Məhkəmə qərarları › İş №2(033)-592/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-592/2021

01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-592/2021 01.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinə qarşı sənədlərin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ölüm haqqında şəhadətnamədə, evlənmə haqqında şəhadətnamədə, Fikrət Qudiyevin doğum haqqında şəhadətnaməsində, reyestrdən çıxarışda X18 ilə X9 eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək nikah haqqında şəhadətnamənin və X5 məxsus (anası X4 göstərilmişdir) doğum haqqında şəhadətnamənin X13 məxsus olması faktına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinin notariusu məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi Nümayəndə ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, X18 nəvəsi Ərizəçi 10.02.2010-cu il tarixli 7E/650 reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus Zaqatala rayonu Göyəm kəndində yerləşən 4 otaqlı fərdi yaşayış evindən 2 otağı, 2 otaqdan və həyətyanı sahəsindən istifadə etmək barədə vəsiyyətnamə vermişdir. X18 11 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Pirdəs Qudiyeva vəfat edəndən sonra Ərizəçi Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Zaqatala rayon 2 Saylı Dövlət Notariat Ofisi 23.04.2021-ci il tarixli 461 saylı imtina məktubu verərək X18 və X9 eyni şəxs olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Belə ki, Pirdəs Qudiyevanın adı ölüm haqqında şəhadətnamədə - Pirdəs, evlənmə haqqında şəhadətnamədə - Şahnaz, Fikrət Qudiyevin doğum haqqında şəhadətnaməsində - Şahnaz, reyestrdən çıxarışda - Pirdəs yazılmışdır. Qohumluğu təsdiq edən sənədlərdə şəxsi məlumatlara dair qeydlər fərqli yazıldığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Zaqatala rayon Məhkəməsinin 2(033)-248/2008 nömrəli 24.06.2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuşdur ki, Pirdəs Qudiyeva ilə Şahnaz Qudiyeva eyni şəxsdir. Əgər məhkəmə qətnaməsi varsa deməli əlavə sübutlara ehtiyac yoxdur. Qeyd olunan problem məhkəmə qaydasında həll olunmalıdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Zaqatala rayonu Göyəm kəndində anadan olmuş və Zaqatala rayonu Göyəm kəndində yaşayır. O, 11 avqust 2020-ci il tarixdə vəfat etmiş X18 ilə uzun illər qonşu olmuş və kənd ərazisində onu hər kəs Şahnaz adı ilə tanış tanımışdır. Pirdəs Qudiyeva ilə Şahnaz Qudiyeva eyni şəxsdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X16 şahid qismində dindirilmiş Zeycahan Məmmədovanın ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Mülki iş materiallarını araşdırıb, ərizəçini dinləyib, işdə olan sənədləri tədqiq edib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisi tərəfindən 23 aprel 2021-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubundan görünür ki, qohumluğu təsdiq edən sənədlərdə şəxsi məlumatlara dair qeydlər fərqli yazıldığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-248/2008 nömrəli 24 iyun 2008-ci il tarixli qətnaməsindən görünür ki, Zaqatala rayon dövlət arxivi tərəfindən X9 adına verilmiş Zaqatala rayonunun keçmiş «Bakı fəhləsi» adına kolxozu üzrə 1970-1996-ci illərə aid əmək haqqına dair arxiv çıxarışının və 30 may 2008-ci il tarixli 410 saylı arayışın ərizəçi X13 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət Reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində ********** nömrəsi ilə 18.03.2021-ci il tarixdə aparılmış qeydiyyata əsasən **********22-10301 reyestr nömrəli daşınmaz əmlak ümumi birgə mülkiyyət hüququ əsasında X18, X10 və X14 məxsusdur. İşdə olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/8672 nömrəli arayışdan görünür ki, 23 fevral 2021-ci il tarixli ********** №-li ərizəyə və 23 fevral 2021-ci il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan fərdi yaşayış evi üçün qiymətləndirilmə işi aparılmışdır. İşdə olan 10.02.2010-cu il tarixli reyestrdə 2V/11 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu Göyəm kəndində yerləşən 4 otaqlı fərdi yaşayış evinin 2 otağını, 2 otaqdan istifadə etməyi, həyətyanı sahədən ancaq istifadə etməyi nəvəsi Ərizəçi vəsiyyət etmişdir. İşdə olan 19 may 2021-ci il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 ilə X2 nikaha daxil olmaları barədə 29 iyul 1969-cu il tarixdə 13 nömrəli akt qeydi tərtib edilmişdir. Nikahdan sonra ərə Qudiyev arvada Qudiyeva soyadları verilmişdir. İşdə olan 19 may 2021-ci il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 08 fevral 1972-ci il tarixdə anadan olmuş X3 atası X10 anası X15r. Doğum haqqında akt qeydi 12 fevral 1972-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İşdə olan 19 may 2021-ci il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X18 11 avqust 2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında 18 avqust 2020-ci il tarixdə 324 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. İşdə olan 01 iyun 2021-ci il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 08 oktyabr 1995-ci il tarixdə anadan olmuş Ərizəçi atası X12 anası Nümayəndədır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, 29 iyul 1969-cu il tarixdə tərtib edilmiş 13 nömrəli nikah haqqında akt qeydində və 12 fevral 1972-ci il tarixdə tərtib edilmiş 09 nömrəli X3 doğumu haqında akt qeydində X8 adı onun tərəfindən 10.02.2010-cu il tarixdə verilmiş vəsiyyətnamədə, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət Reyestrindən çıxarışda və 18 avqust 2020-ci il tarixdə tərtib olunmuş 324 nömrəli ölüm haqqında akt qeydində qeyd edilən “Pirdəs” adı ilə düz gəlmir. Eyni zamanda, Zaqatala Rayon Məhkəməsinin 2(033)-248/2008 nömrəli 24 iyun 2008-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, X18 20 may 1951-ci il tarixdə anadan olmuşdur. 1970-ci ildən 1996-cı ilədək Zaqatala rayonun keçmiş “Bakı fəhləsi” adına kolxozunda kolxozçu işləmişdir. Hazırda ərizəçi qocalığa görə pensiyaya çıxmaq istəyir, lakin əmək stajına dair sənədlərində və bunun əsasında verilmiş Zaqatala rayon Dövlət Arxivinin əmək haqqına dair arxiv çıxarışında və 30 may 2008-ci il tarixli 410 saylı arayışda ərizəçinin adı səhv olaraq “Şahnaz” kimi yazılmışdır. Buna səbəb onun kolxozda işlədiyi dövrdə əmək haqqı yazılarkən sənəddə adının səhv olaraq “Şahnaz” kimi yazılması olmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 29 iyul 1969-cu il tarixdə tərtib edilmiş 13 nömrəli nikah haqqında akt qeydinə əsasən verilmiş nikah haqqında şəhadətnamədə və 12 fevral 1972-ci il tarixdə tərtib edilmiş 09 nömrəli X3 doğumu haqqında akt qeydinə əsasən verilmiş şəhadətnamədə ana qrafasında qeyd edilmiş “X19”nın “X18” kimi nəzərə alınmaqla həmin sənədlərin Ərizəçi nənəsi X13 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Tələb etmədiyinə görə ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 29 iyul 1969-cu il tarixdə tərtib edilmiş 13 nömrəli nikah haqqında akt qeydinə əsasən verilmiş nikah haqqında şəhadətnamədə-arvad qrafasında və 12 fevral 1972-ci il tarixdə tərtib edilmiş 09 nömrəli X3 doğumu haqqında akt qeydinə əsasən verilmiş şəhadətnamədə-ana qrafasında qeyd edilmiş “X19”nın “X18” kimi nəzərə alınmaqla həmin sənədlərin Ərizəçi nənəsi X13 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar