Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-24/2023 26.01.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məiiədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü qızı X2 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun 04 aprel 2004-cü il tarixdə anadan olan qızı X4 müddətsiz İ qrup anadan gəlmə əlildir. Belə ki, daimi kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Qızının xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasın; başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir. Qızına öz hərəkətlərini dərk edə bilmədiyi üçün o, məcburdur ki, heç yerdə işləməyərək ona qulluq etsin, daim nəzarətdə saxlasın. Qızı uşaqlıqdan İ qrup əlildir və əlilliyə görə də təqaüd alır. Onun aldığı təqəüd onu saxlamaq üçün çox azdır. O, özü də işləmir. Qızına baxmaq üçün onun yüksək qazanc yeri olmadığı üçün və ona heç yerdən kömək olmadığından saxlamaqda çətinlik çəkir. Əgər qızı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə bu zaman o, özü qızının üzərində qəyyum təyin oluna bilər. Əgər qəyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaq. Ona görə də hazırkı ərizənin verilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, onun 04 aprel 2004-cü il tarixdə anadan olan qızı X4 1 qrup anadan gəlmə əlildir. Daimi kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Qızı xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlmaq qabiliyyətində deyildir.Qızına öz hərəkətlərini dərk edə bilmədiyi üçün o, məcburam ki, heç yerdə işləməyərək ona quluq etsin, daim nəzarətdə saxlasın. Qızı uşaqlıqdan 1-ci qrup əlildir və əlilliyə görə də təqaüd alır. Onun aldığı təqaüd onu saxlamaq üçün çox azdır. O, özü də işləmir. Əgər qızı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə bu zaman o, onun üzərində qəyum təyin oluna bilər. Doğulandan şikəstdir, serebral iflicdir.Beyninə oksigen gec çatdığı üçün özünə qapanma olur.Yad bir adam görəndə ona.pis təsir edir.Tutma qabiliyyəti, əmək qabiliyyəti yoxdur.18 yaşı var, 3 yaşındakı uşaq kimidir. İki oğlu var.Özü isə İşləmir. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 əmək qabiliyyətsiz olmaqla müddətisiz olaraq İ dərəcəli əlildir İş materiallarında olan doğum haqqıda şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, X4 xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4752 saylı rəyindən görünür ki, X4 öz hərəklərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir.Buna görə də X4 tam fəaliyyət qabliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2004-cü il təvəllüdlü X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317- 321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-24/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-24/2023
26.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver