ki, hesablaşma sayğacın qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X3 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara görə, məişət abaonenti, o vaxt məsuliyyət daşıyır ki, mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud piləkən meydançasında deyil, bilavasitə məişət abonentinin yaşadığı mənzilin daxilində quraşdırlmış olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla elektrik sayğacında müdaxilə izlərinin səbəbləri, elektrik sayğacından kənar xəttin aparılmasına görə iddiaçının mülki məsuliyyət daşıması sübuta yetirilmədiyindən iddia təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 №-li Qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin nizamnaməsinin 1.2-ci bəndindən görünür ki, Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi MPM-in 77.1-ci maddəsində hər bir tərəfindən öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, həmin maddənin 2-ci bəndində tərəflərdən birinin dövlət orqanı və müəssisəsi olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət müəssisə, idarə və ya təşkilatının üzərinə qoyulması müəyyən edilmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçının dövlətə məxsus cavabdeh hüquqi şəxs tərəfindən hesablanmış debutor borcların silinməsini tələb etməsinə baxmayaraq, bu halda sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdeh Azərişıq ASCnin, yəni debutor borcları hesablamış dövlət müəssisəsinin üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə öhdəliyinin olmaması baxımından həmin aktlarda qeyd olunan pozuntunun mövcud olduğu qəbul edilsə belə, bunda istehlakçının təqsirli olub-olmaması müəyyənləşdirilmədiyindən, həmin pozuntu ilə əlaqədar məsuliyyətin istehlakçının üzərinə qoyulmasının hüquqi əsası yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi 27 aprel 2020-ci il tarixli 167257 nömrəli akta, 23 may 2020-ci il tarixli, R 167343 saylı akta, 21 noyabr 2020-ci il tarixli R200293 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 1052,92 manat borc İddiaçı hesabından silinməli, iddia tələbi qalan hissədə, yəni iddia tələbinin 5,54 manat borcun silinməsi hissəsində rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi 27 aprel 2020-ci il tarixli 167257 nömrəli akta, 23 may 2020-ci il tarixli R 167343 saylı akta, 21 noyabr 2020-ci il tarixli R200293 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 1052,92 (bir min əlli iki manat doxsan iki qəpik) manat borc İddiaçı hesabından silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar