Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-495/2024 25.11.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi Həmzə qızının iştirakı ilə, Ərizəçi Həmzə qızının Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Həmzə qızı Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda doğulmuş, Zəngilan rayonu, Hacallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Həmzə qızı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixində Bakı şəhəri, Nizami rayonunda doğulmuş X5 onun qızıdır. Qızında anadangəlmə G800 Uşaq serebral iflici xəstəliyi var. X1 hal-hazirda özünü idarə etmək iqtidarında deyildir. Bu səbəbdən ona qəyyum təyin edilməlidir. X8 tərəfindən verilmiş epikrizlə müəyyən olunur ki, X3 G800 Uşaq serebral iflici xəstəlikəri var. Odur ki, xx.xx.2005-ci ildə Bakı şəhəri, Nizami rayonunda doğulmuş, Zəngilan rayonu, Hacallı kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Həmzə qızı ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X1nda andangəlmə G800 uşaq serebral iflici xəstəliyi var. Qızı xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını dərk etmir və məhkəmə iclasında da iştirak etmək qabiliyyətində deyildir. X8 tərəfindən verilmiş epikrizə əsasən X3 G800 uşaq serebral iflici xəstəliyi var. Qızı özü-özünü idarə edə bilmir. Qızı danışa bilmir, görmə qabiliyyəti yoxdur və yataq xəstəsidir. Qızının hər şeyini özü edir.Sonda ərizəçi məhkəmədən isə ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, 18 oktyabr 2005-ci il təvəllüdlü X4 “spastik serebral iflic, tetraplegik forma” diaqnozu qoyulmuş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsiz olmaqla İ dərəcəli əlil hesab edilmişdir. İş materiallarında olan X8 tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli epikrizdən görünür ki, X3 G800 uşaq serebral iflici xəstəliyi aşkar edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qəniyeva X7 rayonundan məcburi köçkündür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 və Ərizəçi Həmzə qızı xx.xx.2005-ci il təvəllüdlü X2 valideynləridir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 X12 Məhkəmə Psixiatrik Ekspertizanın xx.xx.2024-cü il tarixli 2632 saylı rəyindən görünür ki, X3 uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilmişdir. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxana tərəfindən verilmiş ambulator xəstənin 5915 nömrəli tibb vərəqəsinin surətindən görünür ki, 18 oktyabr 2005-ci il təvəllüdlü X4 G800 uşaq serebral iflici xəstəliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayyəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 18 oktyabr 2005-ci il təvəllüdlü X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 18 oktyabr 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-495/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-495/2024
25.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver