Məhkəmə qərarları › İş №2(033)-289/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-289/2022

20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-289/2022 20.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-1033 KOD 40203018 saylı, qeydiyyat kitabında 8675 nömrə ilə qeydiyyata alınmış 15.10.2021-ci ildə Zaqatala rayonu Torpaq Şöbəsinin müdiri və X24 Layihə İnstitutunun rektoru tərəfindən təsdiq edilmiş Dövlət Aktının onlara və eyni zamanda Azər və Hikmət Mahmudovlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Bəhmətli kənd ərazisində yerləşən onlara məxsus 1.92 ha torpaq sahəsi vardır. Torpağın mülkiyyətə verilməsinə dair JN-1033 KOD 40203018 saylı Dövlət Aktında “X12”nın əvəzinə səhvən “X17”, “Ərizəçi1”nun əvəzinə səhvən “Ərizəçi1 Mövlüd oğlu”, “X9”nun əvəzinə səhvən “X10” və “X14”nun əvəzinə səhvən “X15” yazılmışdır. Onlar Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında səhvən qeyd edilmiş “Mövlüd” ata adının (Mahmud) kimi dəyişdirilərək Dövlət Aktında qeyd olunan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin həmin təşkilatın 08.12.2021-ci il tarixli **********59 saylı məktubuna əsasən Ləğv olunmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1033 KOD 40203018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığı izah edilərək bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də onlar “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın onlara məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması üçün müraciət etməli olmuşlar. Ərizəçilər X7 və X5 nümayəndəsi Ərizəçi1 ərizə ilə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-1033 seriyalı Kod 40203018 nömrəli qeydiyyat kitabında 8675 nömrə ilə qeydiyyata alınmış 15.10.2021-ci il tarixdə Zaqatala rayonu Torpaq Şöbəsinin müdiri verdiyi Yer Quruluşu Layihə İnstitutunun direktoru tərəfindən təsdiq edilmiş dövlət aktının onlara və eyni zamanda Azər və Hikmət Mahmudovlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi, eyni zamanda X7 və X5 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Ərizəçi2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişı göndərilməklə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN-1033 seriyalı Kod 40203018 nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarına əsasən Zaqatala rayonu Bəhmətli kənd sakini Ərizəçi1 Mövlüd oğlu, X10, X15 və X11 mülkiyyətinə 1,92 ha torpaq sahəsi verilmişdir. Dövlət aktı iki nüsxədə tərtib edilmiş və 8675 nömrəsi ilə kitabda qeydiyyata alınmışdır. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Bəhmətli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21.01.2022-ci il tarixdə verilmiş 128 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq Ərizəçi1 Mövlüd oğlu qeyd edilmiş AZE******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi1 şəxs ilə adlı siyahıda qeyd olunan Ərizəçi1 Mövlüd oğlu eyni şəxsdir. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Bəhmətli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21.01.2022-ci il tarixdə verilmiş 129 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X17 qeyd edilmiş AZE0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi2 Şamo qızı şəxs ilə adlı siyahıda qeyd olunan X17 eyni şəxsdir. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Bəhmətli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21.01.2022-ci il tarixdə verilmiş 130 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X2 Azər Mahmud oğlu ilə eyni şəxsdir. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Bəhmətli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21.01.2022-ci il tarixdə verilmiş 131 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq qeyd edilmiş X1 Hikmət Mahmud oğlu ilə eyni şəxsdir. ** AA ***7803 nömrəli etibarnamədən görünür ki, X14 və X9 Azərbaycan Respublikası, Zaqatala şəhəri, Bəhmətli k. ünvanında yerləşən onlara məxsus istənilən torpaq sahələrini idarə etməyi və sərəncam verməyi, buna müvafiq olaraq qanunla razılaşdırılmış əqdləri bağlamağı və s. Ərizəçi1 etibar etmişdirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 08 dekabr 2021-ci il tarixli Ərizəçi2, Ərizəçi1, X14 və X6 ünvanlanmış məktubundan görünür ki, 0.8310 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Torpaq islahatı nəticəsində torpaq payı almış subyektlərin siyahısında düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1948-ci il tarixdə Zaqatala rayonu Muğanlı kəndində anadan olmuş və Zaqatala rayonu Bəhmətli kəndində yaşayır. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1981-ci il tarixdə Zaqatala rayonu Bəhmətli kəndində anadan olmuş və Zaqatala rayonu Bəhmətli kəndində yaşayır. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 mart 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, 22 yanvar 1972-ci il tarixdə anadan olmuş X7 atası X16, anası Ərizəçi2dır. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 mart 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, 31 may 1987-ci il tarixdə anadan olmuş X5 atası X16, anası Ərizəçi2dır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı əsasında hazırlanmış JN-1033 nömrəli Kod 40203018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"-də 1,92 ha torpaq sahəsinin mülkiyyətinə verilən şəxslərdən Azər Mahmudov, Hikmət Mahmudov, Ərizəçi1 ata adları, yəni “Mahmud” əvəzinə “Mövlüd”, Hürü Şamo qızının soyadı “Sərdarova” əvəzinə “Mahmudova”, ata adı isə “Qurban” əvəzinə “Şamo” kimi qeyd edilmiş və torpaq aktında qeyd edilənlər həmin şəxslərin şəxsiyyətlərini təsdiq edən sənəddə göstərilən müvafiq olaraq ata adları və soyadları ilə düz gəlmir. Bundan başqa ərizəçilər Ərizəçi1, X14 və X5 ata adının həqiqətən “Mahmud” olması və ərizəçi Hürü Şamo qızının soyadının “Sərdarova”, ata adının isə “Qurban” olması işdə olan tədqiq edilmiş sənədlərlə bir daha öz təsdiqini tapır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı əsasında hazırlanmış JN-1033 nömrəli Kod 40203018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"-da qeyd edilən “X17”nın AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi2, “Ərizəçi1 Mövlüd oğlu”nun AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi1, “X22 oğlu”nun doğum haqqında arayışda qeyd olunan X14 və “X10”nun doğum haqqında arayışda qeyd olunan X3 nəzərə alınmaqla həmin sənədin ərizəçilər Ərizəçi1, X14, X9 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı əsasında hazırlanmış JN-1033 nömrəli Kod 40203018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"-da qeyd edilən “X17”nın AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi2, “Ərizəçi1 Mövlüd oğlu”nun AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi1, “X15”nun doğum haqqında arayışda qeyd olunan X14 və “X10”nun doğum haqqında arayışda qeyd olunan X3 nəzərə alınmaqla həmin sənədin ərizəçilər Ərizəçi1, X14, X9 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar