Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-338/2021 11.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X9 katibliyi, İddiaçı, onun vəkili Zaqatala rayon Vəkil Bürosunun vəkili X10 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması, cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 qərəzli hərəkətlərinə son qoyulmasına, Zaqatala rayonu Mazıx kəndində yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına dair maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İşə əlavə edilmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi nümayəndəsi Ehtiram Səmədovun məhkəməyə ünvanlandığı məktubdan görünür ki, o, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiklərini müdafiə edərək göstərdi ki, Zaqatala rayonunun Mazıx kəndində mərhum X3nun adına 0.20 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində ümumi sahəsi 80 kvm olan yaşayış evi vardır. X3 vəfat etmişdir. Onun vəfatından sonra kənd icra nümayəndəliyində onun adına olan təsərrüfat bağlanmışdır. Mərhumun vəfatından sonra onun birinci dərəcəli vərəsələri olaraq iki nəfər-o və bacısı qalmışdır. Vərəsəliklə əlaqədar Notariat Kontoruna müraciət edəndə mübahisəli torpaq və yaşayış evinə çıxarışın alınması zərurəti yaranmışdır. Belə ki, qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdan çıxarışı təqdim edildikdən sonra verilə bilər. Ona görə də, çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin məsul əməkdaşı ilə ölçü işləri aparmaq üçün doğulduğu və valideynlərinə məxsus həyətə daxil olmaq istəyərkən cavabdeh ölçü işlərinin aparılmasına maneçilik törətmişdir. Cavabdehin özbaşınalığının həddi-hüdudu yoxdur. Bununla hüququ cavabdeh tərəfindən pozulub. Cavabdeh ata yurdunu qanunsuz zəbt etməklə yanaşı, qanunsuz yolla mülk sahibi olmaq istəyir. Baxmayaraq ki, analarının vəfatından sonra sağ qalan birinci dərəcəli vərəsələr onlardır. Ona görə də, vərəsəlik işini həll olunması üçün mübahisəli yaşayış evinə çıxarışın alınması zəruridir. Lakin cavabdeh buna imkan vermir. Ona görə də, məhkəməyə müraciət etmişdir. İddia tələbinin təmin edilərək ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili X21 İddiaçı İmayıl oğlunun verdiyi izahata uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda göstərdi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi, müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərinə mülkiyyət və ya əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanuni və ya vəsiyyət üzrə vərəsəsinə ölmüş şəxsin adına məxsus olması haqqında arayış verilir. Həmçinin, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrinin verilməsi haqqında” təlimatın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X13 iddia ərizəsində qeyd edilənlərə münasibət bildirərək göstərdi ki, Cavabdeh2 onun anasıdır. Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi mərhum babası X11 mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Babası 21 fevral 2008-ci il tarixdə vəfat etmişdir. Həmin əmlakın dövlət reyestrində mərhum babası X11 adına qeydiyyata alınması üçün DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə işlərinin aparılmasına etiraz etmir və bu işlərin aparılmasına hər hansı maneələr cavabdeh tərəfindən törədilmir. İlk öncə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ölçülməli, sonra hazırki mübahisə predmeti olan fərdi yaşayış evinin ölçülməsinə razılıq verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 04.09.2020-ci il tarixdə ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 193 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X11 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 29 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı mərhum atasından miras qalmış daşınmaz əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsimləşdirilməsində qarşılaşdığı problemlər barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 3i ünvanında yerləşən mərhum X3na məxsus daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınması üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan müraciətlərin icra edilməsi üçün zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşı ünvan 3i ünvanında 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq həmin əmlak üzərində mübahisə olduğu səbəbindən zəruri inventarlaşdırma və ölçmə işlərinin aparılmasına tərəfindən şərait yaradılmamışdır. Daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin tərtib olunması mümkün olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən qeyd olunan ərizənin icrasından imtina olunmuşdur. Sorğu edilməklə əldə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 mart 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 286758 nömrəli və 02 fevral 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 797901 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 07 iyul 2001-ci il tarixdə ölmüş və bu barədə ölüm haqında akt qeydləri kitabında 09.07.2001ci il tarixdə müvafiq qeyd edilmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 mart 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 286757 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 21 fevral 2008-ci il tarixdə ölmüş və bu barədə ölüm haqında akt qeydləri kitabında 01.03.2008-ci il tarixdə müvafiq qeyd edilmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 23.02.2021-ci il tarixdə verilmiş 82 nömrəli arayışdan görünür ki, 2001-ci ilədək Zaqatala rayonu Mazıx kəndində qeydiyyatda olmaqla yaşamış X15 varisləri X20, X22, X5, X6, X2, Cavabdeh2, İddiaçı, X7r. Sorğu edilməklə əldə edilmiş V-36(2016) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş İddiaçı tərəfindən 25.02.2016 -cı il tarixdə verilmiş ərizədən görünür ki, 21.02.2008 -ci il tarixdə ölmüş X8 irs qalmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Zaqatala rayonu Poçt filialına göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitinin ona çatacaq hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş reyestrdə 2V-61 nömrəsi ilə qeyd edilmiş 25.02.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 21.02.2008-ci il tarixdə ölmüş X14 çatacaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Zaqatala rayonu Poçt filialına göndərilmiş 5000 (beş min) manat məbləğində pul vəsaitindən İddiaçı 1/1 hissədə pay almalıdır. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 28.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli arayışdan görünür ki, mərhum X11 varisləri X1, İddiaçı, X7r. Sorğu edilməklə əldə edilmiş Zaqatala Rayon ZAQS Bürosu tərəfindən 24 avqust 1960-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 2.03.1960-cı il tarixdə anadan olmuş İddiaçı X3 anası X19r. Sorğu edilməklə əldə edilmiş V-36(2016) nömrəli Zaqatala rayon 2 saylı notariat ofisində açılmış vərəsəlik işinə əlavə edilmiş Cavabdeh2 tərəfindən 06 may 2020-ci il tarixdə verilmiş ərizədən görünür ki, 21 fevral 2008-ci il tarixdə ölmüş X8 irs qalmış Zaqatala rayonu Mazıx kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X11 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində X20 tərəfindən fərdi yaşayış evi tikilmiş, lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. X20 21 fevral 2008-ci il tarixdə ölmüşdür. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mazıx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 28.02.2016-cı il tarixdə verilmiş 93 nömrəli arayışa əsasən X1, İddiaçı, X16 21 fevral 2008-ci il tarixdə ölmüş X11 varisləri kimi müəyyən edilmişdir. İddiaçı və Cavabdeh2 Zaqatala rayon 2 saylı Dövlət Notariat ofisinə müraciət edərək mərhum X8 irs qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən mərhum X8 miras qalmış daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışla rəsmləşdirilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilmiş, ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşı qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olduğu səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. İddiaçı tərəfindən ölçü işlərinin aparılmasına Cavabdeh2 tərəfindən qərəzli hərəkətlərə yol verilməklə maneələr törədildiyi bildirilmiş və həmin qərəzli hərəkətlərə yol verilməsinin və ölçü işlərin aparılmasına yönəlmiş maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi Əlixan Vaşiyev ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən maneələrin törədilmədiyini bildirmiş və Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mərhum X11 adına qeydiyyata alınması üçün ölçü işlərinin aparılmasına etirazlarının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, mübahisəli Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 04.09.2020-ci il tarixdə ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 193 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində, tam mülkiyyət hüququ əsasında X11 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş, lakin həmin fərdi yaşayış evi üzərində X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmləşdirilməmişdir. X20 21 fevral 2008-ci il tarixdə ölmüş və Zaqatala rayon 2 saylı notariat ofisində ondan irs qalmış əmlaklara dair vərəsəlik işi açılmışdır. İddiaçı 21 fevral 2008-ci il tarixdə vəfat etmiş ataları X11 vərəsəsi olduğundan onun mülkiyyətində olmuş əmlaklarda payı müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Göründüyü kimi, o, mirası qəbul etdiyi barədə ərizə ilə notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin üçüncü hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Göründüyü kimi, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan etməsi ilə açılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1157-ci maddəsində müəyyən edilmişdir ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Mülki Məcəllənin 1157-1.1-ci maddəsinə görə miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul edir Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarından müəyyən edilir ki, X11 adına vərəsəlik işi açılsa da, onun mülkiyyətinə verilmiş 0.2016 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqların rəsmləşdirilməsi barədə çıxarış onun vərəsələri tərəfindən təqdim edilmədiyindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. X11 vərəsəsi olan və ondan miras qalmış əmlakın mülkiyyətçisi sayılan İddiaçı tərəfindən mərhum X11 mülkiyyətinə verilmiş əmlaklar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və ərizənin icrası ilə əlaqədar zəruri inventarlaşma işlərinin aparılması məqsədi ilə aidiyyəti əməkdaşlar tərəfindən torpaq sahəsi və fərdi yaşayış evində ölçü işlərinin aparılmasına Cavabdeh2 oğlu tərəfindən qərəzli hərəkətlərə yol verilməklə maneələr törədilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Göründüyü kimi, Cavabdeh2 tərəfindən 21 fevral 2008-ci il tarixdə ölmüş X11 mülkiyyətinə verilmiş, lakin üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh2 Ramazan qızının iddiaçı Abdullayev Ramazan İsmayıl oğlunun əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı Cavabdeh2 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 04.09.2020-ci il tarixli ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 193 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində tam mülkiyyət hüququ əsasında X11 adına qeydiyyata alınmış Zaqatala rayonu Mazıx kəndində yerləşən 0,2016 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə X12 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı Cavabdeh2 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-338/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-338/2021
11.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver