Məhkəmə qərarları › İş №2(034)-118/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-118/2025

26.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-118/2025 26.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci il təvəllüdlü X6 onun doğma qızıdır. Qızı anadan gəlmə ağır kəmağıllılıq, kəskin imbesillik dərəcəsində, kobud davranış və nitq pozuntuları ilə USİ qalıq əlamətləri ilə xəstəliklərindən əziyyət çəkir. Daima kənar şəxslərin himayəsinə ehtiyacı var. Belə ki, o və həyat yoldaşı daim qızlarının qulluğundadır və çox çətin baxımı var.Övladına düçar olduğu ağır xəstəliyinə görə İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Qızının orqanizminin funksiyalarının 90 faizi pozulmuşdur. Onun İ qrup əlilliyi müddətsizdir. Əmək qabiliyyətsizdir. Belə ki, Zəngilan rayonundan məcburi köçkün hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 1, “Xırdalan 8” y/k, bina 1, blok 2c, mənzil 129 ünvanında yaşayan xx.xx.2000-ci il təvəllüdlü X2 (patronaj) təyin olunmağı üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmış və ona xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Həmin cavabı ərizəsinə əlavə etmişdir. O, bu məsələ ilə bağlı ilk əvvəl yaşadığı yer üzrə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və ona izah olunmuşdur ki, Zəngilan Rayon Məhkəməsinə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2000-ci ildə anadan olan X6 onun doğma qızıdır. Qızı anadan gəlmə ağır kəmağıllılıq, kəskin imbesillik dərəcəsində ,kobud davranış və nitq pozuntuları ilə xəstəlikdən əziyyət çəkir. Daim kənar şəxslərin himayəsinə ehtiyacı var. Qızı İ qrup əlildir. Onun orqanizminin funksiyalarının 90 faizi pozulmuşdur. İ qrup əlilliyi müddətsizdir, əmək qabiliyyətsizdir. Qızının 25 yaşı var və onun hər bir baxımını özüm edir. Qızına o, baxdığı üçün işləmir. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X5 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, kəskin imbesillik dərəcəsində, kobud davranış və nitq pozuntuları ilə USİ qalıq əlamətləri diaqnozu qoyularaq, müddətsiz olaraq İ dərəcəli əlil hesab edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti tərəfindən M.V.Tağıyeva göndərilən xx.xx.2024-cü il tarixli, 5-29/2-T-38-099/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 33.4-cü maddəsinə əsasən psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.Bu səbəbdən Komissiya, sözügedən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət edilməyini tövsiyyə etmişdi -İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2000-ci ildə Zəngilan rayonunda anadan olmuş, atası X7, anası isə Ərizəçidır. -İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 981 nömrəli rəydən görünür ki, X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6fam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 müəyyən ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, anamnezində qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 317.3. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü X6 ərizəçinin doğma qızıdır və o, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, kəskin imbesillik dərəcəsində, kobud davranış və nitq pozuntuları ilə USİ qalıq əlamətləri xəstəliyindən əziyyət çəkərək, müddətsiz olaraq İ qrup əlil olmaqla, əmək qabiliyytəsizdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəçinin xx.xx.2000-ci il təvəllüdlü qızı X3 orqanizim funksiyalarının 90 faizi artıq pozulmuş, onun kənar şəxslər tərəfindən baxıma ehtiyacı olduğundan ərizəçi bu günə kimi heç bir yerdə işləməyərək qızına baxmış, baxmaqda da davam edir və buna görə də qızının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istəyir. Həmçinin mülki iş üzrə verilmiş rəydən də görünür ki, X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, anamnezində qıcolma tutmaları ilə müəyyən edilmiş, o, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil, buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Bundan başqa, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Beləliklə məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2000-ci ildə Zəngilan rayonunda anadan olmuş X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2000-ci ildə Zəngilan rayonunda anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar