Məhkəmə qərarları › İş №2(034)-186/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-186/2023

27.02.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-186/2023 27.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi barədə» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi barədə» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/16-00284 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə onunla əsaslandırmışdır ki, o, Abbasova (Məmmədova) Güİzadə Ayaz qızı ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan onların bir övladları var. Nkahlarının ləğvi barədə ərizə verməsinin səbəbi xasiyyətlərlərinin tutmaması və bu səbəbdən birgə yaşamaqlarının qeyri-mümkün olmasıdır. Artıq ailə münasibətləri dağılmış, bərpa olunması mümkün deyildir. Aralarında olan nikah formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir.Belə ki, onlar bir yerdə uzun illərdir ki, yaşamırlar. Nikahın pozulmsına dair məsələnin həlli ilə bağlı ilk olaraq Mediasiya Şurasına müracət etmişlər Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında olarkən qarşı tərəflə hər ikisinin razılığı ilə «Tərəflər nikahın pozulmasına razılaşdılar. Tərəflər nikahın pozulmasını gecikdirəcək hər hansı hərəkətə və ya hərəkətsizliyə yol verməyəcəklər tələbləri ilə xx.xx.2023-ci il tarixli MŞB/16-00284 saylı Barışıq Sazişi imzalanmışdır.Göründüyü kimi aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəflə razılığa gəlmişik. Lakin hazıda aramızda bağlanmış xx.xx.2023-ci il tarixli MŞB/16-00284 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zəruriəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, maraqlı şəxslə yola getmirlər, boşanmaq istiyirlər. 2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 14 yaşında X2 anadan olmuşdur. Mediasiyada oğlunun onun himayəsində qalmasına və boşanmaqla bağlı razılığa gəlmişlər. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahaında bildimişdir ki, 2006-cı ildə ailə qurmuş, xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 14 yaşında bir övladı var. Mediasiyada oğlunun atanın himayəsində qalmasına və boşanmaqla bağlı razılığa gəlmişlər. Məhkəmədən ərizənin təmin oulnmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli MŞB/16-00284 saylı barışıq sazişinin məzmunudan görünür ki, tərəflər aralarında olan 31 iyul 2007-ci il tarixində Zəngilan rayonu VVADQ şöbəsində qeydə alınmış 311786 nömrləi nikah akt qeydinin pozulmasına razıdırlar və birinci tərəf bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə razılığa gəlmələri barədə aralarında barışıq sazişi imzalamışlar. İş materiallaırnda nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnaiənin surətindən görünür ki, tərəflər xx.xx.2007-ci il təvəllüdlü X1 valideynləridir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər aralarında olan nikahın pozulması ilə bağlı məsələni həll etmək üçün mediasiya şurasına müraciət etmiş, mediasiya prosesində hər iki tərəf iştirak etmiş və tərəflər arasında nikahın pozulması barədə razılığa gəlsələr də, həmin tələb üzrə birinci tərəfin məhkəməyə müraciət etməsi barədə xx.xx.2023-ci il tarixli MŞB/16-00284 saylı barışıq sazişi imzalanmış, eyni zamanda həmin barışıq sazizində tərəflərin birgə nikhdan olan xx.xx.2007-ci il təvəllüdlü X3 atanın himayəsində verilməsi öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi tərəflər aralarında olan nikahın pozulması ilə bağlı mediasiya təşkilatında əldə etdikləri razılıqla əsasən məhkəməyə müqaciət olunması nəzərdə tutulduğundan, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: Ərizəçi X4 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-ci il tarixli MŞB/16- 00284 saylı barışıq sazişinin təsdiq edilsməsindən imtina edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar