Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-77/2021 17.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X11 katibliyi, İddiaçı2, onun vəkili X33, cavabdeh Zaqatala rayonu X36 nümayəndəsi X5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 vəkili və nümayəndəsi X26 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş Ofisi Zaqatala Rayon 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Zaqatala rayonu X42 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X40, X34, X16 qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların, hərrac nəticələrinin, şəhadətnamələrin və icarə müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X6 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyularının yerləşdiyi 2,47 ha torpaq sahəsi üzərində Zaqatala rayonu, X36 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 10 avqust 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 136 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın; Zaqatala rayonu, X42 məxsus 2,47 ha torpaq sahəsi ilə bağlı 28 mart 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin; 28 mart 2019-cu il tarixli AM seriyalı 007660 nömrəli şəhadətnamənin; X34 ilə Zaqatala rayonu. X51 arasında bağlanmış 16 aprel 2019-cu il tarixli icarə müqaviləsinin; 2,47 ha torpaq sahəsi üzərində X17 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X34 ilə X27 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli icarə müqaviləsinin etibarsız sayılmasına; Zaqatala rayonu, X42 məxsus 1,31 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009600 nömrəli şəhadətnamənin, X40 ilə Zaqatala rayonu, X51 arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin, 1,31 ha torpaq sahəsi üzərində X18 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, X40 ilə X27 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli icarə müqaviləsinin etibarsız sayılmasına; Zaqalala rayonu, X42 məxsus 0,75 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 3019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin; 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009599 nömrəli şəhadətnamənin; X40 ilə Zaqatala rayonu, X51 arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin; 0,75 ha torpaq sahəsi üzərində X19 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın; X40 ilə X27 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli icarə müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 vəkili və nümayəndəsi X45 iddiaya etiraz ərizəsi verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, Zaqatala Rayon 2 saylı Notariat Ofisinin notariusu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X40 və X34 məhkəmə iclasına gəlməmiş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi və Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Digər şəxslər isə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Zaqatala Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(033)-77/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş Ofisi Zaqatala Rayon 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Zaqatala rayonu X42 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X40, X34, X16 qarşı verdiyi iddia tələbinin “mərhum ataları X6 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyularının yerləşdiyi 2,47 ha torpaq sahəsi üzərində Zaqatala rayonu, X36 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 10 avqust 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 136 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, mərhum ataları X6 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyusu miras qalmışdır. Qeyd olunan sinaj quyuları mərhum atalarına Zaqatala rayonunun Səməd Vurğun adına X50 İslahat Komissiyasının qərarına əsasən verilmişdir. 2018-ci ilin aprel ayında qeyd olunan sinaj quyularının yerləşdiyi 4,20 ha torpaq sahəsinin onlara icarəyə verilməsi ilə bağlı Zaqatala rayonu X42 müraciət etmişlər və bələdiyyədən onlara ünvanlanmış 19 aprel və 23 aprel 2018-ci il tarixli məktublarda torpaq sahəsinin icarəyə verilməsi üçün hüquqi və texniki sənədlərin alınması üçün aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilmişdir. Son dövrlərdə məlum olmuşdur ki, Zaqatala rayonu, X39n icarəyə götürmək istədikləri mərhum ataları X6 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyusunun da yerləşdiyi 4,20 ha torpaq sahəsi iş üzrə üçüncü şəxslər X40 və X20 icarə hüququ əsasında verilmiş və sonuncular da həmin torpaq sahəsini Zaqatala rayonu, X36 razılığı ilə X1 verilmişlər. Halbuki, onların Zaqatala rayonu, X39n icarəyə götürmək istədikləri 4,20 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə hərraca çıxarılmasından xəbərləri olmamışdır. Onlara bu barədə Zaqatala rayonu, X36 rəhbərliyi məlumat verməmiş, nə də Zaqatala rayonu, X36 inzibati binasında bu barədə elan yerləşdirilməmişdir. Bununla yanaşı, mərhum ataları X7 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyularının yerləşdiyi 2,47 ha torpaq sahəsi onlardan başqa heç kimə icarəyə verilə bilməz. Çünki, onların həmin torpaq sahəsində əmlakları yerləşir. Onlar imtina edəcəkləri təqdirdə qeyd olunan torpaq sahəsi üçüncü şəxslərə icarəyə verilə bilər. Nəticədə, bütün bu hərəkətlər onların qanunla qorunan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qeyd etdikləri nəzərə alınmaının və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 İddiaçı2 verdiyi izahata uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili X48 iddia ərizəsində qeyd edilənləri müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Zaqatala rayonu X36 nümayəndəsi X13 izahat verərək göstərmişdir ki, ünvan 3ində yerləşən 2,47 ha, 1,31 ha ə 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X36 mülkiyyətindədir. Həmin torpaq sahələri hərrac keçirilməklə X28 və X20 icarəyə verilmişdir. Həmin torpaq sahələri üzərində senaj quyularının olması barədə məlumat və senaj quyularının xüsusi mülkiyyətə verilməsinə dair hər hansı sənəd X21mamışdır. İcarə müqaviləsi bağlandıqdan sonra orada senaj quyularının olması barədə məlumatları olmuşdur. Həmin torpaqlar hazırda subicarəyə verilmiş və X27 tərəfindən istifadə olunur. İddia tələbinə münasibət bildirərək qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 vəkili və nümayəndəsi X45 etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, icarəyə verilmiş torpaq sahələri Bələdiyyənin xüsusi mülkiyyətindədir. İnsan Hüqulan üzrə Avropa Məhkəməsinin Marks Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında göstərilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. İddiaçılar mübahisələndirilən torpaq sahəsində öz əmlakları yerləşdiyi üçün 2.47 ha torpaq sahəsinin özlərindən başqa heç kəsə icarəyə verilə bilməməsini əsas gətirirlər. Mülki Məcəllənin 659.1-ci maddəsinə əsasən satın almaqda üstünlük hüququ və hər hansı əşyaya və ya hər hansı hüquqa digər üstünlük hüquqları qanuna görə və ya müqavilə əsasmda əmələ gələ bilər. Qanunun mövqeyindən aydın olur ki, hər hansı hüquqa digər üstünlük huquqlannm yaranması əsası qanun və ya müqavilənin olmasını zəruri hesab edir. Məhkəməyə təqdim olunan sənədlərdən məlum olur ki, iddiaçıların mübahisələndirilən torpaq sahələrinin Zaqatala rayon X51 ilə aralarında icarə müqaviləsi bağlanması ilə üçün hər hansı bir üstünlük hüquqları yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X41 izahat verərək göstərmişdir ki, Zaqatala rayonu X36 mülkiyyətində olan 0,75 ha, 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi üçün hərracı təşkil olunmuşdur. Hərrac bələdiyyə tərəfindən təqdim edilmiş sənədlər əsasında və Mülkiyyət qəzetinin 28 sentyabr 2019-cu il tarixli 39 saylı nəşrində elan yerləşdirilməklə təşkil edilmiş və Zaqatala rayonu X36 mülkiyyətində olan torpaq sahələri hərracın nəticələrinə əsasən X28 və X20 icarəyə verilmişdir. İşdə olan əmlakdan pay haqqının verilməsi haqqında 179 nömrəli aktdan görünür ki, Zaqatala rayonu Səməd Vurğun adına kolxozun islahat komissiyası tərəfindən Zaqatala rayonunda yaşayan X14 dəyəri 25000000 manat olan 3 ədəd senaj quyusuna pay haqqı verilmişdir. İşdə olan 12 iyul 2001-ci il tarixli qaimənin surətindən görünür ki, 1980-cı ildə tikilmiş senaj quyularının əmlak payına verilməsi üçün X22 tərəfindən 25000000 (iyirmi beş milyon) manat ödəniş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Zaqatala rayonun Səməd Vurğun adına Kolxozun yerli aqrar islahat komissiyası Əmlak payına mülkiyyət hüququ haqqında Səməd Vurğun adına Kolxozun Yerli aqrar İslahat Komissiyasının 01.09.1997-ci il tarixli 03 saylı qərarı ilə təsdiq edilmiş şəhadətnamədən görünür ki, 1980-cı ildə tikilmiş silos quyuları (3) kompleksi mülkiyyətçi X9 mülkiyyətinə verilmişdir. İşdə olan 13.02.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03.07.2008-ci il tarixdə ölmüş X8 vərəsələri X29, İddiaçı1, İddiaçı2, X23r. İşdə olan İddiaçı1 və İddiaçı2 tərəfindən Zaqatala rayonu X42 ünvanlanmış müraciətdən görünür ki, onların istifadəsində olan torpaq sahəsinin yaxınlığında yerləşən Zaqatala rayonu X36 mülkiyyətində olan Dilivəli Çölü adlanan ərazidə yerləşən 4,20 ha torpaq sahəsinin uzun müddətli onların istifadəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Zaqatala rayonu X51 tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış 19 aprel 2018-ci il tarixli 101 nömrəli məktubdan görünür ki, onların 04.04.2018-ci il tarixli ərizələrinə baxıldığını və qeyd olunan torpaq sahəsinə hüquqi və texniki sənədlərin işlənməsi üçün aidiyyəti orqanlara müraciət ediləcəyi bildirilmiş və torpaq sahələrinin icarəsi ƏMDK torpaq hərrac və müsabiqə komissiyası tərəfindən aparılacağı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi tam mülkiyyət hüququ əsasında Zaqatala rayon X36 adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində 10.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu X36 08 aprel 2019-cu il tarixli 08 saylı iclasının protokolundan görünür ki, X36 mülkiyyətində olan kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü kənd təsərrüfatı məhsulları istehsalı olan, o cümlədən hər bir hektar torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 121 (bir yüz iyirmi bir ) manat olmaqla 1.31 ha torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 159 (bir yüz əlli doqquz) manat olmaqla növbəti 49 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəyə verməkdən ötrü müsabiqəyə çıxarılması, X36 mülkiyyətində olan kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü kənd təsərrüfatı məhsulları istehsalı olan o cümlədən-hər bir hektar torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 121 manat olmaqla X36 mülkiyyətində olan 0.75 ha torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 91 manat olmaqla növbəti 49 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəyə verməkdən ötrü müsabiqəyə çıxarılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən təqdim edilmiş “Mülkiyyət” qəzetinin 28 sentyabr 2019-cu il tarixdə nəşr edilmiş 39-cu sayından görünür ki, Zaqatala rayonu X36 mülkiyyətində olan 7500 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi 104 (bir yüz dörd) manat qiymətlə 31 oktyabr 2019-cu il tarixdə saat 15:00-da icarəyə verilməsi məqsədi ilə müsabiqəyə çıxarılmışdır. İşdə olan müsabiqə hərracda iştirak etmək üçün ərizədən görünür ki, Zaqatala rayonu X36 mülkiyyətində olan 7500 kv.metr və ya 0,75 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X47 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 31.10.2019-cu il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin edilməsi üçün X40 24 oktyabr 2019-cu il tarixdə müraciət etmişdir. İşdə olan müsabiqə hərracda iştirak etmək üçün ərizədən görünür ki, Zaqatala rayonu X36 mülkiyyətində olan 7500 kv.metr və ya 0,75 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X47 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 31.10.2019-cu il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin edilməsi üçün X34 24 oktyabr 2019-cu il tarixdə müraciət etmişdir. İşdə olan X34 tərəfindən 24 oktyabr 2019-cu il tarixdə verilmiş təklifdən görünür ki, o Zaqatala rayonu X36 mülkiyyətində olan 7500 kv.metr və ya 0,75 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 104 (bir yüz dörd) manat olan ilkin icarə qiymətinə qarşı 110 (bir yüz on) manat təklif etmişdir. İşdə olan X40 tərəfindən 24 oktyabr 2019-cu il tarixdə verilmiş təklifdən görünür ki, o Zaqatala rayonu X36 mülkiyyətində olan 7500 kv.metr və ya 0,75 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 104 (bir yüz dörd) manat olan ilkin icarə qiymətinə qarşı 115 (bir yüz on beş) manat təklif etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 31 oktyabr 2019-cu il tarixi iclasının protokolundan görünür ki, "Komissiya” tərəfindən Zaqatala rayon ərazisində yerləşən X36 mülkiyyətinə aid 7500,0 kv.metr və ya 0,75 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 31 oktyabr 2019-cu il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmiş, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmışdır. Müsabiqədə 115,0 (bir yüz on beş) manat ən yüksək təklif vermiş X40 - Zaqatala rayonu PMK-20 eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İşdə olan AM seriyalı 009599 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin şəhadətnaməsindən görünür ki, X4 rayonu X36 mülkiyyətində olan 7500 kv.m və ya 0,75 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 31 oktyabr 2019-cu il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. İşdə olan Zaqatala rayonu X36 06 noyabr 2019-cu il tarixli 25 saylı iclasının protokolundan görünür ki, Azərbaycan Respublikasının Əmlak məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 17 saylı Şəki ərazi torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən 17 yanvar 2019 - cu il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş X40 ilə notariat müqavilə bağlanması qərara alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 07.11.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Zaqatala rayonu X36 sədri X2 rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,75 ha olan torpaq sahəsini Zaqatala rayonu X36 06.11.2019-cu il tarixli iclasın 25 saylı protokolundan çıxarışa əsasən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Həraclann Təşkili üzrə X47 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 31.10.2019-cu il tarixdə 289 nömrəli protokoluna əsasən 31.10.2068 il tarixədək illik 115 manat icarə haqqı müəyyən edilməklə X28 icarəyə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən Zaqatala rayon X36 mülkiyyətində olan 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 07.11.2019-31.10.2068-ci illər ərzində 49 il müddətinə X19 xeyrinə 07.11.2019-cu il tarixli 3M-540 saylı icarə müqaviləsinə əsasən illik icarə haqqı 115 (bir yüz on beş) manat olmaqla yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 1158 nömrəli 25.02.2020-ci il tarixli arayışdan görünür ki, X19 ünvan 3i ünvanında yerləşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu X36 14 fevral 2020-ci il tarixli 06 saylı iclasının protokolundan görünür ki, 31 oktyabr 2019-cu il tarixdə Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyası tərəfindən 289 nömrə ilə qeydiyyata alınmış, hərrac şəhadətnaməsinə əsasən 7 noyabr 2019-cu il tarixdə Zaqatala rayon X51 ilə X40 arasında bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən icarəçi icarəyə götürdüyü 0.75 ha kənd təsərrüfatı təyinatlı torpağı ikinci əldən icarəyə verməsi üçün və X19 icarəsində olan 31 oktyabr 2019-cu il tarixdə Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyası tərəfindən 290 nömrə ilə qeydiyyata alınmış, hərrac şəhadətnaməsinə əsasən 7 noyabr 2019-cu il tarixdə Zaqatala rayon X51 ilə X40 arasında bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən icarəçi icarəyə götürdüyü 1.31 ha kənd təsərrüfatı təyinatlı torpağı ikinci əldən icarəyə verməsi üçün X51 tərəfindən razılıq verilməsi qərara alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 26.02.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zaqatala rayonu X51 tərəfindən 07.11.2019-cu il tarixdə X28 icarəyə verilmiş ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,75 ha olan torpaq sahəsi X1 verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi tam mülkiyyət hüququ əsasında Zaqatala rayon X36 adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 789 nömrəli vərəqində 10.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən təqdim edilmiş “Mülkiyyət” qəzetinin 28 sentyabr 2019-cu il tarixdə nəşr edilmiş 39-cu sayından görünür ki, Zaqatala rayonu X36 mülkiyyətində olan 1,31 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi 182 (bir yüz səksən iki) manat ilkin icarə haqqı müəyyən edilməklə 31 oktyabr 2019-cu il tarixdə saat 15:00-da icarəyə verilməsi məqsədi ilə müsabiqəyə çıxarılmışdır. İşdə olan müsabiqə hərracda iştirak etmək üçün ərizədən görünür ki, Zaqatala rayonu X36 mülkiyyətində olan 13100 kv.metr və ya 1,31 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X47 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 31.10.2019-cu il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin edilməsi üçün X40 24 oktyabr 2019-cu il tarixdə müraciət etmişdir. İşdə olan müsabiqə hərracda iştirak etmək üçün ərizədən görünür ki, Zaqatala rayonu X36 mülkiyyətində olan 13100 kv.metr və ya 1,31 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X47 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 31.10.2019-cu il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin edilməsi üçün X34 24 oktyabr 2019-cu il tarixdə müraciət etmişdir. İşdə olan X34 tərəfindən 24 oktyabr 2019-cu il tarixdə verilmiş təklifdən görünür ki, o Zaqatala rayonu X36 mülkiyyətində olan 13100 kv.metr və ya 1,31 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 182 (bir yüz səksən iki) manat olan ilkin icarə qiymətinə qarşı 185 (bir yüz səksən beş) manat təklif etmişdir. İşdə olan X40 tərəfindən 24 oktyabr 2019-cu il tarixdə verilmiş təklifdən görünür ki, o Zaqatala rayonu X36 mülkiyyətində 13100 kv.metr və ya 1,31 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 182 (bir yüz səksən iki) manat olan ilkin icarə qiymətinə qarşı 190 (bir yüz doxsan) manat təklif etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 31 oktyabr 2019-cu il tarixi iclasının 290 nömrəli protokolundan görünür ki, "Komissiya” tərəfindən Zaqatala rayon ərazisində yerəşən X36 mülkiyyətinə aid 13100,0 kv.metr və ya 1,31 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 31 oktyabr 2019-cu il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmiş, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmışdır. Müsabiqədə 190,0 (bir yüz doxsan) manat ən yüksək təklif vermiş X40 - Zaqatala rayonu PMK-20 eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İşdə olan AM seriyalı 009600 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin şəhadətnaməsindən görünür ki, X4 rayonu X36 mülkiyyətində olan 13100 kv.m və ya 1,31 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 31 oktyabr 2019-cu il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. İşdə olan Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 07.11.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Zaqatala rayonu X36 sədri X2 rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 1,31 ha olan torpaq sahəsini Zaqatala rayonu X36 06.11.2019-cu il tarixli iclasın 25 saylı protokolundan çıxarışa əsasən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X47 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 31.10.2019-cu il tarixdə 290 nömrəli protokoluna əsasən 07.11.2068 il tarixədək illik 190 manat icarə haqqı müəyyən edilməklə X28 icarəyə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən Zaqatala rayon X36 mülkiyyətində olan 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 07.11.2019-07.11.2068-ci illər ərzində 49 il müddətinə X19 xeyrinə 07.11.2019-cu il tarixli 3M-541 saylı icarə müqaviləsinə əsasən illik icarə haqqı 190 (bir yüz doxsan) manat olmaqla yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 1159 nömrəli 25.02.2020-ci il tarixli arayışdan görünür ki, X19 ünvan 3i ünvanında yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 26.02.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zaqatala rayonu X51 tərəfindən 07.11.2019-cu il tarixdə X28 icarəyə verilmiş ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1,31 ha olan torpaq sahəsi X1 verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi tam mülkiyyət hüququ əsasında Zaqatala rayon X36 adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində 10.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu X36 08 oktyabr 2018-ci il tarixli 17 saylı iclasının protokolundan görünür ki, X36 mülkiyyətində olan kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı örüş olan, o cümlədən hər bir hektar torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 136 (bir yüz otuz altı) manat olmaqla 2,47 ha torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 335,92 (üç yüz otuz beş doxsan iki) manat olmaqla növbəti 15 i! müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəyə verməkdən ötrü müsabiqəyə çıxarılmışdır. İşdə olan müsabiqə hərracda iştirak etmək üçün ərizədən görünür ki, Zaqatala rayonu X36 mülkiyyətində olan 24700 kv.metr və ya 2,47 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X47 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 28.03.2019-cu il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin edilməsi üçün X30 19 mart 2019-cu il tarixdə müraciət etmişdir. İşdə olan müsabiqə hərracda iştirak etmək üçün ərizədən görünür ki, Zaqatala rayonu X36 mülkiyyətində olan 24700 kv.metr və ya 2,47 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X47 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 28.03.2019-cu il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirakının təmin edilməsi üçün X34 19 mart 2019-cu il tarixdə müraciət etmişdir. İşdə olan X34 tərəfindən 19 mart 2019-cu il tarixdə verilmiş təklifdən görünür ki, o Zaqatala rayonu X36 mülkiyyətində olan 24700 kv.metr və ya 2,47 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 335,92 (üç yüz otuz beş doxsan iki) manat olan ilkin icarə qiymətinə qarşı 338 (üç yüz otuz səkkiz) manat təklif etmişdir. İşdə olan X30 tərəfindən 19 mart 2019-cu il tarixdə verilmiş təklifdən görünür ki, o Zaqatala rayonu X36 mülkiyyətində olan 24700 kv.metr və ya 2,47 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə bildirişdə göstərilən 335,92 (üç yüz otuz beş doxsan iki) manat olan ilkin icarə qiymətinə qarşı 337 (üç yüz otuz yeddi) manat təklif etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 28 mart 2019-cu il tarixi iclasının 47 nömrəli protokolundan görünür ki, "Komissiya” tərəfindən Zaqatala rayon ərazisində yerəşən X36 mülkiyyətinə aid 24700,0 kv.metr və ya 2,47 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 28 mart 2019-cu il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmiş,müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmışdır. Müsabiqədə 338,0 (üç yüz otuz səkkiz) manat ən yüksək təklif vermiş X34 - Zaqatala rayonu DEU-20, ev 17 eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İşdə olan AM seriyalı 007660 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin şəhadətnaməsindən görünür ki, X3 rayonu X36 mülkiyyətində olan 24700 kv.m və ya 2,47 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 28 mart 2019-cu il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir. İşdə olan Zaqatala rayonu X36 08 aprel 2019-cu il tarixli 08 saylı iclasının protokolundan görünür ki, Azərbaycan Respublikasının Əmlak məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 17 saylı Şəki ərazi torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən 28 mart 2019 - cu il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş X40 ilə notariat müqavilə bağlanması qərara alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 16.04.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Zaqatala rayonu X36 sədri X2 rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 2,47 ha olan torpaq sahəsini Zaqatala rayonu X36 08.10.2018-ci il tarixli iclasın 17 saylı protokolundan çıxarışa əsasən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X47 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 28.03.2019-cu il tarixdə 47 nömrəli protokoluna əsasən 28.03.2034-cü il tarixədək illik 338 manat icarə haqqı müəyyən edilməklə X20 icarəyə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən Zaqatala rayon X36 mülkiyyətində olan 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 16.04.2019-28.03.2034-cü illər ərzində 15 il müddətinə X24 xeyrinə 16.04.2019-cu il tarixli 3M-148 saylı icarə müqaviləsinə əsasən illik icarə haqqı 338 (üç yüz otuz səkkiz) manat olmaqla yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 1160 nömrəli 25.02.2020-ci il tarixli arayışdan görünür ki, X17 ünvan 3i ünvanında yerləşən 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu X36 14 fevral 2020-ci il tarixli 06 saylı iclasının protokolundan görünür ki, 28 mart 2019-cu il tarixdə Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyası tərəfindən 47 nömrə ilə qeydiyyata alınmış hərrac şəhadətnaməsi əsasında 16 aprel 2019-cu il tarixdə Zaqatala rayon X51 ilə X34 arasında bağlanmış 2.47 ha üzrə torpaq icarəsi müqaviləsinə əsasən icarəçiyə icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpağı ikinci əldən icarəyə verməsi üçün etdiyi müraciətə razılıq verilməsi qərara alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 26.02.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zaqatala rayonu X51 tərəfindən 16.04.2019-cu il tarixdə X28 icarəyə verilmiş ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 2,47 ha olan torpaq sahəsi X1 verilmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən, yəni Zaqatala rayonu, X42 məxsus 2,47 ha torpaq sahəsi ilə bağlı 28 mart 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin; 28 mart 2019-cu il tarixli AM seriyalı 007660 nömrəli şəhadətnamənin; X34 ilə Zaqatala rayonu. X51 arasında bağlanmış 16 aprel 2019-cu il tarixli icarə müqaviləsinin; 2,47 ha torpaq sahəsi üzərində X17 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, X34 ilə X27 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsinin etibarsız sayılması; Zaqatala rayonu, X42 məxsus 1,31 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009600 nömrəli şəhadətnamənin, X40 ilə Zaqatala rayonu, X51 arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin, 1,31 ha torpaq sahəsi üzərində X18 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, X40 ilə X27 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsinin etibarsız sayılması; Zaqalala rayonu, X42 məxsus 0,75 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 3019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin; 31 oktyabr 2019cu il tarixli AM seriyalı 009599 nömrəli şəhadətnamənin; X40 ilə Zaqatala rayonu, X51 arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin; 0,75 ha torpaq sahəsi üzərində X19 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın; X40 ilə X27 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsinin etibarsız sayılması hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 3i ərazisində yerləşən X62 Vurğun adına kolxozun Yerli aqrar islahat komissiyası tərəfindən 01 sentyabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş şəhadətnamə ilə mülkiyyət hüququ əsasında iddiaçıların mərhum atası X9 adına kompleks (1980-cı ildə tikilmiş 3 ədəd sinaj quyusu) qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi 3 hissəyə bölünməklə, hər bir hissəyə ayrı-ayrılıqda bələdiyyənin adına çıxarış alınmışdır. Bələdiyyənin mülkiyyətində olan-3 ədəd sinaj quyusunun yerləşdiyi 2,47 ha torpaq sahəsinin, həmçinin həmin torpaq sahəsi ilə həmsərhəd olan 1,31 ha və 0,75 ha torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2019-cu ildə bələdiyyə tərəfindən hərrac komissiyasına müraciət olunmuşdur. Həmin torpaq sahələri hərraca çıxarılmış, 2,47 ha torpaq sahəsi ilə bağlı 28 mart 2019-cu il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Vüqar Kamalov olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 16 aprel 2019-cu il tarixdə Zaqatala rayonu X51 ilə X34 arasında 15 il müddətinə icarə müqaviləsi bağlanmış, 12 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 26 fevral 2020-ci il tarixdə isə X34 ilə arasında X27 arasında subicarə müqaviləsi bağlanmışdır. Eyni zamanda, 0,75 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Orxan Həzrəyev olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 07 noyabr 2019-cu il tarixdə Zaqatala rayonu X51 ilə X40 arasında 49 il müddətinə icarə müqaviləsi bağlanmış, 12 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 26 fevral 2020-ci il tarixdə isə X40 ilə arasında X27 arasında subicarə müqaviləsi bağlanmışdır. Həmçinin, 1,31 ha torpaq sahəsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Orxan Həzrəyev olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 07 noyabr 2019-cu il tarixdə Zaqatala rayonu X51 ilə X40 arasında 49 il müddətinə icarə müqaviləsi bağlanmış, 12 fevral 2020-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 26 fevral 2020-ci il tarixdə isə X40 ilə arasında X27 arasında subicarə müqaviləsi bağlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.7-ci maddəsinə əsasən bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Azərbaycan Respublikası Torpaq Məcəllənin 16-cı maddəsinin 2-ci bəndinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Həmin Məcəllənin 51-ci maddəsinin 6-cı bəndinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci abzasına əsasən kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Bu torpaq sahələrinə tələb təklifi üstələdiyi hallarda satış hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1.-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, bələdiyyə torpaqlarının satışı zamanı üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan torpaq sahələri də icarəyə verilmək üçün hərraca çıxarılmışdır. Eyni zamanda, hazırki iş üzrə iddiaçıların bələdiyyə torpaqlarının satışında nəzərdə tutulan üstünlük hüququ da mövcuddur. İddiaçılar həmin torpaq sahələrinin əvvəlki istifadəçisi və icarəçisi olmuşlar. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, iddiaçılar Zaqatala şəhər sakini olmaqla Zaqatala rayon X36 əhatə etdiyi ərazidə daimi yaşayan şəxslərdir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı qanunla nəzərə alınan üstünlük hüquqlarından icarəyə verilən torpaq sahələrinin əvvəlki istifadəçisi olmaları, eyni zamanda onların mərhum atalarının mülkiyyətində olan sinaj quyularının yerləşdiyi torpaq sahəsinin hazırki icarə müqaviləsinin predmeti olması, həmçinin həmin quyuların yerləşdiyi torpaq sahəsinin digər hərraca çıxarılan torpaq sahələri ilə həmsərhəd olmaları iddiaçıya şamil edilir. Bundan başqa, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Zaqatala rayonu X42 ünvanlanmış müraciətdən görünür ki, onların istifadəsində olan torpaq sahəsinin yaxınlığında yerləşən Zaqatala rayonu X36 mülkiyyətində olan Dilivəli Çölü adlanan ərazidə yerləşən 4,20 ha torpaq sahəsinin uzun müddətli onların istifadəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı təkidlə bildirir ki, mübahisəli torpaq sahələrinin hərraca çıxarılması ilə əlaqədar Zaqatala şəhərində yaşayan sakin kimi məlumatlandırılmamış və harrac gizli şəkildə keçirilmişdir. İş materiallarından da görünür ki, mübahisəli torpaq sahələrinin hərraca çıxarılması ilə əlaqədar “Mülkiyyət” qəzetində elan verilsə də, bu elan X36 ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Ona görə ki, iş materiallarına hərrac keçirilən dövrdə həmin qəzetin X36 yerləşdiyi əraziyə çatdırılması və satılması barədə sübut əlavə edilməmişdir. Məhkəmə iclasında da, cavabdeh bələdiyyənin nümayəndəsinə “Mülkiyyət” qəzetinin bələdiyyənin ərazisində yayılmasını təsdiq edən sübutların təqdim olunması təklif olunmuşdur. Bələdiyyənin nümayəndəsi isə bildirmişdir ki, həmin qəzetə nə X51, nə də bələdiyyə ərazisində yaşayanlar abunəçi deyil. Halbuki, bələdiyyə həmin qəzetdə elan verməklə yanaşı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə uyğun olaraq ərazidə yaşayan sakinləri bilavasitə olaraq məlumatlandırmağa borclu idi. Ona görə ki, həmin maddənin tələblərinə görə bələdiyyələr satışa çıxarılan torpaq sahələrini və bu torpaqların ölçülərini, təyinatını, qiymətini, olduğu yeri göstərməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatı seçicilərə çatdırırlar. Torpaq İcarəsi haqqında Qanunun 10-cu maddəsinə əsasən torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən torpaq sahələri ilə bağlı baş tutmuş hərracın keçirilməsi qanunsuz olmuş, onun keçirilməsi üçün müəyyən olunmuş meyarlara zidd qaydalarla həyata keçirilmişdir. Belə ki, hərraclarda iştirak etmək niyyətində olan 2 nəfər şəxsdən hər biri yazılı ərizə ilə və biri-birilərindən 1 və 5 manat fərq aralığında təkliflə, eyni zamanda həmin təkliflərə baxdıqda onların eyni şəxsin xətti ilə tərtib edilməklə təklif etmələri ilə çıxış etmələri hərracda iştirak etmək istəyən hər bir şəxsin təklif etdiyi məbləğin digər hərrac iştirakçılarına məlum olmaması prinsipini pozmaqla yanaşı hərracın formal keçirildiyini təsbit edir. Çünki hərracın keçirilməsi qaydalarına görə hərracda iştirak etmək istəyən hər bir şəxsin təklifi şəxsin öz xətti ilə gizli şəkildə yazılmalı və zərfə qoyularaq bağlı vəziyyətdə komissiyaya təqdim edilməlidir. Bundan başqa, hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, 2,47 ha, 0,75 ha və 1,31 ha torpaq sahələri ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın iclasları müvafiq olaraq 28 mart 2019-cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu ildə keçirildiyi halda, hərraclar da eyni tarixdə, yəni müvafiq olaraq 28 mart 2019-cu il, 31 oktyabr 2019-cu il və 31 oktyabr 2019-cu il tarixdə keçirilmişdir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolları ilə müsabiqənin nəticələri barədə protokolların nömrələri də eyni göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Zaqatala rayonu, X42 məxsus 2,47 ha torpaq sahəsi ilə bağlı 47 nömrəli 28 mart 2019cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 28 mart 2019-cu il tarixli AM seriyalı 007660 nömrəli şəhadətnamə, X34 ilə Zaqatala rayonu. X51 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-148 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 16 aprel 2019cu il tarixdə icarə müqaviləsi, 2,47 ha torpaq sahəsi üzərində X17 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X34 ilə X27 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi, Zaqatala rayonu, X42 məxsus 1,31 ha torpaq sahəsi ilə bağlı 290 nömrəli 31 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009600 nömrəli şəhadətnamə, X40 ilə Zaqatala rayonu, X51 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-541 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 1,31 ha torpaq sahəsi üzərində X18 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X40 ilə X27 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-87 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi, Zaqalala rayonu, X42 məxsus 0,75 ha torpaq sahəsi ilə bağlı 289 nömrəli 31 oktyabr 3019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009599 nömrəli şəhadətnamə, X40 ilə Zaqatala rayonu, X51 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-540 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 0,75 ha torpaq sahəsi üzərində X19 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X40 ilə X27 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Zaqatala rayonu, X42 məxsus 2,47 ha torpaq sahəsi ilə bağlı 47 nömrəli 28 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 28 mart 2019-cu il tarixli AM seriyalı 007660 nömrəli şəhadətnamə, X34 ilə Zaqatala rayonu, X51 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-148 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 16 aprel 2019cu il tarixdə icarə müqaviləsi, 2,47 ha torpaq sahəsi üzərində X17 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X34 ilə X27 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi, Zaqatala rayonu, X42 məxsus 1,31 ha torpaq sahəsi ilə bağlı 290 nömrəli 31 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009600 nömrəli şəhadətnamə, X40 ilə Zaqatala rayonu, X51 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-541 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 1,31 ha torpaq sahəsi üzərində X18 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X40 ilə X27 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-87 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi, Zaqalala rayonu, X42 məxsus 0,75 ha torpaq sahəsi ilə bağlı 289 nömrəli 31 oktyabr 3019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X47 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009599 nömrəli şəhadətnamə, X40 ilə Zaqatala rayonu, X51 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-540 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 0,75 ha torpaq sahəsi üzərində X19 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X40 ilə X27 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi etibarsız hesab edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-77/2021 nömrəli 17 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş Ofisi Zaqatala Rayon 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Zaqatala rayonu X42 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X40, X34, X16 qarşı verdiyi iddia tələbinin “mərhum ataları X6 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyularının yerləşdiyi 2,47 ha torpaq sahəsi üzərində Zaqatala rayonu, X36 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 10 avqust 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 136 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilməsi nəzərə alınsın. İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-77/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-77/2021
17.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver