Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-391/2024 05.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmə faktının müəyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 22.021993-xx.xx.1994-cü il tarixlərində N saylı hərbi hissənin tərkibində Zəngilan rayonu ərazisində və N saylı hərbi hissənin tərkibində Azərbaycan Respubliksmm ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 22 fevral 1993-cü il tarixindən N saylı hərbi hissənin tərkibində Zəngilan rayonu ərazisində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, 29 oktyabr 1993-cü il tarixdə Zəngilan rayonu işğal edildikdən sonra xx.xx.1994-cıi il tarixində N saylı hərbi hissəyə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə yaralanmış və xx.xx.1994-cü il tarixədək xəstəxanada müalicə almışdır. Bu illər ərzində müharibə əlili kimi müavinət almışdır. Halhazırda o, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin qurumun 22 may 2024-cü il tarixli məktubu ilə ona xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidməti barədə məlumat olmadığından və hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılmadığından «Müharibə veteranı» adının və veteran vəsiqəsinin verilməsindən imtina olunduğu bildirilmişdir. Onun Zəngilan rayonu ərazisində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini onunla birlikdə xidmət etmiş şahidləri də təsdiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 10-cu yarımbəndinə əsasən «Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü ilin may ayının 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, dövlət sərhəd xidməti və hərbi hissələr və xüsusi dövlət müdafiə xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». «X1 şikayətinə əsasən» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2007-ci il tarixli qərarında qeyd olunur ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublıkasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddəyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Məhkəmə Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə ərizə icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2\2-6\92 nömrəli məktubun məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016cı ii tarixli 9/2-16028 nömrəli arayışına əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidmətləri barədə məlumat olmadığına və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və əlavə olaraq “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi qeyd edilən tələblə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmə faktının müəyən edilməsi» tələbinə dair ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-391/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-391/2024
05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver