Məhkəmə qərarları › İş №2(034)-270/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-270/2024

19.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-270/2024 19.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il doğum tarixli oğlu X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2023-ci il tarixindən əlillik səbəbi ümumi xəstəlik olmaqla “kvadroplegik spastik serebral iflic diaqnozu ilə əmək qabilliyyətsiz qeyd edilməlidə əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsiz” kimi qiymətləndirilərək birinci dərəcə əlillik orqanizimin funksiyasının pozulması faizi 100% təyin edilmişdir. Həmçinin oğlunun heç bir ünsiyyət forması qura bilməməsi, affektiv pozuntular, suisid (özünü öldürmə), hallüsinasiya (qarabasma), avtonom həyat eləcə də, minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşaması qeyri-mümkündür. Belə ki oğlunun adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşaması, cari fərdi gündəlik zəruri tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacının olması mütləqdir. Beləliklə özünə xidmət, verbal əlaqə, qeyri-verbal davranış, sadə gündəlik gigyenik vəzifələri yerinə yetirə bilməməsi, daimi qayğıya ehtiyacının olmasına eləcədə əsəb kontrol probleminə və sosial təhlükəli davranış ağırlığına görə hesab edir ki, oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və anası kimi onun qəyyum təyin edilməsinə dair qətnamə çıxaraılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, X6 xx.xx.2006-cı ildə anadan olmuşdur. xx.xx.2023-cü il tarixindən oğlunun əlilik səbəbi ümumi xəstəlik olmaqla “kvadroplegik spastik serebral iflic» diaqnozu ilə əmək qabiliyyətsiz qeyd edilməklə, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsiz kimi qiymətləndirilərək İ dərəcəli əlil olmaqla, orqanizimin funksiyasının pozulması faizi 100% təyin edilmişdir. Oğlu danışa bilmir, görmə qabiliyyəti zəifdir. Oğluna özü baxır. Sonda ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 İ dərəcəli əllil olmaqla müddətsiz olaraq əmək qabiliyyətsizdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Talıbova X5 rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1782 nömrəli rəyindən görünür ki, X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş travması ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqinin zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması, qıcolma tutmaları biruzə verməsi, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji xəstəxanasında “Kvadroplegik spastik serebral iflic. Simptomatik epilepsiya” diaqnozu ilə müalicə və müayinədə olması, əqli geriliyi, narahatlığı, fizioloji ifrazatları ilə natəmiz olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Kvadroplegik spastik serebral iflic” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırda yaşayış yeri üzrə poliklinikada qeydiyyatda olmaqla müalicə qəbul etməsi, hazırki müayinə zamanı ağır dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar