Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-188/2023 02.03.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışq sazişinin təsdiq edilmsi barədə» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “barışq sazişinin təsdiq edilmsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə qarşılıqlı razılıq əsasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq olunması, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs aylıq 300 manat məbləğində aliment ödənilməsi, aliment ödənişi hər ayın 1-i olmaqla onun təqdim etdiyi kart hesabına ödənilməsi, aliment ödənişinin fevral ayından etibarən ödənilməsi, uşaqla görüş onların qarşılıqlı razılığı əsasında istənilən gün və vaxt olaraq təyin edilməsi və uşağın istəyi əsasında uşaq gecəni atanın yanında qalmaqla vaxt keçirə bilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü X3 adlı bir övladları anadan olmuşdur. Cavabehlə demək olar ki, ər-arvad münasibətləri 4 aydır bitmişdir. Artıq onların bir yerdə yaşamaqları qeyri-mümkündür. Ona görə də hər ikisi nikahın pozulmasını istəyirlər. Nikahın pozulmsı, uşağın ananın himayəsində saxlanması, aliment və uşaqla ünsiyyət tələbinə dair məsələnin həlli ilə bağlı ilk olaraq Mediasiya Şurasına müracət etmişdir. Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında olarkən qarşı tərəflə hər ikisinin razılığı ilə “1.İkinci tərəf nikahın pozulması üzrə iddianı mübahiəsiz qəbul edir və nikahın pozulmasına etiraz etmir. 2. İkinci tərəf birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs aylıq 300 manat məbləğində aliment ödəyəcəkdir. 3. Aliment ödənişi hər ayın 1-i olmaqla birinci tərəfin təqdim etdiyi kart hesabına ödəniləcəkdir. Aliment ödənişinin fevral ayından etibarən ödəniləcəkdir. 4. İkinci tərəf birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 ananın himayəsində saxlanılmasına etiraz etmir. 5. Tərəflər razılaşırlar ki, uşaqla görüş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən gün və vaxt olaraq təyin ediləcəkdir. Uşağın istəyi əsasında uşaq gecəni atanın yanında qalmaqla vaxt keçirə bilər» tələbləri ilə bağlı xx.xx.2023-cü il tarixli Barışıq Sazişi imzalamışlar. Göründüyü kimi aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəflə razılığa gəlmişlər. Lakin hazıda aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, maraqlı şəxslə yola getmirlər, boşanmaq istəyirlər. Maraqlı şəxslə demək olar ki, ərarvad münasibətləri 4 aydır bitmişdir. Artıq onların bir yerdə yaşamaqları qeyrimümkündür. Ona görə də hər ikisi nikahın pozulmasını isətyirlər. Hər ikisi mediasiyada iştirak edib razılığa gəlmişlər. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və bu barədə 1 saylı Bakı «Asan xidmət mərkəzi» Qeydiyyat şöbəsində akt qeydəri kitabında 3300 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2018-ci il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abbasova X4 rayonundan məcburi köçkündür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunudan görünür ki, Ərizəçi nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment tələbi və uşaqla ünsiyyət tələbi ilə Mediasiya Şurasına müraciət etmiş və ikinci tərəf nikahın pozulması üzrə iddianı mübahisəsiz qəbul edir və nikahın poluzmasına etiraz etmir, ikinci tərəf birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs aylıq 300 manat məbləğində aliment ödəyəcəkdir, aliment ödənişi hər ayın 1-i olmaqla onun təqdim etdiyi kart hesabına ödəniləcəkdir, aliment ödənişi fevral ayından etibarən ödəniləcəkdir, ikinci tərəf birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 ananın himayəsində saxlanılmasına etiraz etmir, tərəflər razılaşırlar ki, uşaqla görüş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən gün və vaxt olaraq təyin ediləcəkdir, uşağın istəyi əsasında uşaq gecəni atanın yanında qalmaqla vaxt keçirə bilər” formasında barışıq sazişi tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrıseçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaqların hüquqlarının və eyni zamanda valideyinlərin öz uşaqları ilə ünsiyyətdə olmaq hüququnın qorunması Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı (maddə 17) həm Azərbaycan Respublikasının daxili Qanunları, həm də tərəfdar çıxdığı beynəlxalq aktlarda öz əksini tapır. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 9-cu maddəsinin 3-cü bəndinə əsasən iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişlər. “Uşaq hüquqları bəyannaməsinin” (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 sayl prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır”. Azərbaycan Respublikası AM-nin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Eyni Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. (AM 61.1; 61.2-ci maddələri). İstinad edilən normalardan müəyyən olunur ki, valideynlər öz uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmaqla yanaşı uşaqlarında öz valideynlərini tanımaq, onlarla ünsiyyədə olmaq, onların qayğısından faydalanmaq hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, tərəflər arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalı, tərəflər arasında xx.xx.2017-ci il tarixli nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 anası Ərizəçi himayəsində qalmalı, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs aylıq 300 manat məbləğində aliment hər ayın 1-i olmaqla ərizəçinin təqdim etdiyi kart hesabına 2023-cü ilin fevral ayından etibarən ödənilməsi, uşaqla görüş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən gün və vaxt olaraq təyin edilməsi və uşağın istəyi əsasında uşaq gecəni atanın yanında qalmaqla vaxt keçirə bilməsi müəyyən edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs oğu arasında Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı «Asan xidmət mərkəzi» Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 3300 saylı nikah qeydi ləğv edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3-anası Ərizəçi himayəsində saxlanılsın. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ayın 1-i olmaqla aylıq 300 manat məbləğində aliment Ərizəçi təqdim etdiyi kart hesabına 2023-cü ilin fevral ayından etibarən ödənilsin. Uşaqla görüş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən gün və vaxt olaraq təyin edilməsi və uşağın istəyi əsasında uşaq gecəni atanın yanında qalmaqla vaxt keçirə bilməsi müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-188/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-188/2023
02.03.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver