Məhkəmə qərarları › İş №2(034)-210/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-210/2024

24.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-210/2024 24.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi X8 iştirakı ilə, Ərizəçi X8 Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X10 Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü bacısı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X10 ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri və bacısı X7 ilə Biləsuvar rayonu, 7 saylı qəsəbə, ev 53-də birlikdə yaşayırlar.xx.xx.2006-cı il təvəllüdlü bacısı X7 uşaqlıqdan əlildir. Belə ki, uşaqlıqdan davranış pozuntusunun olmamasının və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik İQ 34% qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu nitq qüsurlu olduğundan əziyyət çəkir. Bacısına o, baxır, belə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, tək harasa çıxmağa qoymur. Bacısı öz hərəkətlərini idarə edə bilmir. Bacısının yaddaşı yoxdur, öz fikirlərini izah etmək qabiliyyəti yoxdur, evdən tək buraxmaq mümkün deyildir, belə ki, itə bilər. Ümummiyyətlə özü-özünü idarə etmək qabiliyyətinə malik deyildir. Yuxarıda göstərilənlərə əsasən bacısı X7 psixi qüsurlarına görə məhkəmə qətnaməsinə əsasən “fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi” və onun üzərində onun qəyyum təyin edilməsi barədə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən ərizəçi X10 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailə üzvləri və bacısı X2 rayonu 7 saylı qəsəbə ev 53-də birlikdə yaşayırlar. xx.xx.2006-cı il təvəllüdlü bacısı X7 uşaqlıqdan əlildir. Belə ki, uşaqlıqdan davranış pozuntusunun olmasının və ya zəif dərəcədə təzahür etməsini göstərməklə ağır dərəcəli əqli gerilik 34% qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu nitq qüsurlu olmasından əziyyət çəkir. Atası rəhmətə getmiş, anası xəstə olduğu üçün bacına o, baxır. Bacısı yeməyini özü yeyir, gəzməkdə yeriməkdə çətinlik çəkir. Bacısını evdə tək buraxmaq mümkün deyil, bacısını özünü idarə etmək qabiliyyətinə malik deyildir. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 müddətsiz olaraq İİ qrup əlil olmaqla əmək qabiliyyətsizdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2006-cı ildə İmişli rayonunda anadan olmuşdur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2138 nömrəli rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik, qıcolma tutmaları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş travması ilə anadan olması, erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, qıcolma tutmaları biruzə verməsi, nitqi zəif inkişaf etməklə tək-bir sözlərdən ibarət olması, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər X6, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında müalicədə olması, əqli gerilik və davranış pozuntularının biruzə verməsi, narahatlığı, qıcolma tutmalarının biruzə verməsi, fizioloji ifrazatları ilə natəmiz olması, xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Ağır dərəcəli əqli gerilik İQ=34%,qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq qüsuru” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə ona təyin edilmiş sakitləşdirici və qıcolma əleyhinə dərmanları qəbul etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin zəif inkişaf etməsi, kəskin nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 Ağır dərəcəli əqli gerilik, qıcolma tutmaları ilə müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən Ağır dərəcəli əqli gerilik, qıcoima tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.21006-cı ildə İmişli rayonunda anadan olmuş X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə İmişli rayonunda anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar