Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-29/2022 23.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı notariat ofisinə və Cavabdeh1 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib olunmuş 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə iddiaçı və cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, lakin cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova məktubla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş üzrə iddiaçı və cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Zaqatala rayonu, Car kəndində yaşayır. 2005-ci il tarixdə Zaqatala rayonu, Fındıqlı kəndində mərhum X10 və Nina Lisenkovaya məxsus torpaq sahəsini almaq qərarına gəlmişlər. 2005-ci il tarixdə X6 və bir neçə şahidlərin iştirakı ilə akt tərtib olunaraq aralarında müqavilə bağlanmışdır. Daha sonra 05 may 2005-ci il tarixdə X12 və Nina Lisenkova vəsiyyətnamə tərtib edərək özlərinə məxsus Dövlət aktında qeyd olunan torpaq sahələrini ona vəsiyyət etdiyinə dair Zaqatala rayon Notariat Kontorunda vəsiyyətnamələr tərtib olunmuşdur. 2020-ci il tarixdə Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu və üçüncü şəxs İddiaçı qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək 25 oktyabr 2010-cu ildə vəfat etmiş X8 miras qalmış DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən 2.02 ha torpaq sahəsinin X11 məxsus hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fmdıqlı kəndində yerləşən Reus Ninanın adına yazılmış 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində ona qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 2(033)-122/2021 saylı 24.02.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin vəsiyyətnamədən 2020-ci il tarixdə tərəf məhkəməyə müraciət edən vaxtı məlumatı olmuşdur. Cavabdeh1 2009-cu il tarixli vəsiyyətnamənin mövcudluğundan heç bir məlumat verməmiş, fındıq bağından hal-hazırki vaxta qədər istifadə etmişdir. İddiaçının bu vaxta qədər heç bir məlumat verməməsi İddiaçı da vəsiyyətnamənin qanuni-olub olmaması ilə bağlı əsaslı şübhələr yaratmışdır. 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamədəki vəsiyyət qoyan X9 imzası ilə 05 may 2005-ci il tarixdəki vəsiyyətnamədəki imzalar arasında heç bir oxşarlıq yoxdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 çıxış edərək göstərdi ki, iddia ərizəsində qeyd edilənləri müdafiə edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 çıxış edərək bildirdi ki, Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən X6 və X9 mülkiyyətində olmuş 2,04 ha torpaq sahəsi, Fındıqlı kəndində yerləşən yaşayış evi, həyətyanı torpaq sahəsi 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamə əsasında X12 tərəfindən hüquqlarını müdafiə etdiyi Cavabdeh1 vəsiyyət edilmişdir. X12 25 oktyabr 2010-cu ildə, X6 isə 18 sentyabr 2009-cu il tarixdə vəfat etmişlər. Zaqatala Rayon məhkəməsinin 24.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 25 oktyabr 2010-cu ildə vəfat etmiş X8 miras qalmış 2,02 ha torpaq sahəsinin X11 aid hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın mülkiyyətində olmuş 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində isə qanun üzrə vərəsəlik hüququ verilmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. İş materiallarında olan aktdan görünür ki, X6 31.01.2002-ci il tarixdə mülkiyyətlərinə verilmiş 2,04 ha fındıq bağını birdəfəlik olaraq İddiaçı bağışlamışdır. İş materiallarında olan şahidlər X4 və X1 iştirakı ilə Zaqatala Dövlət Notariat Kontorunda 19 dekabr 2009-cu il tarixdə tərtib edilmiş, notarius G.İsgəndərova tərəfindən təsdiq edilmiş və 2V/163 reyestrlə qeydə alınmış vəsiyyətnamədən görünür ki, vəsiyyət edən X7 məxsus olan və gələcəkdə məxsus olası Zaqatala rayonu Fındıqlı kəndində fərdi yaşayış evini (hal-hazırda yaşadığı), həyətyanı torpaq sahəsini, pay torpağını Cavabdeh1içə vəsiyyət etmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli e- 2(033)-122/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 25 oktyabr 2010-cu ildə vəfat etmiş X8 miras qalmış DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha torpaq sahəsinin X11 aid hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın mülkiyyətində olmuş 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində isə qanun üzrə vərəsəlik hüququ verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1812 nömrəli 24 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən bildiririk ki, ekspertizaya təqdim olunmuş X9 adından olan 19 dekabr 2009- cu il tarixli 2V/163 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamədə “İmza" qrafasındakı imzanın - tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə X12 tərəfindən və həmin imzanın X9 imzasına oxşadılmaqla icra olunub-olunmaması haqında rəy vermək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarına əsasən X6 və X9 mülkiyyətinə verilmişdir. 05 may 2005-ci il tarixli vəsiyyətnamələrə əsasən X6 (2-V-86 reyestr nömrəli vəsiyyətnamə) və X12 (2-V-87 reyestr nömrəli vəsiyyətnamə) Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 200-ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin özlərinə məxsus 1,02 ha və 1,02 ha hissəsini İddiaçı vəsiyyət etmişlər. X12 19 dekabr 2009-cu il tarixli reyestrdə 2V/163 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə Zaqatala rayonu Fındıqlı kəndində yerləşən fərdi yaşayış evini (halhazırda yaşadığı), həyətyanı torpaq sahəsini, pay torpağını Cavabdeh1içə vəsiyyət etmişdir. Vəsiyyətnamə xüsusi texniki vasitələrdən istifadə edilməklə şahidlər X4 və X1 iştirakı ilə Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunda tərtib edilmiş və notarius Gözəl İsgəndərova tərəfindən təsdiq edilmişdir. X12 25 oktyabr 2010-cu ildə vəfat etmiş və Zaqatala Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli e-2(033)-122/2021 nömrəli qətnaməsi ilə DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha torpaq sahəsinin ona aid hissəsi üzərində Cavabdeh1 vəsiyyət üzrə vərəsəlik hüququ verilmişdir. İddiaçı İddiaçı X9 adından olan 19 dekabr 2009-cu il tarixli 2V/163 saylı vəsiyyətnamənin onun tərəfindən imzalanmadığını və həmin vəsiyyətnamənin qanuniliyi ilə bağlı şübhələrinin olduğunu qeyd edərək 19 dekabr 2009- cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin əsassız olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1812 nömrəli 24 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə X9 adından olan 19 dekabr 2009- cu il tarixli 2V/163 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamədə “İmza" qrafasındakı imzanın tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə X12 tərəfindən və həmin imzanın X9 imzasına oxşadılmaqla icra olunub-olunmaması haqında rəy vermək mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin üçüncü hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Həmin Məcəllənin 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. Həmin Məcəllənin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər. Həmin Məcəllənin 1221-ci maddəsinə əsasən sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələbindən görünür ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci madddəsində müəyyən eilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli daşınmaz əmlakın hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan da görünür ki, İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən 19 dekabr 2009-cu il tarixli 2V/163 nömrəsi ilə reyestrlə qeydə alınmış vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş şərtlərə riayət edilməklə tərtib edilmiş, yəni vəsiyyətnamə tarix göstərilməklə, xüsusi texniki vasitələrin köməyi ilə, 2 şahidin iştirakı ilə tərtib edilmiş və Zaqatala 2 saylı Dövlət Notariat Kontorunun notariusu G.İsgəndərova tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi hallarin məvcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Məhkəmə qeyd edir ki, 19 dekabr 2009-cu il tarixli 2V/163 nömrəsi ilə reyestrlə qeydə alınmış vəsiyyətnamə tərtib edildiyi məqamda X9 fəaliyyət qabiliyyətli şəxs olmaması ilə bağlı məhkəmə qərarı olmamış və onun öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi və öz iradəsini aydın ifadə edə bilməməsi ilə bağlı hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Eyni zamanda həmin vəsiyyətnamənin X12 tərəfindən imzalanmasını şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş və bu halı məhkəmə araşdırması zamanı da müəyyən etmək mümkün olmamışdır. Ona görə də həmin vəsiyyətnamənin etibarsız əqd olması qənatinə gəlinməsi mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin dəlilləri ilə razılaşmaq olmaz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli saymır, hesab edir ki, İddiaçı iddiasını əsaslandıra biləcək şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. İddia təmin edilmədiyindən və ekspertizanın aparılması İddiaçı tərəfindən tələb edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənələrə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı notariat ofisinə və Cavabdeh1 qarşı Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib olunmuş 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədikləri 10 (on) manat özünə aid edilsin. İddiaçı 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-29/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-29/2022
23.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver