Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-463/2024 23.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 fevral 2007-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il doğum tarixli qızı X8 ƏƏSMN-in tabeliyində Tibbi sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixindən əlillik səbəbi ümumi xəstəlik olmaqla uşaq serebral iflici-tetraparez. İnbesillik dərəcəsində ağıl zəifliyi qeyd edilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2025-ci ilədək qeyd edilmişdir. Qızının heç bir ünsiyyət forması qura bilməməsi, yeriyə bilməməsi, affektiv pozuntular suisid (özünü öldürmə), hallisunasiya (qarabasma), avtonom həyat, eləcədə minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşaması qeyri-mümkündür. Qızının adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərə çarpacaq çətinliklər yaşaması, cari fərdi gündəlik zəruri tələbatlarını ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacının olması mütləqdir. Özünəxidmət verbal əlaqə qeyri verbal davranış sadə gündəlik gigiyenik vəzifələri yerinə yetirə bilməməsi, daimi qayğıya ehtiyacının olmasına, eləcə də əsəb kontrol probleminə və sosial təhlükəli davranış ağırlığına görə hesab edir ki, qızının fəaliyyət qabilliyəti olmayan şəxs hesab edilməsinə və anası kimi ona qəyyum təyin edilməyinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, X8 xx.xx.2007-ci ildə anadan olmuşdur. xx.xx.2015-ci il tarixində qızının əlillik səbəbi ümumi xəstəlik olmaqla “uşaq serebral iflici-tetraparez, inbesillik dərəcəsində ağıl zəifliyi” diaqnozu ilə əmək qabiliyyətsiz qeyd edilməklə, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsiz kimi qiymətləndirərək İ dərəcə əlillik və orqanizmin funksiyasının pozulması faizi 100% təyin edilmişdir. Qızı danışa bilmir, görmə qabiliyyəti zəifdir. Qızına özü baxır. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, 11 fevral 2007-ci ildə təvəllüdlü X6 “uşaq serebral iflici-tetraparez, inbesillik dərəcəsində ağıl zəifliyi” diaqnozu ilə qoyulmuş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə xx.xx.2025-ci il müəyyən edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi və X2 rayonundan məcburi köçkündürlər. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X10 ilə xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi arasında xx.xx.2003-cü il tarixində Zəngilan rayon VVADQ şöbəsində nikah bağlanmış və akt qeydlər kitabında 28 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 və Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü X3 valideynləridir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2014-cü il tarixində kəskin miokard infarktı xəstəliyi səbəbilə Bakı şəhəri Nəsimi rayonunda dünyasını dəyişmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X11 Məhkəmə Psixiatrik Ekspertizanın xx.xx.2024-cü il tarixli 2496 saylı rəyindən görünür ki, X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan or-ası, körpəlik dövründən başlayaraq serebral iflic müəyyən edilməsi, erkən . e aclıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması nitqinin zəif inkişaf etməsi, qeyri-aydın olmaqla tək-bir sözlərdən ibarət olması, məlum olması, göstərilən ilə əlaqədar yaşayış yeri üzrə nevropatoloqun təyinatlarını, həmçinin Bakı şəhəri X5, Bakı Uşaq Ruhi-Əsəb Dispanserində, X13 müalicələrdə olması məlum olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin psixiatrik kabinetində qeyiyyatda olması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, evdə qeyri-adekvat hərəkətlərə yol verməsi, qışqırması, fizioloji ifrazatları ilə natəmiz olması,AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2015-ci il tarixdə müayinə edilərək “Uşaq serebral ifİici-tetraparez.İmbesillik dərəcəsində ağıl zəifliyi” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, hərhansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı söz ehtiyatının olmaması, nitqinin zəif inkişaf etməsi, elementar biliyin olmaması və s.) sübut edir. X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.Buna əsasən X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.X8 onda Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayyəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-463/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-463/2024
23.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver