Məhkəmə qərarları › İş №2(034)-11/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-11/2024

05.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-11/2024 05.02.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi X8 iştirakı ilə, Ərizəçi X8 Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair”mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X11 Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1948-ci ildə anadan olmuş həyat yoldaşı X5 xəstəliynə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X11 ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.1948-cı il tarixdə anadan olan əri X9 anadan gəlmə əlildir. Belə ki, daimi kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Ərinin xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir. Əri öz hərəkətlərini dərk edə bilmədiyi üçün o, məcburdur ki, heç yerdə işləməyərək ona qulluq etsin, daim nəzarətdə saxlasın. Əri uşaqlıqdan 1-ci qrup müddətsiz əlildir və əlilliyə görə də təqaüd alır. Onun aldığı təqaüd onu saxlamaq üçün çox azdır. O, özü də işləmir. Ona baxmaq üçün onun yüksək qazanc yeri olmadığı üçün və ona heç yerdən kömək olmadığından saxlamaqda çətinlik çəkir. Əgər əri məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman o, onun üzərində qəyyum təyin oluna bilər. Əgər qəyyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaqdır. Məhkəmə iclasında iştirak edən ərizəçi X11 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, həyat yoldaşı X9 xx.xx.1948-ci ildə anadan olmuşdur. Onlar xx.xx.1982-ci ildə ailə qurmuş, ailə qurandan sonra yoldaşı əvvəllər sağlam olmuş, sonradan insult keçirmişdir,insult keçirməsi nəticəsində yoldaşı öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir, daimi kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Fəaliyyət qabiliyyəti olmayan şəxs həyat yoldaşıdır. Yoldaşı iki ilə yaxındır ki, özünü idarə edə bilmir. Yoldaşına özü baxır. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, X4 OBA hövzəsində işemik insult diaqnozu qoyulmuşdur. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 rayonundan məcburi köçkündür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X9 xx.xx.1982-ci ildə rəsmi olaraq nikaha daxil olmuşlar. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1948-ci ildə Zəngilan rayonu, Genlik kəndinə doğulmuşdur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X15 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6296 nömrəli rəyindən görünür ki, X1 insultdan sonra meydana gələn demensiya müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə 2022-ci ildə insult keçirməsi, X13 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Sağ OBA hövzəsində işemik insultdan sonrakı vəziyyət, epileptiform qıcolma tutmalarla. Sol tərəfli hemiplegiya. Motor afaziya” diaqnozu ilə stasionar müalicədə olması, bundan sonra nitqi və hərəkəti funksiyaları pozulması, get-gedə yaddaşında zəifləmələr biruzə verməsi, bununla əlaqədar nevropatoloq nəzarətində olmaqla müalicələr qəbul etməsi, aldığı müalicələrə baxmayaraq proqressiv yaddaş zəifliyi davam etməsi, yuxu pozulması, yaddaş zəifliyi ilə əlaqədar özünəməxsus əşyaları itirməsi, onların axtarışında olmaqla əsəbi hallar keçirməsi, fikirlərini bildirməkdə çətinlik çəkməsi, çaşqınlıq halları keçirməsi, ailə üzvlərini tanımaması, gecələri tez-tez oyanması, hazırda həkim-terepevt və nevropatoloqun təyin etdiyi müalicələri qəbul etməsi, həmçinin hal-hazırki müayinə zamanı aşkar edilən demensiya əlamətləri və s.) sübut edir. X1 insultdan sonra meydana gələn demensiya müəyyən edilir. X5 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X6 müəyyən edilən keçirilmiş insultdan sonra meydana gələn demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayyəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X2 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1948-ci il təvəllüdlü X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar