Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-169/2024 03.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh “Cavabdeh2»-nun nümayəndəsi X3 iştitrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “Cavabdeh2»-na, Azərbaycan Respublikası Baş X16 İdarəsinə və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və daşınar əmlakın geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, “Cavabdeh2»-na, Azərbaycan Respublikası Baş X16 İdarəsinə və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və daşınar əmlakın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, iddia tələblərinin tam həcmdə təmin edilməsi, Cavabdeh1 ilə “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı gümüşü metalik rəngli avtomobilə dair aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı gümüşü metalik rəngli avtomobilin cavabdehlərdən alınaraq onun qanuni sahibliyinə qaytarılması, tərəfindən ödənilmiş 2168 manat məbləğində pul vəsaitinin, ona dəymiş 2000 manat məbləğində maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın əvəzi olmaqla, ümumilikdə 5168 manat məbləğində pul vəsaitinin, həmçinin, 73 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və “Cavabdeh2”-dan müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin tam həcmdə təmin edilməsi, Cavabdeh1 ilə arlarında “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilə dair xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-saqtı müqaviləsinin ləğv edilməsi, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilin cavabdehdən alınaraq onun qanuni sahibliyinə qaytarılması, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilin dəyəri olaraq 6400 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq ona verilməsi, tərəfindən ödənilmiş 2168 manat məbləğində pul vəsaitinin, ona dəymiş 2000 manat məbləğindəpul vəsaitinin, mənəvi ziyanın əvəvzi olaraq 1000 manat məbləğində pul vəsaitinin, ümummilikdə 5168 manat pul vəsatinin, həmçinin 123 manat ödənilmiş dövlət rüsmunun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin tam həcmdə təmin edilməsi, Cavabdeh1 ilə arlarında “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilə dair xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-saqtı müqaviləsinin etibarsız hesab edilməsi, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilin cavabdehdən alınaraq onun qanuni sahibliyinə qaytarılması, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilin dəyəri olaraq 6400 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq ona verilməsi, tərəfindən ödənilmiş 2168 manat məbləğində pul vəsaitinin, ona dəymiş 2000 manat məbləğindəpul vəsaitinin, mənəvi ziyanın əvəvzi olaraq 1000 manat məbləğində pul vəsaitinin, ümummilikdə 5168 manat pul vəsatinin, həmçinin 123 manat ödənilmiş dövlət rüsmunun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və “Cavabdeh2»-na qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin tam həcmdə təmin edilməsi, Cavabdeh1 ilə arlarında “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilə dair xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-saqtı müqaviləsinin etibarsız hesab edilməsi, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilin cavabdehdən alınaraq onun qanuni sahibliyinə qaytarılması, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı 2009-cu il tarixdə istehsal edilmiş, ban nömrəsi XWB3L32BD9A038033, rəngi gümüşü metalik olan avtomobilin dəyəri olaraq 6400 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq ona verilməsi, tərəfindən ödənilmiş 2168 manat məbləğində pul vəsaitinin, ona dəymiş 2000 manat məbləğində maddi ziyanın, mənəvi ziyanın əvəvzi olaraq 1000 manat məbləğində pul vəsaitinin, ümummilikdə 5168 manat pul vəsatinin, həmçinin 123 manat ödənilmiş dövlət rüsmunun cavabdehlər Cavabdeh1 və “Cavabdeh2”-dan müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən Sumqayıt şəhər, X16 İmtahan və Qeydiyyat şöbəsində “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngli avtomobil onun istifadəsində olmuşdur. Ona təcili pul lazım olduğu üçün Sumqayıt şəhərində yerləşən “Cavabdeh2”un müdiriyyəti ilə qarışılıqlı razılığa gəlmişdir ki, ona hər ay (15 ay) müddətində faizlə 3000 (üç min) manat pul vəsaiti verəcəklər. Lakin verilən pulun müqabilində ondan “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nömrə nişanlı, gümüşü metalik rəngli avtomobilini girov qoymağı ona bildirmişlər. O, da bu şərtlə razılaşandan sonra Sumqayıt şəhəri, DYP-imtahan və qeydiyyat şöbəsində onun yaxın tanışı olan Cavabdeh1 adlı şəxsi çağırıb avtomobili onun adına rəsmiləşdirməyi, borcunu tam qaytardıqdan sonra, yenə də onun avtomobilini adına rəsmiləşdirəcəyini bildirəndə, o, bunlara inanmamış və avtomobili Cavabdeh1 adına rəsmiləşdirmişdir. Bundan sonra “Cavabdeh2”-na tərəfindən 15 aylıq -ayda 370 manat pul vəsaiti (faizi) ödəməklə, ümumilikdə 5550 manat pul vəsaiti qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyi vaxtı-vaxtında yerinə yetirmiş, eyni zamanda cavabdehlə xx.xx.2023-cü il tarixdə AR DİN BDYPİ Qİİ-də alqı-satqı müqaviləsi bağlanmışdır. Yuxarıda göstərilən qeyri-qanuni müqavilə əsasında cavabdeh onun avtomobilini öz adlarına keçirməklə 3000 (üç min) manat qarşılığında 15 ay müddətinə hər ayda 370 manat, ümumi olaraq 5.550 (beş min beş yüz əlli) manat ödəniş olmaqla, yenidən avtomobili onun adına keçirilməsini şifahi olaraq ona bildirilmişdir. Lakin, cavabdeh avtomobilini adına keçirdikdən sonra müqaviləni belə ona verməmişlər. Bir sözlə, hər dəfə də “müdiriyyət yoxdur gələndə müqavilə veriləcək” deyərək onu 5 aydır ki, yola vermişlər. Bundan sonra o, üzərinə düşən öhdəliyini yerinə yetirməklə, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayda 370 manat pul vəsaitini ödəmişdir. Növbəti ayda 5 gün geçikmə olmasına baxmayaraq, hər günə görə əlavə olaraq gecikməyə görə tərəfindən 10 manat əlavə pul vəsaiti ödənilmişdir. Hal-hazırda 5 ay tam şəkildə ödəniş edilmişdir. Cavabdeh hər dəfə ondan sui-istifadə etməklə, son on gün gecikməyə görə 200 manat pul vəsaiti alaraq, əlavə ödədikdən sonra ona məsələ “güya ki, problemli şöbəyə düşmüşdür” demişdir. Əlavə olaraq ondan 1000 manat pul vəsaiti ödəniş etməsi bildirsələr də, o, bununla razılaşmamışdır. Lakin, ona hədə- qorxu gələrək “avtomobilin alınacaq” deyərək onu stresə salmışlar. Cavabdeh “Cavabdeh2”un işçiləri onu faktiki aldadaraq əmlakını başqasının adına keçirsələr də, müqavilə ona bu günə kimi verilməmişdir. AR DİN BDYPİ-də xx.xx.2023-cü il tarixdə bağlanmış “alqı-satqı müqaviləsi”nə əsasən tərəfindən cavabdeh tərəfə bu günə kimi 2.168 (iki min yüz altmış səkkiz) manat pul verilmişdir. Cavabdeh1 alqı-satqı zamanı belə iştirak etməmişdir. Amma cavabdeh tərəfindən kredit müqaviləsindən öz xeyrlərinə lazımi qaydada istifadə edilmişdir. Hesab edir ki, cavabdeh tərəf bununla həm də, müvafiq vergilərdən də yayınmışdır. Beləliklə də, onun hüquqları pozulmaqla, Azərbaycan Respublikasının qanunlarına uyğun olmayan hərəkət-özgəsinin əmlakından sui-istifadə edilməsi və əmlakının mənimsənilməsi göz qabağındadır. Məlumdur ki, hər iki tərəfin şifahi olsa da, həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə, məhkəmə qaydasında həll olunur. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunma, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq əsasında olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmənin nəzərinə çatdırmaq istərdir ki, cavabdeh tərəf qeyri-qanuni yolla özgənin (onun) əmlakını aldıqdan sonra 15 ay müddətinə hər ay tərəfindən 370 manat ödəməsinin zəruriliyini desə də, avtomobili faktiki, məcburən, zorla əlindən almışdır. O, sonuncu ayda noyabrda 505 manat cavabdehə pul vəsaiti ödəmişdir. Bundan sonra isə, yuxarıda qeyd etdiyi kimi cavabdeh t ə r ə f hərbçi o l d u ğ u üçün ondan əlavə olaraq 1000 manat civarında hədə-qorxu ilə pul vəsaiti tələb etmişdir. Cavabdehlər avtomobilini adına keçirdikdən sonra hər dəfə müxtəlif bəhanələrlə onu faktiki aldatmaqla məşğuldurlar. Qeyd etmək istərdir ki, bütün danışıqlar və ödənilmiş ceklər məhkəməyə təqdim ediləcəkdir. Bununla yanaşı, məhkəmədə şahidlərin dindirilməsi də istisna edilmir. Onu da qeyd etmək istərdir ki, 44-günlük müharibənin iştrakçısı olmuş, bu onu göstərir ki, onlar döyüşlərdə iştirak etsələrdə, bəzi şəxslər özgəsinin əmlakını ələ keçirmək məqsədilə heç kəsə məhəl qoymurlar. Bununla dözülməz bir hal yaranır. Belə hesab edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilməklə, onun avtomobili ona geri qaytarılmalıdır. Həmçinin hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri ilə əlaqədar xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməlidir. Cavabdehlərdən yuxarıda qeyd edilən 2168 manat pul vəsaiti, həmçinin ona dəymiş maddi ziyan 2000 manat, mənəvi ziyan isə 1000 manat həddində olmaqla, ümumilikdə 5168 manat cavabdehdən alınaraq ona verilməlidir. Eyni zamanda, bir daha hesab edir ki, cavabdehlərin onun əlindən almış olduqları “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı gümüşü metalik avtomobil də ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsində təsbit edilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsində isə təsbit edilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarım müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının həmin normasının İİ hissəsinə görə isə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının həmin normasının İİ və İİİ hissələrinə görə isə, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinin tələbinə görə isə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində təsbit edilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Delkur Belçikaya qarşı” məhkəmə işində (17 yanvar 1970, 25-ci bənd) Avropa Məhkəməsi bildirmişdir ki, ədalət mühakiməsinin ədalətlə həyata keçirilməsi hüququ Konvensiyanın mənası nöqteyi-nəzərindən demokratik cəmiyyətdə elə əhəmiyyətli yer tutur ki, 6-cı maddənin 1-ci bəndinin məhdud şərhi bu maddənin məqsəd və təyinatına uyğun olmazdı. Konvensiyanın mənasına görə hakim tərəflərin bərabərliyi prinsipinə riayət edilməsinə görə cavabdehlik daşıyır, bu prinsip o deməkdir ki. bütün tərəflərə onları əks tərəfin qarşısında əhəmiyyətli dərəcədə əlverişsiz vəziyvətə salmayan şəraitdə dəlillərini irəli sürə bilmələri üçün ağlabatan imkan verilməlidir. “Kremar və başqaları Çex Respublikasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, prosesdəki tərəf məhkəməyə təqdim edilən sübutlarla tanış olmaq, eləcə də onların mövcudluğu, məzmunu və həqiqətə uyğunluğu barədə lazımi formada və lazımi vaxt çərçivəsində, ehtiyac olduqda yazılı formada və qabaqcadan şərh vermək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 19 apel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və izahatına əlavə olaraq bildirmişdir ki, iddiaçı pul götürən zaman onu aldadıb şərt qoymuşlar. 3000 manatı iddiaçıya kredit kimi vermişlər. İddiaçı 44 günlük Vətən Mübaribəsinin iştirakçısı olmuşdur. Təqdim etdikləri sənədlərdən də görünür ki, maşının qiyməti 3000 manat olmadığı halda, İnşallah ilə Xəyalənin arasında 3000 manata alqı-satqı olmuşdur. Avtomobilin real dəyəri 6000 manata yaxındır. Onlar hesab edirlər ki, iddiaçı aldadılmışdır. İddiaçının pula ehtiyacı olduğu üçün müqavilə bağlamağa məcbur edilmişdir. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, avtomobilin geri qaytarılmasını xahiş edirlər. Alqı-satqı müqviləsində olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış müqavilə etibarsızdır. Maşının bazar qiyməti 6500 manatdır. Real bazar qiymətindən iki dəfə ucuz daşınar əmlakın 3000 manatla qiymətləndirilməsi bu onun etibarsızlığına bir dəlalətdir. Məhkəmədən iddia tələbinin tam təmin edilməsini, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin geri qaytarılması, maddi və mənəvi ziyanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh2»-nun sahibi X10 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, “Cavabdeh2»u onun salonudur. VÖEN-ü olduğundan o, avtosalonu idarə edir. Vergi idarəsində qeydiyyatdan keçmişdir. Lakin obyekti icarəyə götürən Cavabdeh1 həyat yoldaşı X4r. Cavabdeh1 da, Cəfərov Namiq də onların işçi deyillər. Cəfərov Namiqin obyektin sahibi Qurbanova Xədicə Ağa qızı ilə müqaviləsi var. Maşın İddiaçı olmuşdur. İddiaçıya təcili 3000 manat pul lazım olduğu üçün avtomobili iddiaçının özü avtosalona gətirib təklif etmiş, avtomobili onlara Baş X16 İadəsində satmış və avtomobilin texpasportu mülkiyyətçi Xəyalə xanımın adına keçmişdir. İddiaçı maşını alqı-satqı müqaviləsi əsasında onlara satmış, alqı-satqı müqaviləsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsində Xəyalə xanımın özü iştirak etmişdir. İddiaçı maşını 3000 manata satmışdır. Onlar İnşallaha 3600 manat pul vermiş, İnşallaha isə onlara 5500 manat pul qaytarmalı idi ki, sonda maşın ona qalsın. İddiaçı ilə Cəfərov Namiq öz aralarında müqavilə bağlamışlar ki, İnşallah avtomobilin pulunu gecikdirmədən ayba-ay ödəyir, 3 gün gecikmə olarsa avtomobil satıcıya qaytarılır. Müqaviləni İnşallah oxuyub imza etmiş və şərtlərlə razılaşmışdır. İddiaçı ödənişləri vaxtıvaxtında ödəmədiyindən X12 ödəniş etməsi üçün zəng etmiş, sonradan onlara bir nəfər şəxs yaxınlaşmış və bildirmişdir ki, o, İnşallaşın iş yoldaşıdır, maşın ondadır və avtosalona pulu o, ödəyəcək və onlarda razılaşmışlar. Lakin həmin şəxs də ödəniş etməmiş və həmin şəxsə zəng edəndə onu təhqir etmişdir. O, həmin şəxsə bildirmişdir ki, onu yox, İnşallah müəllimi tanıyırlar. İnşallah müəlim ilə əlaqə saxlamış və ona bildirmişdir ki, onun həmin şəxsə borcu olduğu üçün maşında həmin şəxsdədir. İddiaçının atası ona zəng edərək bildirmişdir ki, oğlunun maşını həmin adamdadır, oğlu ödəniş edə bilməyəcəkdir, heç yerə şikayət etməyin gəlin maşını götürün aparın. İnşallah ona təyinat yeri atmış, o, da gedib maşını götürmüşdür. Maşın İnşallahın özündə olduğu müddətdə onlara aylıq pul ödənişi etmişdir. Maşının matorunda problem olduğu üçün evakuatorla gedib maşını götürmüşdür. İnşallaha aylıq 375 manat olmaqla, 15 ay ödəmək şərti ilə avtomobili vermişlər. İnşallah müəllimə iki gündən bir zəng edib ödənişləri etməsini bildirmişlər. Onların 3700 manata qədər sənədləşmə apararkən pulları çıxmışdır. Onlar tərəfə heç bir təzyiq göstərməmiş, öz razlığı ilə müqaviləyə imza etmişdir. Maşının qiyməti qarşı tərəfin razılığı ilə qiymətləndirilmişdir. Onlara 5500 manat qaytarsa idi maşını iddiaçıya geri qaytaracaqlardı. Sonda cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, cavabdehi isə tanımır. İddiaçı ilə uzun illərdir ki, dostdurlar. İnşallahın pula ehtiyacı vardı, hətta ondanda istəmiş, lakin pulu olmadığı üçün verə bilməmişdir. İnşallah ilə Sumqayıt şəhərində yerləşən «Cavabdeh2»-a getmişlər. Orda Xəyalə xanımın adına 200dən çox maşın var. Avtosalondan çox adam şikayətçidir. Onlara 3000 manat vermişlər, 100 manatda sələm pulu olmaqla, ümumilkdə onlara 2900 manat pul vermişlər. Pulu bir illik aylıq 370 manat ödəmək şərti ilə götürmüşlər. Gecikmə olduğu üçün 100-200 manat arada pullar ödəmişlər. Onlara müqavilə verməmiş və onları aldatmışlar. Onlara 2500 manata yaxın ödəniş etmişlər, çeklərdə var. Maşını aparandan sonra dəfələrlə getmişlər və onlara gedin nə edirsiz edin deyilmiş, onlar da məcbur qalıb işi məhkəməyə vermişlər. «Cavabdeh2»-da Əli, Ceyhun adında şəxslərlə danışmışlar. İddiaçı hal-hazırda 843 saylı hərbi şəhərcikdə işləyir, 44 günlük müharibənin iştirakçısı olmuşdur. Ödənişləri o, həyata keçirmiş, bununla bağlı çeklərdə var. Alqı-satqıda o da iştirak etmiş, Xəyalə xanımın iştirakı olmadan alqı-satqı keçirilmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, mübahisəli avtomobillə bağlı iddiaçı tərəfindən müxtəlif vaxtlarda 330 manat, 50 manat, 100 manat, 505 manat, 476 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materallarında olan və İddiaçı tərəfindən verilmş etibarnamənin surətindən görünür ki, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün X8 verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilmiş X1 hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı adından qeydiyyatdan çıxmış və hal-hazırda Cavabdeh1 adına qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 3000 manat məbləğində satmışdır. İş materiallarında olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dır. İş materiallarında olan Qurbanova Xədicə Ağa qızı ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinin surətindən görünür ki, Qurbanova Xədicə Ağa qızı ünvan 1 ünvanda yerləşən tam mülkiyyət üzrə ona məxsus, ümumi sahəsi 495.4 kv.m olan qeyri yaşayış binasının 66.43 kv.m hissəsini X6 icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, hər ay 370 manat olmaqla, 15 ay müddətinə kredit götürmüş, avtomobilin müqavilədə nəzərdə tutulan ümumi məbləği 5550 manat müəyyən edilmiş, ümumi məbləğ 15 aya bölünmüş, alıcı 15 ay icarə haqqının hər ay ödədikdən sonra avtomolilin alıcıda qalması ilə razılaşmışdır. İş materiallarına əlavə edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsi Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən verilmiş məlumatdan görünür ki, X10 vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 324.2-ci maddəsinin tələbinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 337.4-cü maddəsinin tələbinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Eyni Məcəllənin 390.1-ci maddəsinə görə aiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Eyni Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinin tələblərinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinin tələblərinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 3000 manat qiymətinə satmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilmiş nəqldiyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından aydın olur ki, mübahisəli “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı adından qeydiyyatdan çıxmış, avtomobil hal-hazırda Cavabdeh1 adına qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı cavabdeh “Cavabdeh2”unun nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı ilə onlar arasında heç bir müqavilə bağlanmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsindən sonra İddiaçı Cavabdeh1 həyat yoldaşı X9 ilə xx.xx.2023-cü il tarixli icarə və alqı-satqı müqaviləsi bağlamışlar ki, müqavilənin şərtlərinə görə X9 5550 manat məbləğində dəyərləndirilmiş “Daewoo Nexıa” minik sedan markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili hər ay 370 manat ödəmək şərti ilə, 15 ay müddətinə İddiaçı kreditə vermiş, alıcı İddiaçı 15 ay icarə haqqını hər ay ödədikdən sonra avtomolilin alıcı İddiaçı qalması ilə razılaşmışlar. İddiaçı ilə X9 öz arlarında müqavilə bağladıqları zaman iddiaçı müqavilənin bütün şərtləri ilə tanış olmuş, müqaviləni oxumuş, sonra öz imzası ilə imza etmişdir. “Cavabdeh2»-nun sahibi X3 dediyinə görə nə Cavabdeh1, nə də X9 avtosalonun işçısı olmamış, sadəcə avtosalon X2 icarəyə götürdüyü obyektdə fəaliyyət göstərmişdir. İddiaçı müxtəlif vaxtlarda avtomobilə dair bəzi ödənişlər həyata keçirmiş, lakin sonradan üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli icarə və alqı-satqı müqaviləsi ilə bağlı X6 qarşı iddia qaldırmalı olduğu halda bunu etməmişdir. İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlananda iddiaçıya qarşı hər hansı bir məcbur etmə halları olmamışdır. İddiaçı ona 3000 manat pul lazım olduğuna görə özü “Cavabdeh2”ununa gəlib öz avtomobilini təklif etmiş və avtomobili Baş Dövlət Yol Polis İdarəsində Cavabdeh1 3000 manata satmışdır. İddiaçı ilə aralarında bağlanmış müqavilə qanun çərçivəsində bağlanmış bir müqavilədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını, həmçinin tərəflərin mübahisə edilən alqı-satqı müqaviləsi bağlanarkən sərbəst iradə ifadə etməsini, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasların mövcud olmadığını, eyni zamanda iddiaçının ödənilmiş pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi tələbi ilə bağlı cavabdehin düzgün seçilməməsini nəzərə alıb hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “Cavabdeh2»-na qarşı «müqavilənin etibarsız hesab edilməsi və daşınar əmlakın geri qaytarılması» tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-169/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-169/2024
03.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver