Məhkəmə qərarları › İş №2(034)-395/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-395/2022

14.06.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-395/2022 14.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “nikahın pozulması və barışıq sazişinin icrasına (təsdiqinə) dair" ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “nikahın pozulması və barışıq sazişinin icrasına (təsdiqinə) dair" ərizə ilə məhkəməyə müraciət edərək, aralarında Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış 13 may 2014-cü il tarixli, akt qeydləri kitabında 376 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflər razılığı və bəyanı ilə birgə nikahdan doğulmuş uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 anası X1 yanında saxlanmaları, Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqlar-xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anaları X4 ilə istənilən vaxt ölkə xaricinə çıxarılmasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh Maraqlı şəxs ilə 13 may 2014-cü il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 376 nömrə ilə qeyd aparılmışdır. Birgə nikahdan övladları- 25 iyun 2014-cü il təvəllüdlü X5 və 18 may 2016-cı il təvəllüdlü X6 dünyaya gəlmişlər. Ailə həyatı qurduqdan sonra cavabdehlə bir müddət normal ailə münasibətlərində olsalar da, sonradan bu münasibətlər pozulmuş, cavabdehlə xasiyyətlərində ziddiyyətlər yaranmışdır. Uzun müddətdir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Hazırda nikahları formal xarakter daşıyır və bərpası qeyri-mümkündür. Aralarında yaranan mübahisənin həlli ilə bağlı mediasiyaya müraciət etmiş və MŞİH -16354 saylı mediasiya işi üzrə 11 aprel 2022ci il tarixli barışıq sazişinə əsasən cavabdehlə razılığa gələrək barışıq sazişi bağlamışlar. MŞİH -16354 saylı mediasiya işi üzrə 11 aprel 2022-ci il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə aralarında olan nikahın pozulması barədə, birgə nikahdan doğulmuş uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 anası yəni onun yanında saxlanılması və Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək anası ilə istənilən vaxt ölkə xaricinə çıxarılmasına dair razılığa gəlmişlər. Maraqlı şəxs ilə10 ildir ki, ailəli olmasını, rəhmətlik atasının onalara baxmasını, Ülvinin 3-4 ildir ki, işləməməsini, uşaqları ilə maraqlanmamasını, övladlarına hər şeyi özünün etməsini, dəfələrlə gəlib onu döyməsini, uşaqlarını gəlib görməməsini, yoldaşının normal yolda olmamasını, təzəlikcə onu bıçaqla vurmasını, işin məhkəmədə olmasını, mediasiyada özünün razı olmasını, aliment kəsilməsini, lakin həyat yoldaşının belə bir vəziyyətdə aliment ödəyə bilməyəcəyini nəzərə alaraq aliment istəməməsini bildirərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur tərəflər arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və bu barədə Yasamal rayon Qeydiyyat şöbəsində akt qeydəri kitabında 376 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli MŞİH 16354 nömrəli barışıq sazişinin məzmunundan görünür ki, Ərizəçi nikahın pozulması, uşaqların ananın himayəsində qalması tələbi ilə mediasiya şurasına müraciət etmiş, barışıq sazişinin şərtlərinə əsasən Tərəflər (birinci tərəf xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi və xx.xx.1987-ci il təvəllüdlü Maraqlı şəxs) aralarında bağlanmış nikahın pozulması barədə razılığa gəlirlər. Hər iki tərəf Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış 13 may 2014-cü il tarixli, akt qeydləri kitabında 376 nömrə ilə qeydə alınmış nikahın pozulmasına etiraz etmir və hazırkı sazişlə nikahın pozulmasına razılıqlarını bəyan və təsdiq edirlər. Tərəflər razılığa gəlirlər və hazırkı sazişlə bəyan edirlər ki, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X7 anası X1 yanında saxlanılsın.İkinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anaları X4 ilə birlikdə istənilən vaxt ölkə xaricinə çırılmasına etiraz etmir və bununla bağlı razılığını bəyan edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında olan xx.xx.2014-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X7 anası X1 yanında saxlanılması, Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anaları X4 ilə birlikdə istənilən vaxt ölkə xaricinə çırılmasına icazə verilməsi barədə 11 aprel 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs oğu arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 376 saylı nikah qeydi ləğv edilsin. xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X7 anası X1 yanında saxlanılsınlar. Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anaları X4 ilə birlikdə istənilən vaxt ölkə xaricinə çıxarılmasına icazə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar