Məhkəmə qərarları › İş №2(033)-631/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-631/2021

22.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-631/2021 22.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyul 2001-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, orada da yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 24 iyul 2001-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş X6 onun oğludur. Oğlu, onun himayəsində yaşayır və anadangəlmə Ağır dərəcəli əqli gerilik xəstəsidir. İkinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 587034 nömrəli Doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 24.07.2001-ci il tarixdə anadan olmuş X4 anası Ərizəçidır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 05 may 2021-ci il tarixli məlumatdan görünür ki, 24.07.2001-ci il təvəllüdlü X4 diaqnozu-ikinci dərəcəli əlillik, müddətsiz, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, kənar şəxsin qulluğuna ehtiyacı var. Əmək qabiliyyətsizdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 16 saylı Regional Ərazi filialı tərəfindənn 05 may 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X6 İİ qrup əlil kimi daimi müavinət alır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 12 avqust 2021-ci il tarixli, 456 nömrəli rəyində göstərilmişdir ki, X1 halhazırki ekspertiza zamanı aşağıdakılar aşkar olunur. FİZİKİ VƏZİYYƏTİ: Hündür boylu, düzgün bədənlidir. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/T 120/70 c.s.b. Nəbzi dəqiqədə 78 vurğudur, ritmikdir. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri qeyri-bərabərdir. Patoloji reflekslər müəyyən olunmur. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi kobud pozulub, yoxlanılan şəxs verilən suallara anlaşılmaz sözlərlə cavab verdiyindən anamnestik məlumatlar anası Ərizəçi Xudavedi qızından toplanmışdır. Müayinə zamanı özünü bir qədər narahat və gərgin aparır. Neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilmir, səfehcəsinə gülümsəyir və ətrafa boylanır. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi çox daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları davamsızdır. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=34 %. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X6 xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİLİQ DAVRANİŞPOZĞUNLUQLARİ İLƏ XBT- 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (TSEK-dən verilmiş 18.12.2020-ci il tarixli müayinə aktı, DSMF-nin 16 saylı Regional Ərazi Filialından verilmiş 05.05.2021-ci il tarixli **********4 saylı arayış Zaqatala MRX PHŞ tərəfindən verilmiş 05.05.2021-ci il tarixli arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekpsertiza zamanı yoxlanılan səxsdə bələdliliyin pozulması, verilən suallara anlaşılmaz sözlərlə cavab verməsi, müayinə zamanı özünü bir qədər narahat gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=34%. və s.) imkan verir. X6 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAGİLLİQ, DAVRANİŞ POZĞUNLUQLARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X4 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət verilməsi, sonralar isə 2-ci qrup müddətsiz əlillik təyin edilməsi, Şəki Psixiatriya xəstəxanasında stasionar müayinədə olaraq “Ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulması, Zaqatala MRX-nın poliklinikasında psixiatriya kabinetində “Diaqnoz:Mikrosefaliya fonunda psixi-fiziki inkişafın kəskin ləngiməsi, əsasən nitqin motor, intellektin, əqlin kəskin geriliyi. Ensefalopatiya. Hipertenziyon sindrom, qıcolma tutmaları” diaqnozu ilə qeydiyyata götülüməsi, TSEK tərəfindən şəhadətləndirilərək “Ağır dərəcəli əqli gerilik. Kənar şəxsin qulluğuna ehtiyacı var” diaqnozu qoyulması (TSEK-dən verilmiş 18.12.2020-ci il tarixli müayinə aktı, DSMF-nun 16 saylı Regional Ərazi Filialından verilmiş 05.05.2021-ci il tarixli **********4 saylı arayış, Zaqatala MRX PHŞ tərəfindən verilmiş 05.05.2021-ci il tarixli arayış), daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil məktəbində oxuya bilməməsi, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, keçirdiyi xəstəliklə əlaqədar olaraq hərbi qeydiyyatdan silinməklə hərbi xidmətə yararsız hesab olunması, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması,verilən suallara anlaşılmaz sözlərlə cavab verməsi, müayinə zamanı özünü bir qədər narahat gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=34%. və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 24 iyul 2001-ci il tarixdə anadan olmuş X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 anası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi X5 qəyyum təyin edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, X6 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X4 anası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24 iyul 2001-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş və orada qeydiyyatda olmaqla yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 24 iyul 2001-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş və orada qeydiyyatda olmaqla yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar