Məhkəmə qərarları › İş №2(034)-101/2023

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-101/2023

26.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-101/2023 26.01.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı «daşınmaz əmlaka dair müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı «daşınmaz əmlaka dair müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2022-ci il tarixli, **********03324 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (hazırda MTK) ilə hazırki iş üzrə üçüncü şəxs olan Cavabdeh2 arasında bağlanılmış 01 may 2020-ci il tarixli payçı müqaviləsinə əsasən, ünvan 1 ünvanında inşa edilmiş 1-ci yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127,2 kv. metrdən ibarət 47 saylı, 3 otaqlı mənzil Cavabdeh2, 238 952 (iki yüz otuz səkkiz min doqquz yüz əlli iki) manata satılmışdır. Qeyd olunan müqavilənin 2.3-cü bəndinə əsasən həmin mənzilin satışı üzrə ilkin ödəniş məbləği olan 80 049 ( səksən min qırx doqquz) manat pul vəsaiti Cavabdeh2 tərəfindən QSC-yə qabaqcadan ödənilmiş, qalan 158 903 (bir yüz əlli səkkiz min doqquz yüz üç) manatı isə o, müqaviləyə əlavə edilən 1 nömrəli cədvəl üzrə, hər ay üçün 4414 ( dörd min dörd yüz on dörd) manat olmaqla, 36 ay müddətinə ödəməyi üzərinə götürmüşdür. Cavabdeh2 2022-ci ilin aprel aymadək cədvəl üzrə öhdəliklərini icra edərək, QSC-yə ümumilikdə 183571 (bir yüz səkkiz üç min beş yüz yetmiş bir) manat ödəniş etmişdir.19 aprel 2022-ci ildə isə Cavabdeh2 "xxxx" QSC( hazırda MTK)-ya rəsmi ərizə təqdim edərək, həmin mənzildən imtina etmiş və mənzilin istənilən başqa şəxsin adma rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.Bundan sonra "xxxx" QSC (hazırda MTK) Cavabdeh2 razılığı əsasında həmin mənzilə dair hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 ilə 21 aprel 2022-ci il tarixli, **********03324 saylı alqsatqı müqaviləsi bağlamışdır. Lakin Cavabdeh1 həmin mənzillə bağlı "xxxx" QSC (hazırda MTK)-ya heç bir ödəniş etməmişdir. Mənzilin ümumi dəyərinin 183571 (bir yüz səksən üç min beş yüz yetmiş bir) manat hissəsi Cavabdeh2 tərəfindən ödənildiyinə və onun QSC (hazırda MTK)-yə qalıq borcu cəmi 55 381 (əlli beş min üç yüz səksən bir) manat təşkil etdiyinə görə, QSC (hazırda MTK) Cavabdeh1 ilə bağladığı müqavilədə mənzilin ümumi dəyərini cəmi 55 381 (əlli beş min üç yüz səksən bir) manat göstərmişdir. Lakin 2022-ci ilin aprel ayından indiyədək həmin mənzilin qalıq borcu üzrə heç bir ödəniş edilməmişdir. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh2 həmin mənzili Cavabdeh1 satmamışdır. Cavabdeh2 mübahisəli mənzili Cavabdeh1 adına keçirməsi müvəqqəti xarakter daşımış və bunun səbəbi həmin şəxslərin birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları ilə bağlıdır. Yuxarıda qeyd etdikləri hallar, həmçinin Cavabdeh2 öz ailə üzvləri ilə birlikdə indiyədək mübahisəli mənzildə yaşamaları və Cavabdeh1 müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə indiyədək heç bir ödəniş etməməsi, digər sənədlər və dəlillər onu göstərir ki, "xxxx" QSC (hazırda MTK) ilə Cavabdeh1 arasında bağlanılan 21 aprel 2022-ci il tarixli, **********03324 saylı alq-satqı müqaviləsi uydurmadır. Yəni, Cavabdeh1 QSC (hazırda MTK) ilə həmin müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlamışdır. Buna görə də həmin müqavilə etibarsız hesab edilməlidir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə işin bir icraatda baxılması üçün başqa məhkəməyə göndərilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin icraatında olan hazırkı mülki işin bir icraatada baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 mülki işin bir icraata baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) X1 olmasın deyə işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini, hər üç iddianın bir-biri ilə əlaqədar olmasını bildirərək məhkəmədən vəsatətn təmin edilməsini xahiş etdi. Məhkəmə mülki işin materialllarını və təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcələlnin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, eyni tərəflər arasında bir-biri ilə əlaqəli Sumqayıt Şəhər Məhkəməsinin icraatında hal-hazırda mülki iş var, mülki iş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)- 7459/2022 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə saat 10:45-ə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı «daşınmaz əmlaka dair müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair 2(034)-101/2023 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Günel Tanrıverdiyevanın icraatında olan iddiaçı Nailə İmaməliyevanın cavabdehlər Cavabdeh2, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh1 Əşərf oğluna və müstəqil təəb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair 2(060)-7459/2022 saylı mülki işlə bir icraatda birləşdirilib baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Mənzil Tikinti Kooperativinin vəsatəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı «daşınmaz əmlaka dair müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair 2(034)-101/2023 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Günel Tanrıverdiyevanın icraatında olan iddiaçı Nailə İmaməliyevanın cavabdehlər Cavabdeh2, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh1 Əşərf oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair 2(060)- 7459/2022 saylı mülki işlə bir icraatda birləşdirilib baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar