Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-275/2023 25.09.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun qəyyumluğuna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X8 ilə 1992-ci il tarixdə Zəngilan şəhərində nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2002-ci il təvəllüdlü X3 anadan olmuşdur. X3 ümumi xəstəlik diaqnozu ilə serebral iflic (spastik tetraplegiya) xəstəsidir. Əlil arabasındadır və kənar şəxsin köməyinə ehtiyacı vardır. Oğlu onun himayəsindədir və onun qayğısına o, qalır. Hal-hazırda X3 birinci dərəcəli əlildir və bu hal dövlət tərəfindən təsdiq olunmuşdur. Oğlunun sağlamlığında ciddi problemlər var və əlil arabasında oturmağa məhkumdur və özünün fiziki sağlamlığı tam məhdud olduğundan, yəni fiziki acizliyindən (bioloji) öz gündəlik həyati tələbatını ödəyə bilmir. Oğlu müstəqil surətdə özünü idarə edə bilmədiyindən banklarda, digər dövlət qurumlarında onun əlilliklə bağlı hər hansı hərəkətləri yerinə yetirməsi mümkün deyildir. Digər tərəfdən öz əmlakı barəsində sərəncam verməklə bağlı hüquqi proseduraları həyata keçirmək imkanına malik deyildir. Bu da onların yaşamaq, hər hansı sahiblik, istifadə və mülkiyyət hüquqlarını həyata keçirilməsini imkansız edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2002-ci ildə X3 anadan olmuşdur. X3 ümumi xəstəlik diaqnozu ilə serebral iflic xəstəsidir. Oğlu 1-ci qrup əlildir. Oğlu məktəbə getməmişdir. Uşağa anası baxmış, indi isə o, baxır. Oğlunun 22 yaşı var. Digər 3 övladı sağlamdılar. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqıda şəhadətnamənin notarial təsdiq edilmiş surətindən aydın olur ki, X9 xx.xx.2002-ci ildə Zəngilan rayonunda anadan olmuş, atası Ərizəçi, anası isə X4r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X2 şəxsin qulluğuna ehtiyacı İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3373 nömrəli rəyindən görünür ki, X5 «epilepsiya xəstəliyi nəticəsində meydana gələn ağıl zəifliyi, uşaq serebral iflicinin qalıq əlamətləri» (F 72) qeyd oulnur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən ‘Serebral iflic, Uşaq serebral iflici hiperkinetik forma. Üzvi mənşəli emosional labil (astenik) pozğunluq. Epilepsiya, Epileptik qıcolma tutmaları ayda 5 -6 dəfə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İkitərəfli xroniki lll-İV dərəcəli” diaqnozu ilə İ dərəcəli əlil olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, venlən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional- iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. xx.xx.2002-ci il təvəllüdlü X7 epilepsiya xəstəliyi nəticəsində meydana gələn ağıl zəifliyi, uşaq serebral iflicinin qalıq əlamətləri müəyyən edilir. xx.xx.2002-ci il təvəllüdlü X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. F.V.Həsənovu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2002-ci il təvəllüdlü X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, ərizəçinin X6 ərizəçinin qəyyumluğuna verilməsinə dair tələbi ilə bağlı qeyd edir ki, şəhsin qəyyumluğa verilməsi məhkəmənin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, iddiaçının bu tələb həmin hissədə təmin edilməməlidir.Ərizəçi bu məsələ ilə bağlı Maraqlı şəxs Başçisının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317- 321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-275/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-275/2023
25.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver