Məhkəmə qərarları › İş №2(034)-18/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-18/2024

05.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-18/2024 05.02.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X6 Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X6 ərizəsini onunla əsaslandırmışdır ki, X12 xx.xx.1955-ci il tarixdə Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanda onunla birlikdə yaşayır. X12 psixoloji xəstəlikdən əziyyət çəkir. Kənar şəxsin köməyinə ehtiyacı vardır. X12 onun himayəsindədir və onun qayğısına o, qalır. Hal-hazırda X12 ikinci dərəcəli (qrup) əlildir və bu hal dövlət tərəfindən təsdiq olunmuşdur. Xalası X1 ciddi problemlər var və əlil olaraq oturaq həyata məhkumdur və özünün fiziki (psixolji) sağlamlığı tam məhdud olduğundan, yəni fiziki acizliyindən (psixoloji) öz gündəlik həyati tələbatını ödəyə bilmir. X12 müstəqil surətdə özünü idarə edə bilmədiyindən banklarda, digər dövlət qurumlarında onun əlilliklə bağlı hər hansı hərəkətləri yerinə yetirməsi mümkün deyildir. Digər tərəfdən öz əmlakı barəsində sərəncam verməklə bağlı hüquqi proseduraları həyata keçirmək imkanına malik deyildir. Bu da onun yaşamaq, hər-hansı sahiblik, istifadə və mülkiyyət hüquqlarının həyata keçirilməsini imkansız edir. Məhkəmə iclasında iştirak edən ərizəçi X6 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, X12 xx.xx.1955-ci ildə Zəngilan rayonunun Vənətli kəndində anadan olmuş, hal-hazırda ünvan 1-də onunla bir yerdə yaşayır. X12 onun xalasıdır.Xalasının ondan başqa qohumları yoxdur.X12 psixoloji xəstəlikdən əziyyət çəkir. Kənar şəxsin köməyinə ehtiyac vardır. X12 onun himayəsindədir və onun qayğısına o,qalır. Xalası 6 ildir ki, onunla bir yerdə yaşayır və xalasına o, baxır. Xalası 4 ildir ki, yataq xəstəsidir. Xalasının gözü görmür və başında şiş vardır. O, işləmir, təqaüdçüdür. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSEK-də müayinə aktından çıxarışdan görünür ki, X12 müddətsiz olaraq İİ qrup əlildir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətlərindən görünür ki, X6 və X4 rayonundan məcburi köçkündürlır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1955-ci ildə Zəngilan rayonu, Vətənli kəndində doğulmuşdur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6427 nömrəli rəyindən görünür ki, X8 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatla - 1994-cü ildən psixi xəstəlikdən əziyyət çəkməsi, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma” diaqnozu ilə stasionar müalicədə olması, 9 nömrəli Şəhər Poliklinikasında ambulator müşahidədə olması, “Şizofreniya paranoid forma proqressiv fasiləsiz gedişli, paranoid qüsur halı” diaqnozu ilə İİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, dəfələrlə eyni cümləni təkrar etməsi, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar edilməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X8 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X13 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X2 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1955-ci il təvəllüdlü X12 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar