Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-348/2021 29.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 01 noyabr 1963-cü il tarixdə Şəki şəhərində anadan olmuş qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 01.11.1963-cü ildə Şəki şəhərində anadan olmuş X7 onun doğma qardaşıdır. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir. O, anadangəlmə xəstədir. Diaqnozu oliqofreniya, ağır dərəcəli imbesillik səviyyəsi, şəxsiyyətin psixopratizisiyası ilə. Birinci qrup əlildir. Qardaşı psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin xarakterini, mənasını və nəticəsini dərk etmir, ona rəhbərlik edə bilmir. Onun kənar şəxsin köməyinə ehtiyacı var. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X6 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 01 noyabr 1963-ci il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala rayon İcra hakimiyyəti Zaqatala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 iyul 2019-cu il tarixdə verilmiş 1137 nömrəli arayışdan görünür ki, Ərizəçi 23 saylı ev təsərrüfatlarının uçotu kitabının 45-ci səhifəsinə əsasən Zaqatala şəhəri H.Z.Tağıyev küçəsi 31 saylı evdə yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyinin Şəki 17 saylı TSEK tərəfindən 02 iyul 2019-cu il tarixdə verilmiş 269 nömrəli müayinə aktından çıxarışdan görünür ki, 01 noyabr 1963-cü il təvəllüdlü Şəki şəhərində anadan olmuş X4 diaqnozu oliqofreniya, ağır dərəcəli imbesillik səviyyəsi, şəxsiyyətin psixopratizisiyası ilə. Əlillik dərəcəsi birinci qrup. əlillik səbəbi uşaqlıqdan. Əmək zəmanəti daima kənar qulluğa ehtiyacı var. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 18 may 2021-ci il tarixli, 255 nömrəli rəyində göstərilmişdir ki, X1 hal-hazırki ekspertiza zamanı aşağıdakılar aşkar olunur. FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, astenik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. Alt 130/80 mm c.s.b. nəbzi dəqiqədə 82 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Romberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında əsmə vardır. Patoloji reflekslər aşkar edilmir. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, bütün müayinə boyu ətrafa boylanır və səfehcəsinə gülümsəyir. Neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilmir. Əhvalı davamsızdır, davranışı pozulmuşdur, narahat və gərgindir. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanıb. Oxumaq, yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Abstrakt və məntiqi təfəkkürü zəifdir, atalar sözlərinin mənasını başa düşmür. Halhazırki müayinə zamanı onda qavrama pozğunluğu, psixoproduktiv simptomatika (halüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır, tez-tez ekspertiza otağını tərk etməyə cəhd edir və zorluqla bacısı tərəfindən saxlanılır. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X7 anadangəlmə xroniki xəstəlik olan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZĞUNLUQLARİ İLƏ XBT- 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Şəki 17 saylı TESK-dən verilmiş 02.07.2019-cu il tarixli 269 saylı müayinə aktından çıxarış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, özünü narahat və gərgin aparması, ekspertiza otağını tərk etməyə çalışması və zorluqla bacısı tərəfindən saxlanılması, nitq kontaktına girməməsi və ətrafa boylanaraq səfehcəsinə gülümsəməsi, neçə yaşı olduğunu, halhazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərinin mənasını anlamaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=38 % və s.) imkan verir. X7 uşaqlıqdan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZĞUNLUQLARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X4 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi, daim valideyinlərinin, sonralar isə bacısı Ərizəçi himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, xəstəliyinə görə hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız hesab edilməsi, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, özünü narahat və gərgin aparması, ekspertiza otağını tərk etməyə çalışması və zorluqla bacısı tərəfindən saxlanılması, nitq kontaktına girməməsi və ətrafa boylanaraq səfehcəsinə gülümsəməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərinin mənasını anlamaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=38 % və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 01 noyabr 1963-ci il tarixdə Şəki şəhərində anadan olmuş, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 bacısı olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi X5 qəyyum təyin edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi X7 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X4 bacısı olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 noyabr 1963-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Zaqatala şəhəri H.Z.Tağıyev küçəsi 31 saylı evdə yaşayan xəstə X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 01 noyabr 1963-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Zaqatala şəhəri H.Z.Tağıyev küçəsi 31 saylı evdə yaşayan xəstə X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-348/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-348/2021
29.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver