Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-336/2025 07.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, o, X6 ilə 03 yanvar 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların rəsmi nikahlarından 24 mart 2007-ci ildə X5 dünyaya gəlmişdir. Oğlu anadan gəlmə xəstədir, elə həmin vaxtdan da daima kənar şəxslərin himayəsinə ehtiyacı var. Belə ki, oğlu diplegik spastik serebral iflic, adığ rədəcəli əqli gerilik (İQ) davranış pozutunları və nitq qüsuru xəstəliyindən əziyyət çəkir. Oğlu xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir. Oğlu öz hərəkətlərini dərk edə bilmədiyi üçün o, heç bir yerdə işləməyərək ona qulluq etməyə və daimi nəzarətdə saxlamağa məcburdur. Oğlu İ qrup müddətsiz əlildir, əmək qabiliyyətsizdir və əlilliyə görə də təqaüd alır. Onun aldığı təqaüd oğlunu saxlamaq üçün çox azdır. O, özü də işləmir. Oğluna baxmaq üçün onun yüksək qazanc yeri olmadığı üçün və ona heç yerdən kömək olmadığından saxlamaqda çətinlik çəkir. Əgər oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman o, oğlunun üzərində qəyyum təyin oluna bilər. Əgər qəyyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım oğlunu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaqdır.Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Ərizəçi verilmiş rəylə razı olmalarını bildirərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə, ərizəçini və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 G80.1, diplegik spastik serebral iflic, adığ rədəcəli əqli gerilik (İQ- 22), davranış pozutunları və nitq qüsurulu, müddətsiz olaraq İ dərəcəli əlildir. -İş materiallarında olan nikahın bağlanması haqqına şəhadətnamənin notarial təsdiq edilmiş suətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci ildə X7 ilə rəsmi nikaha daxil olmuşlar. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2007-ci ildə anadan olmuş, atası X6, anası isə Ərizəçidır. -İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1669 nömrəli rəydən görünür ki, yoxlanılan X4 «uşaq serebal iflici nəticəsində yaranan ağır dərəcəli (imbesillik dərəcəsindəj) əqli gerilik» müəyyən edilir. Yoxlanılan şəxs X5 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyildir. T.Q.Cəbiyevi psix ivəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 317.3. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi xx.xx.2002-ci ildə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların rəsmi nikahlarından xx.xx.2007-ci ildə X5 dünyaya gəlmişdir. .03.2007-ci ildə X5 anadan gəlmə xəstədir, elə həmin vaxtdan da daima kənar şəxslərin himayəsinə ehtiyacı olmuşdur. O, diplegik spastik serebral iflic, adığ rədəcəli əqli gerilik (İQ) davranış pozutunları və nitq qüsuru xəstəliyindən əziyyət çəkir. Xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir. Oğlu öz hərəkətlərini dərk edə bilmədiyi üçün ərizəçi heç bir yerdə işləməyərək ona qulluq etməyə və daimi nəzarətdə saxlamağa məcbiriyyətindədir. xx.xx.2007-ci ildə X5 İ qrup müddətsiz əlildir, əmək qabiliyyətsizdir. Ona görə də ərizəçi oğlunun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini istəyir. Həmçinin mülki iş üzrə verilmiş rəydən də görünür ki, X4 «uşaq serebal iflici nəticəsində yaranan ağır dərəcəli (imbesillik dərəcəsindəj) əqli gerilik» müəyyən edilir və öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil, buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Bundan başqa, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Beləliklə məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2007-ci ildə Sumqayıt şəhərində anadan olmuş X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci ildə Sumqayıt şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-336/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-336/2025
07.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver