Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-363/2021 11.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, Ərizəçi və maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı Regional ərazi filialının nümayəndəsi X2 iştirakları ilə Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsin 16 saylı Regional ərazi filialına qarşı Zaqatala rayonu Dövlət Arxivi tərəfindən 19 yanvar 2021-ci il tarixdə verilmiş 400 nömrəli arxiv arayışının ona məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Dövlət Arxivi tərəfindən X3 adına verilmiş 19 yanvar 2021-ci il tarixli 400 saylı əmək haqqı və sair barədə arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, o, 1986, 1988-1995-ci illərdə Zaqatala rayonu keçmiş “Azərbaycan” adına kolxozda kolxozçu işləmişdir. Lakin kolxoz tərəfindən verilmiş arxiv arayışında adı səhv olaraq “Kamilə” kimi yazılmışdır. Hazırda pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə ona bildirmişlər ki, təqdim etdiyi sənədlərdə iki adı “Kamalə” və “Kamilə” olduğuna görə ona pensiya təyin etmək mümkün deyil. Hər iki adın ona məxsus olduğunu təsdiq edən rəsmi sənəd tələb etdilər. Hər iki adın ona məxsus olması Zaqatala rayonu Dövlət Arxivi tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli 400 arxiv arayışı ona məxsusdur. Bu faktın sübut edilməsinin məhkəmədən başqa yolu olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı Regional ərazi filialının nümayəndəsi X6 izahat verərək Ərizəçi ərizəsinin təmin olunmasına etirazı olmadığını bildirdi. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclası zamanı ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi uzun illərdir ki, tanıyır. Onun ad, soyad və atasının adının Ərizəçi olduğunu bilir. Onun adı oxşarlıq olduğundan Kamilə kimi yazılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala RPŞ tərəfindən 23 dekabr 2016-cı il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu il tarixdə Zaqatala rayonu Yuxarı kəndində anadan olmuş və Gözbarax kəndində yaşayır. İşdə olan Zaqatala rayonu Gözbarax kənd soveti tərəfindən 11 iyul 1987-ci il tarixdə verilmiş İV-ЖГ 381590 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X4 11 iyul 1987-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 10 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Nəzərov”, arvad isə “Nəzərova” soyadını qəbul etmişlər. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Gözbarax kənd inzibati ərazi dairəsi tərəfindən 08 fevral 2021-ci il tarixdə verilmiş 45 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Gözbarax kənd sakinidir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Gözbarax kənd inzibati ərazi dairəsi tərəfindən 08 fevral 2021-ci il tarixdə verilmiş 44 nömrəli arayışdan görünür ki, Ərizəçi ilə X7 eyni şəxsdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsin 16 saylı Regional ərazi filialının 17 fevral 2021-ci il tarixli **********2 nömrəli məktubunda göstərilmişdir ki, Ərizəçi təqdim etdiyi 19 yanvar 2021-ci il tarixli 400 nömrəli Zaqatala rayonu Dövlət Arxivinin keçmiş “Azərbaycan” adına kolxozunun iş stajına dair arayışda adı Kamilə kimi qeyd olunduğundan yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Odur ki, hər iki adın ona məxsus olması barədə rəsmi sənəd təqdim etməlidir. İşdə olan Ərizəçi Zaqatala rayonu Dövlət Arxivindən verilmiş 30 19 yanvar 2021-ci il tarixli 400 nömrəli arxiv arayışından görünür ki, Zaqatala rayonu Gözbarax kənd “Azərbaycan” adına kolxozun şəxsi hesab kitabları yoxlanıldıqda vətəndaşın adı şəxsi kitablarda X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi Zaqatala rayonu Dövlət Arxivi tərəfindən 19 yanvar 2021-ci il tarixdə verilmiş 400 nömrəli arxiv arayışında göstərilən adı, yəni “Kamilə”, Ərizəçi şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə, yəni “Kamalə” ilə düz gəlmir. Bundan başqa ərizəçinin adının həqiqətən “Kamalə” olması işdə olan tədqiq edilmiş sənədlərlə bir daha öz təsdiqini tapır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Zaqatala rayonu Dövlət Arxivi tərəfindən 19 yanvar 2021-ci il tarixdə verilmiş 400 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Tələb etmədiyinə görə Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Zaqatala rayonu Dövlət Arxivi tərəfindən 19 yanvar 2021-ci il tarixdə verilmiş 400 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-363/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-363/2021
11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver