Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-388/2023 25.09.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Cavabdeh, ondan aldığı, çəkisi 11,6 qram olan, 750 əyarlıq (üzük, sırğa dəsti) qızıl-zinət əşyalarına görə 1500 manat və çəkisi 1,81 qram olan, 750 əyarlıq (uşaq üçün sırğa) qızıl-zinət əşyasına görə 230 manat olmaqla, cəmi 1730 manatın və 2021-cı ilin oktyabr ayından hesablanmaqla ödəniləcək günə hesablanan illik 5 faiz dərəcəsi olmaqla kompensasiyasının və məhkəməyə ödədiyi 55 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ondan aldığı, çəkisi 11,6 qram olan, 750 əyarlıq (üzük, sırğa dəsti) qızıl-zinət əşyalarına görə 1500 manat və çəkisi 1,81 qram olan, 750 əyarlıq (uşaq üçün sırğa) qızıl-zinət əşyasına görə 230 manat olmaqla, cəmi 1730 manatın, ümumi çəkisi 6.03 qram, brilliant qaşları 50 sot olan 750 əyarlıq birilliant üzüyə görə 1500 manatın və 2021-cı ilin oktyabr ayından hesablanmaqla ödəniləcək günə hesablanan illik 5 faiz dərəcəsi olmaqla kompensasiyasının və məhkəməyə ödədiyi 55 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ondan aldığı, çəkisi 11,6 qram olan, 750 əyarlıq (üzük, sırğa dəsti) qızıl-zinət əşyalarına görə 1500 manat və çəkisi 1,81 qram olan, 750 əyarlıq (uşaq üçün sırğa) qızıl-zinət əşyasına görə 230 manat olmaqla, cəmi 1730 manatın, ümumi çəkisi 6.03 qram, brilliant qaşları 50 sot olan 750 əyarlıq birilliant üzüyə görə 1500 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh) 2021-ci ilin 01 iyul tarixində ümumi çəkilsi 11,6 qram olan, 750 əyarlıq (üzük, sırğa dəsti) qızıl-zinət əşyalarını 1500 manata və çəkisi 1,81 qram olan, 750 əyarlıq (uşaq üçün sırğa) qızıl-zinət əşyasını 230 manata satmışdır. Aralarında olan razılaşmaya görə, cavabdeh ondan aldığı qızılların pulunu 2021-cı ilin oktyabr ayına kimi, hissə-hissə, hər ay 218 manatdan olmaqla ödəməyi öhdəsinə götürsə də, götürdüyü öhdəliyinə əməl etməyərək, ondan aldığı qızıllara görə cəmi 220 manat ödəniş etmişdir. Cavabdehin bu hərəkətlərindən Baskı şəhəri, Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətinə idarədə baxılmış və mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi ona tövsif olunaraq bu barədə 16 may 2022-ci il tarixli məktub verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 2021-ci ilin iyul ayında çəkisi 11.6 qram olan 750 əyarlıq üzük sırğa dəsti qızıl-zinyət əşyalarını 1500 manata və çəkisi 1.81 qram olan 750 əyarlıq uşaq üçün sırğa qızıl zinyət əşyasını 230 manata satmışdır. Aralarında olan razılaşmaya görə cavabdeh ondan aldığı qızılların pulunu 2021-ci ilin oktyabr ayına kimi hissə-hissə hər ay 218 manatdan olmaqla ödəməyi öhdəsinə götürsə də, götürdüyü öhdəliyə əməl etməmişdir. Birinci dəfə Günay yoldaşı, birdə balaca uşaqla gəlib ondan qızıl almışlar.Qızılı alanda 220 manat ilkin ödəniş etmişlər. Sənədin əsillərin məhkəməyə təqdim etmişdir. Günay öz evində 1500 manata üzük almışdır. Günayı Növrəstənin vasitəsi ilə tanımış, qonşudular. Günayın yoldaşını tanıyır, onu onlara qatma, o, işləyib borcunu qaytaracaq demişdir. Günayın yoldaşı ona kart vermiş, bir dəfə kartdan 59 manat pul çıxarmış, ondan sonra heç bir pul götürməmişdir. Günayın yoldaşı ona dedimişdir ki, hər ay 230 manat kartdan götür, 70 manatda o, verəcəkdir, aylığı 300 manata razılaşmışlar. Pandenemiya, müharibə başladı baş qarışdı. İkinci dəfə Günay üzük alanda yoldaşının xəbəri olmamışdır. 5%-i vəkil yazmış, müqavilədə faizin ödənilməsi nəzərdə tutulmur. Ümumilikdə cavabdehin ona borcu 1730 manatdır. xx.xx.2021-ci ildə qızılı Günaya 6 aylıq müddətinə satmışdır. Cavabdehin ona borcu olduğu üçün polisə müraciət etmişdir. Cavabdeh ona 220 manat və 59 manat vermişdir.Günayı və yoldaşı tanıyır. Günay yoldaşı ilə iki dəfə gəlmiş, qızıl verməmiş, ödəniş etməyin çətin olacağını bildirmişdir. Sonra ikinci dəfə gəlmiş, qızılı vermiş və 220 manat pul ödəmişlər. Günay maaş kartını ona vermiş, bir dəfə 59 manat çəkmiş, sonradan kartı gedib bağlatmışlar. Günay məktəbdə müəllimə işləyir. Günayın yoldaşı iki yerdə işləyir.Günaya zəng etmiş, kartın vaxtının bitməsini, pulu verəcəyini demiş, bu gün sabah deyib pulu verməmişdir. Günaya hər dəfə zəng edəndə müxtəlif bəhanələr edərək pulu verməmişdir. Birinci dəfə xx.xx.2021-ci ildə gəlib komplekt və uşaq sırğası götürmüşdür.Komplektin qiyməti 1500 manat, uşaq sırğası isə 230 manat olmuşdur. Sonrada bir ədəd brilliant üzüyü1500 manata götürmüşdür. Günay alacağı 3000 manat pul var gətirib ödəyəcəyini bildirmişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını, ona dəymiş 3000 manat ziyanın ödənilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzürlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh çəkisi 11,6 qram olan, 750 əyarlıq (üzük, sırğa dəsti) qızıl-zinət əşyalarına görə 1500 manat və çəkisi 1,81 qram olan, 750 əyarlıq (uşaq üçün sırğa) qızıl-zinət əşyasına görə 230 manat olmaqla, cəmi 1730 manatın, ümumi çəkisi 6.03 qram, brilliant qaşları 50 sot olan 750 əyarlıq birilliant üzüyü almış və pulunu avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayının axırına kimi hər ay ödəmək şərti razılaşmışlar. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündəəks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında”Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsindəöz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (MM-nin 157.1.,157.2.-ci mad.) Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qızıl alqısatqısı ilə məşğul olur və Cavabdeh ilə tanışlıqları var. İddiaçı cavabdeh 2021-ci ilin iyul ayında çəkisi 11.6 qram olan 750 əyarlıq üzük sırğa dəsti olan qızıl-zinyət əşyalarını 1500 manata və çəkisi 1.81 qram olan 750 əyarlıq uşaq üçün sırğa qızıl zinyət əşyasını 230 manata satmış, tərəflər arasında olan razılaşmaya görə cavabdeh iddiaçıdan aldığı qızılların pulunu 2021-ci ilin oktyabr ayına kimi hissə-hissə hər ay 218 manatdan olmaqla, ödəməyi öhdəsinə götürsə də, götürdüyü bu öhdəliyə əməl etməmiş, 220 manat ilkin ödəniş etmiş, qalan pulu isə qaytarmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh çəkisi 11,6 qram olan, 750 əyarlıq (üzük, sırğa dəsti) qızıl-zinət əşyalarına görə 1500 manat və çəkisi 1,81 qram olan, 750 əyarlıq (uşaq üçün sırğa) qızıl-zinət əşyasına görə 230 manat olmaqla, cəmi 1730 manat, ümumi çəkisi 6.03 qram, brilliant qaşları 50 sot olan 750 əyarlıq birilliant üzüyə görə 1500 manat pul İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır» Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh çəkisi 11,6 qram olan, 750 əyarlıq (üzük, sırğa dəsti) qızıl-zinət əşyalarına görə 1500 manat və çəkisi 1,81 qram olan, 750 əyarlıq (uşaq üçün sırğa) qızılzinət əşyasına görə 230 manat olmaqla, cəmi 1730 manat, ümumi çəkisi 6.03 qram, brilliant qaşları 50 sot olan 750 əyarlıq birilliant üzüyə görə 1500 manat pul və 55 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamədən onun alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Zəngilan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-388/2023
Zəngilan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(034)-388/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver