Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-51/2025 08.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi Ramazan qızı maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə müraciət edərək Ərizəçi həyat yoldaşı xx.xx.1969-cu il tarixdə Zaqatala şəhərində anadan olmuş, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan və orada yaşayan, Azərbaycan Respublikasının vətəndaşı X6 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X12 xx.xx.1969-cu il tarixdə Zaqatala şəhərində anadan olmuşdur. Faktiki olaraq Zaqatala rayonu Aşağı Tala kəndində yaşayırlar. Həyat yoldaşı X12 İİ qrup əlildir və bu ümumi əlillik diaqnozu ona xx.xx.1998-ci ildə təyin edilib. Bu barədə DSMF-nun Zaqatala rayon şöbəsi tərəfindən sonradan xx.xx.2006-cı il tarixdə əlillik vəsiqəsi verilməklə daimi olaraq , İİ (ikinci) dərəcəli əlillik təyin edilib, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Hal-hazırda həyat yoldaşı Aslan Osmanov onun himayəsində olmaqla onunla birlikdə yaşayır, ona ərizəçi baxır. Ailə qurmamışdan əvvəl həyat yoldaşına valideynləri baxmışlar. Həyat yoldaşı X12 əmək qabiliyyətsizdir və daim kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Onda psixi pozuntu və kəmağıllıq əlamətləri aşkar olunur. X5 öz-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Bundan sonra X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Ona görə də hesab edir ki, xx.xx.1969-cu il tarixdə Zaqatala şəhərində anadan olmuş və hal-hazırda Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan həyat yoldaşı X12 İİ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Ona görə də məhkəməyə müraciət edir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçi X8 ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, həyat yoldaşı xəstədir. Öz hərəkətlərinin mənasını dərk etmir. Məhkəməyə gəldiyi üçün əsəbiləşib və onu acılayıb. Onun xəstəliyi aktivləşdiyi zaman kənddə heç kim küçəyə çıxmır. O, hər kəs üçün təhlükə yaradır. Onun sağalmaq kimi bir ehtimalı da yoxdur. Əlillik alınması üçün də yoldaşı müraciət etməkdən imtina edir o özü də ondan qorxur. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X3 ekspert rəyi ilə tanış olduqlarını, rəylə razı olduqlarını bildirmiş və ərizənin təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişdir. İşin halları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş TSE0 AR 317538 nömrəli arayışdan görünür ki, X9 təkrar müayinə nəticəsində müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Onun iş qabiliyyəti yoxdur. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 may 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 493124 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X4 xx.xx.2009-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Osmanova soyadı verilmişdir. Ambulator, stasionar xəstənin xəstəlik tarixçəsindən çıxarışdan görünür ki, X9 paranoid şizofreniya diaqnozu qoyulmuşdur. F-20.0 Zaqatala Rayon ƏSMM tərəfindən verilmiş 097357 nömrəli vəsiqədən görünür ki, X12 İİ dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” X16 X11 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 769 saylı rəyindən görünür ki, X2 ŞİZOFRENİYA PARANOİD FORMA. TERAPEVTİK REMİSSİYA VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyindən əziyyət çəkir. X2 ŞİZOFRENİYA PARANOİD FORMA. TERAPE\TİK REMİSSİYA VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik terapevtik remissiya vəziyyətində olması səbəbindən o, halhazırda öz hərəkətinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malikdir. X12 hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLAN şəxs hesab edilir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 319-cu maddəsinə əsasən Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalıdır. Məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. Öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilir. X6 fəaliyyət qabiliyyətli şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi şəxsin X11 Şöbəsinin də müvafiq rəyi vardır. Odur ki, Ərizəçi X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir. Bu əsaslarla məhkəmə hesab edir ki, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi 22 yanvar 1969-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №2(033)-51/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-51/2025
08.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver