Məhkəmə qərarları › İş №2(034)-244/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-244/2024

10.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-244/2024 10.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 28 mart 2006-cı ildə anadan olmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il təvəllüdlü X2 anasıdır. Qızı Nuray doğulandan ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən xəstəlikdən əziyyət çəkir. Ona xəstəliyinə görə 1-ci qrup əlillik müəyyən olunmuşdur. O, xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmir. Onun xəstəliyi tibbi sənədlərlə öz təsdiqini tapmışdır. Hesab edir ki, qızı X5 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və məhkəmə qətnaməsi əsasında ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum təyin edilməlidir. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qızı Nuray ağır dərəcəli əqli gerilik səbəbindən kənar şəxsin qulluğuna ehtiyacı vardır. O, Nuray doğulan gündən ana kimi ona qulluq edir. Qızı Nurayın öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən kifayət qədər tibbi sənədlər vardır. Ona görə də qızı 28 mart 2006-cı ildə anadan olmuş X3 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, bildirmişdir ki, qızı xx.xx.2006-cı il təvəllüdü X5 doğulduğu andan ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən xəstəlikdən əziyyət çəkir. Ona xəstəliyinə görə İ qrup əlillik müəyyən olunmuşdur. Qızı xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmir və məhkəmə iclasında da iştirak etmək qabiliyyətində deyildir. Qızının 18 yaşı var. Qızı Nuray ağır dərəcəli əqli gerilik səbəbindən kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Nuray doğulan gündən ana kimi ona qulluq edir. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, 28 mart 2006-cı il təvəllüdlü X5 müddətsiz olaraq İ qrup əlil olmaqla əmək qabiliyyətsizdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X5 28 mart 2006-cı ildə Bakı şəhərində doğulmuş, atası X6, anası isə Ərizəçidır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Quliyeva X4 rayonundan məcburi köçkündür. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1905 nömrəli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şürulu idarə etmək iqtidarına malik deyildir. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayyəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar