Məhkəmə qərarları › İş №2(033)-3/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-3/2024

21.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-3/2024 21.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlaka payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlaka payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,9339 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 3/5 hissəsinə paylarının müəyyən edilməsi və həmin əmlaklardan onlara məxsus 3/5 payın (hissənin) naturada ayrılması, o cümlədən, cavabdehin naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu, Faldarlı kəndində 0,9339 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən X2 20 dekabr 2016-cı il tarixdə ölmüşdür. Həmin əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın “Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Cavabdehlə ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,9339 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə payın müəyyən edilməsi və həmin əmlakın bölünməsi ilə bağlı razılığa gəlmək istəsələr də, heç bir nəticə əldə edə bilməmiş və nəticədə qeyd olunan əmlaklara payın müəyyən edilməsi, özlərinə çatacaq payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 07 sentyabr 2023-cü il tarixdə “iddia tələbinin predmetinin dəyişdirilməsi” barədə ərizə təqdim edərək "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,0446 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 3/5 hissəsinə paylarının müəyyən edilməsi və həmin əmlaklardan onlara məxsus 3/5 payın (hissənin) naturada ayrılması, o cümlədən, cavabdehin naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları 21 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq İddiaçı3, Dursun Abdullayeva və onun səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 22 iyun 2017-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X2 20 dekabr 2016-cı ildə ölmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 may 2021-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh, X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 212 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 aprel 2022-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh, X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 255 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 19 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 aprel 2022-ci il olan çıxarışa əsasən tərəflərin ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0.0446 ha torpaq sahəsindən iddiaçılar X4, İddiaçı2 və İddiaçı3 payına düşən 3/5 hissənin Cavabdeh payına düşən 1/5 hissədən ayrılaraq naturada bölünməsi həmin torpaq sahəsində yerləşən tikili bölündükdən sonra torpaq sahəsinin öz paylarına uyğun bölünməsi məsələsinə baxıla bilər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 may 2021-ci il olan çıxarışa əsasən tərəflərin ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 1.1364 ha torpaq sahəsindən iddiaçılar X4, İddiaçı2 və İddiaçı3 payına düşən 3/5 hissənin Cavabdeh payına düşən 1/5 hissədən ayrılaraq naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 10/3229 nömrəli rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 aprel 2022-ci il olan çıxarışa əsasən tərəflərin ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0.0446 ha torpaq sahəsindən iddiaçılar X4, İddiaçı2 və İddiaçı3 payına düşən 3/5 hissənin Cavabdeh payına düşən 1/5 hissədən ayrılaraq naturada bölünməsi həmin torpaq sahəsində yerləşən tikili bölündükdən sonra torpaq sahəsinin öz paylarına uyğun bölünməsi məsələsinə baxıla bilər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 may 2021-ci il olan çıxarışa əsasən tərəflərin ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 1.1364 ha torpaq sahəsindən iddiaçılar X4, İddiaçı2 və İddiaçı3 payına düşən 3/5 hissənin Cavabdeh payına düşən 1/5 hissədən ayrılaraq naturada bölünməsi mümkündür. Bölgü sxemi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmənin mövqeyi Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş, sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tərəflərin və mərhum X1 ümumi birgə mülkiyyətindədir. Tərəflər arasında torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsi barədə razılaşma yoxdur. İş üzrə keçirilmiş ekspertiza üzrə ekspert və mütəxəssis rəyləri ilə Zaqatala rayonunun Faldarlı kəndində yerləşən tərəflərin ümumi birgə mülkiyyətində olan 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payına düşən 3/5 hissəsinin cavabdehin payına düşən 1/5 hissəsindən bölgü sxeminə uyğun naturada ayrılmasının mümkün olduğu, iddiaçıların 0,0446 ha torpaq sahəsindəki paylarının ayrılaraq naturada bölünməsinə isə həmin torpaq sahəsində yerləşən mövcud tikili bölündükdən sonra baxıla biləcəyi müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq, Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinin payına düşən 1/5 hissəsinin cavabdehin payına düşən 1/5 hissəsindən naturada ayrılmasının mümkün olması, 0,0446 ha torpaq sahəsindəki paylarının isə naturada ayrılmasının isə hazırda mümkün olmaması barədə həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun sayır. Məhkəmə bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, yalnız paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb etmək hüququna malik olduğundan, mübahisəli torpaq sahələri isə paylı mülkiyyətdə olmadığından, ekspert və mütəxəssis rəyləri tələbin payların naturada ayrılması hissəsinə hüquqi qiymət verilməsinə əsas ola bilməz. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, birgə mülkiyyətçilər arasında paylı mülkiyyətin və onun həcminin müəyyənləşdirilməsi barədə razılaşma əldə edilmədiyindən Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyənləşdirilməli və hər bir mülkiyyətçinin payı torpaq sahəsinin 1/5 hissəsi olaraq müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçıların paylarının naturada ayrılması hissəsi üzrə belə hesab edir ki, ümumi əşyanın bölünməsi və ya mülkiyyətçilərdən birinin payının ayrılması, mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilməli olduğundan, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehin paylı mülkiyyətlərində olan torpaq sahəsinə iddiaçılarla birgə sahiblik etmək və ondan birgə istifadə etmək hüquqları olduğundan, eləcə də iddia tələbi iddiaçıların paylarının naturada ayrılması hissəsində iddia rədd edildiyindən, iddia tələbi cavabdehin naturada iddiaçılara ayrılmış hissələrdən çıxarılması hissəsində də rədd edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mübahisənin bu qaydada həll edilməsi, torpaq sahəsinə dair hər birinin payı barədə qeydiyyat aparıldıqdan sonra paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsini və ya ondan payın ayrılmasını həyata keçirmələrinə, ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə isə öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmələrinə maneə deyil. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci olan 50 manat cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Zaqatala rayonunun Faldarlı kəndində yerləşən 0,0446 ha və 1,1364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Cavabdeh, X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin payı 1/5 hissə müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar