Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-5/2025 13.03.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı «alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı alqı-satqı və ipoteka müqaviləsinin və digər alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, mənzil 23 ünvanı ilə bağlı saxta yolla bağlanmış bütün müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələr əsnasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını və proses iştirakçılarının əməllərində cinayət tərkibinin olubolmamasının müəyyən edilməsi üçün xüsusi qərardad çıxarılıb prokurora göndərilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi ev 7a, 23 saylı mənzil xx.xx.2016-cı il tarixdə anası X1 bağışlaması ilə “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən onun mülkiyyətinə keçmiş, o, Cavabdeh2 ilə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi ev 7a, mənzil 23 ünvanına dair kirayə müqaviləsi bağlayaraq, həmin evi sonuncuya kirayəyə verilmişdir. Lakin, onun kirayəçi kimi evindən istifadə etdiyini sandığı Cavabdeh2 ondan xəbərsiz gizli yolla onun mülkiyyətində olmuş evə saxta yollara “Çıxarış” almışdır. Çıxarış aldıqdan sonra onun xəbəri olmadan həmin evi digər şəxslərə satmışdır. Sonuncu mülkiyyətçi isə Cavabdeh4dur. Onun baş tutan heç bir alğısatqıdan xəbəri olmamışdır. Çünki o, mülkiyyətində olan evi Cavabdeh2 satmamışdır. Vəkil sorğusu ilə müraciət olunandan sonra o, 12 saylı notariat ofisindən mülkiyyətində olan mənzillə bağlı aparılmış notarial hərəkətləri əks etdirən materialı aldıqda ona məlum olmuşdur ki, guya o, Rusiya Federasiyasında olduğu üçün heç vaxt tanımadığı X14 etibarnamə vermişdir. Elman Zeynalovda əldə etdiyi saxta etibarnamə əsnasında müraciət edərək ona məxsus evdə qeydiyyatda olan şəxslər barədə arayış əldə etdikdən sonra həmin şəxslərin də adından evin satılmasına dair saxta ərizələr tərtib olunmuşdur. Bundan sonra isə X20, Cavabdeh2 və "xxxx" ASC arasında saxta etibarnamə əsasında və çıxarışın əsli onda olmağına baxmayaraq xx.xx.2022-ci il tarixdə “Alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bundan sonra həmin mənzilə dair müvafiq “Çıxarış” Cavabdeh2 adına rəsmiləşmişdir. Sonradan isə həmin mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında və xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ilə Cavabdeh4 arasında hər biri 12 saylı notariat ofisində bağlanmış müqavilələrə görə satılmışdır. Bu məsələdən xəbərdar olduqdan dərhal sonra o, DİN-nə müraciət etmişdir. Həmin məsələ ilə bağlı Nərimanov rayon polis idarəsində araşdırma aparılır. Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respubliasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay-haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Cavabdeh4 ona qarşı verilmiş iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-268/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 12 saylı notariat ofisinin xüsusi notariusu X21 qarşı "müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün sayılmış və iş üzrə 24 aprel 2024-cü il tarixə, saat 10:30-a məhkəmənin hazırlıq iclası təyin edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsini özünə münasibətdə tamamilə əsassız hesab edir. Belə ki, Bakı şəhəri, 12 saylı notariat ofisində onunla Cavabdeh3 arasında Cavabdeh3 verilmiş **********51-05301-093075 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, 7A ünvanında yerləşən yaşayış binasının, ümumi sahəsi 122,4 kvadrat metr olan, 23 saylı, 3 yaşayış otaqlı mənzilinin ona satılmasına dair 0510.2023-cü il tarixdə ******* AN-İ№-li alqı-satqı müqaviləsi imzalanaraq bağlaniış və həmin mənzilə görə də onun tərəfindən mənzilin razılaşdırılmış dəyəri olaraq satıcı tərəfə, yəni Cavabdeh3 170.000 manat pul ödənilərək buna dair də qəbz verilmişdir. Həmin 0510.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilə mülkiyyət hüququ adına qeydiyyata alınmış və buna dair də dövlət reyestrindən adına **********51- 05301-093075 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 0610.2023-cü il tarixli çıxarış verilmişdir. Hazırda ona və qeyrilərinə qarşı iddia qaldırmış, 2(034)-268/2024 nömrəli iş üzrə İddiaçı mübahisələndirdiyi mənzilin mülkiyyətçisi olduğunu, Cavabdeh2 onun mənzilini xəbəri olmadan adına keçirdiyini və başqa şəxslərə satdığını bildirmiş və məhkəmədən mənzilə dair aparılmış əməliyyataların etibarsız sayılması, dövlət reyestrindəki qeydiyyatların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ, İİ, İİİ-cü hissələrində bildirilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibatı qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat vəməhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibatı icraat və məhkəmə prorosesində dinlənilmək hüququ vardır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci ıl tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarı üzrə hüquqi mövqeyi olaraq bildirmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələri həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı madəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi biıbaşa nəzərdə tutulmasa da bu prinsip həmin Məcəllənin 5.3. 18 1 və 425-cı maddələrinin göstərişlərindən irəli gəlir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmaına dair» 10 mart 2020-ci ii tarixli digər bir qərarında da bildirilir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "Xalq Bank" Açıq Səhmdar kəmiyyətinin şikayəti üzrə 2018-ci ıl 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-cı maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrındəki qeydə əsaslənaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182 1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi inadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçısı olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bildiməli idisə vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bır alıcıda əqdın legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrındəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdın bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (Konstitutsiya Məhkəməsi Plenumunun S.N Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). O, mənzillə əlaqədar iddiaçının qeyd etdiyi hallardan tam xəbərsiz şəxsdir və tam qanuni əsaslarla (notariat qaydasmda mənzilin dəyərini ödəməklə mənzil almış və bu gün mənzilin tam qanuni mülkiyyətçisi, sahibidir, yəni qanunun dili ilə deyilərsə vicdanlı alıcıdır. Şərh olunanlardan çıxış edərək ona qarşı iddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Cavabdeh verdiyi etirazına əlavə olaraq bildirmişdir ki, «Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021 -ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351,2ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. İddia tərəfi təmsil edən, vəkili və nümayəndəsi Vəkil, məhkəmənin sualına, yəni iddianın ona münasibətdə açıqlamasına cavabında bildirmişdir ki, o,.... başa düşür ki, biz də aldanmışıq, bilməmişik ki, bizə satılan mənzilin sənədləri kökdən saxtalaşdırılıb, amma iddialarını müdafiə edirlər çünki, mənzil onlara qayıtması üçün bütün müqavilələr etibarsız sayılmalıdır. Bundan başqa, iddianın əsaslandığı başlıca detal (detal adlandırıram ona görə ki, bu hal fakt olaraq öz təsdiqini tapmayıb) odur ki, İddiaçı adından X10 adına Rusiya Federasiyasında təsdiqlənmiş saxta etibarnamə verilib və həmin etibarnamə əsasında da digər saxtalıqlar edilib. Qaldırılan iddia ərizəsində isə nə saxta olunduğu iddia edilən etibarnamə mübahisələndirilməyib, nədə ki, saxta etibarnamə əldə edən kimi göstərdiyi X14 qarşı heç bir tələb irəli sürməyib. Daha başqa mənzili ona satan Cavabdeh3 iddiaya qarşı, etirazında bildirir ki, “...istər onunla Cavabdeh2 arasında, istərsə də onun arasında bağlanmış alğı-satqı müqavilələri tam qanuna uyğun aparılıb və müqavilələrin bağlanmasına əsas olmuş sənədlərin saxta olmasına dair hər hansı sübut olmayıb və belə bir sübut bu gündə yoxdur.İddiaçı fərziyyə irəli sürərək mülkiyyətində olan mənzil üzərində sərəncam vermə səlahiyyətinə dair adından X10 adına Rusiya Federasiyasında təsdiqlənmiş saxta etibarnamə verilib və həmin etibarnamə əsasında da digər saxtalıqlar edilib və iddiaçı da bunu bilən kimi polisə şikayət ərizəsini verib. Sual olunur, iddiaçının dediklərinə əsaslansaq bir ilə yaxındır ki, verdiyi şikayət üzrə nəyinki cinayət işinin olması barədə hər hansı cavab belə yoxdur. Bundan başqa, əmlakı ona satan Cavabdeh2 adına dövlət reyestrindən verilmiş əmlaka mülkiyyət hüququnu tanıyan çıxarış olub və həmin çıxarışın qanuni olması notariat kontoru tərəfindən də araşdırılıb (yüklü olubolmadığı) və hər bir şübhəli hal aşkar olunmayıb. X10 onun adından saxta etibarnamə əldə etdiyini bildirən iddiaçı, bu şəxsə qarşı iddiasını belə irəli sürməyib.”. Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri).Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. İş üzrə digər Cavabdeh3 ona qarşı verilmiş iddia tələbinə dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı, İddiaçı iddia ərizəsini belə əsaslandırır kı, mübahisəli mənzil ilə Cavabdeh2la 07 mart 2016-cı ıl tarixdə kirayə müqaviləsi bağlamışdır. Sonradan xəbər tutmuşdur ki, Cavabdeh2 mənzili saxta yolla oz adına özgəninkiləşdirərək satmışdır. Belə ki, guya o, X14 Rusiya Federasiyasında təsdiqlənmiş etibarnamə vermiş və həmin etibarnamə əsasında da mənzildə qeydiyyatda olanların mənzilin satılmasına razılıq ərizələri əldə olunmuş və mənzil özgəninkiləşdirilmişdir. Bundan sonra Cavabdeh2, X20 və "xxxx" ASC arasında 03 noyabr 2022-ci il tarxdə “Alğı-satqı və ipoteka müqaviləsi" bağlanmış və mənzil cavabdeh X16 adına özgəninkiləşdirilmişdir. Daha sonra da mənzil 30 avqust 2023-cü il tarixdə Cavabdeh3, sonuncunun tərəfindən də 05 oktyabr 2023-cü il tarixdə Cavabdeh4 satmışdır. O bu baş verənlərdən xəbər tutan kimi də dərhal DİN-nə müraciət etmişdir. İstər onunla X24 arasında, istərsə də onunla Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqavilələri tam qanuna uyğun aparılmış və müqavilələrin bağlanmasına əsas olmuş sənədlərin saxta olmasına dair hər hansı sübut olmamış və belə bır subut bu gündə yoxdur. İddiaçı fərziyyə irəli sürərək mülkiyyətində olan mənzil üzərində sərəncam vermə səlahiyyətinə dair adından X10 adına Rusiya Federasiyasında təsdiqlənmiş saxta etibarnamə vermiş və həmin etibarnamə əsasında da digər saxtalıqlar edilmiş və iddiaçı da bunu bilən kimi şikayət ərizəsini vermişdir. Sual olunur ki, iddiaçının dediklərinə əsaslansaq bır ilə yaxındır ki, ş'ikayət üzrə nəyin ki cinayət işinin olması barədə hər hansı cavab belə yoxdur. Bundan başqa əmlakı ona satan Cavabdeh2 adına dövlət reyestrindən verilmiş əmlaka mülkiyyət hüququnu tanıyan çıxarış olmuş və həmin çıxarışın qanuni olması notariat kontoru tərəfindən də araşdırılmış (yüklü olub-olmaması) və heç bir şübhəli hal aşkar olunmamışdır. X10 adından saxta etibarnamə əldə etdiyini bildirən iddiaçı, bu şəxsə qarşı iddiasını belə irəli sürməmişdir. Bütün bü və digər faktlar isə iddiaçının ona və digərlərinə qarşı iddiasının tamamilə əsassız olduğunu təsdiq edir. İstərsə o, istərsə də ondan mənzili satın almış Cavabdeh4 vicdanlı alıcılardılar və iddiaçının fərziyyələrindən onların məlumatları olmamış və o, bü gündə iddiaçının dediklərinə fərziyyə kimi baxır. Məhkəmə iclasında iştirak edən idiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı mənzil xx.xx.2016-cı ildə hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı anası X1 bağışlaması ilə “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə” əsasən İİlqarın mülkiyyətinə keçmişdir. İddiaçı Cavabdeh2 ilə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı mənzilə dair kirayə müqaviləsi bağlayaraq həmin evi sonuncuya kirayəyə vermişdir. Lakin, hüquqlarını müdafiə etdiyi şəxs evindən istifadə etdiyini sandığı Cavabdeh2 ondan xəbərsiz gizli yolla onun mülkiyyətində olmuş evə saxta yollarla “Çıxarış“ almışdır. Çıxarış aldıqdan sonra onun xəbəri olmadan həmin evi digər şəxslərə satmışdır. Sonuncu mülkiyyətçi isə Cavabdeh4dur. Hüquqlarını müdafiə etdiyi şəxsin baş tutan heç bir alqısatqıdan xəbəri olmamış, çünki mülkiyyətində olan evi Cavabdeh2 satmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxs guya Rusiya Federasiyasında olduğu üçün heç vaxt tanımadığı X14 etibarnamə vermiş, Elman Zeynalovda əldə etdiyi saxta etibarnamə əsasında müraciət edərək iddiaçıya məxsus evdə qeydiyyatda olan şəxslər barədə arayış əldə etdikdən sonra, həmin şəxslərin də adından evin satılmasına dair saxta ərizələr tərtib olunmuş, bundan sonra isə X3 Natiq Alxas oğlu və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında saxta etibarnamə əsasında və çıxarışın əslinin özündə olmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Bundan sonra, həmin mənzilə dair müvafiq “Çıxarş” Cavabdeh2 adına rəsmiləşmişdir. Sonradan isə həmin mənzil xx.xx.2023-cü ildə Cavabdeh2 ilə Cavabdeh3 arasında və xx.xx.2023-cü ildə Cavabdeh3 və Cavabdeh4 arasında hər biri 12 saylı notariat ofisində bağlanmış müqavilələrə görə satılmışdır. Natiq hər ay kirayə pulunu vaxtı-vaxtında verdiyinə görə İlqar gedib evə baxmağa ehtiyac duymamışdır. Bir müddət keçəndən sonra Natiq 3 ay olarmış ki, ev kirayəsini ödəmədiyi üçün 2024-cü ildə hüquqlarını müdafiə etdiyi şəxs evinə getdiyi zaman qapının Cavabdeh4 tərəfindən açılmasını görmüş və mübahisə həmin vaxtan başalamışdır. Sonra hüquqlarını müdafiə etdiyi şəxslə Cavabdeh4 arasında qısa mübahisədə baş vermiş və bu evə pul verib almasını qeyd etmişdir. Ondan sonra hüquqlarını müdafiə etdiyi şəxs Daxili İşlər Nazirliyinə və məhkəməyə müraciət etməli olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı mənzil ilə bağlı saxta yolla bağlanmış bütün müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələrin əsnasında Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən Çıxarışların ləğvi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda həmin mənzil İlqarın istifadəsindədir. Hüquqlarını müdafiə etdiyi şəxsin səhhəttində problemlər olduğu üçün məhkəmə prosesində iştirak edə bilmir. Material Nərimanov rayon Polis İdarəsində Rahib Əliyevin icraatındadır və material üzrə cinayət işi açılmamışdır. Məsələ ilə bağlı dəfələrlə Baş prokurorluğa, Nərimanov rayon prokurorluğuna müraciətlər etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs Natiqlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Hal-hazıradək Cavabdeh2 barəsində bu mənzilə münasibətdə əməli ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna, Nərimanov rayon Polis İdarəsinə, Nərimanov Rayon Prokurorluğuna müraciətləri olmuşdur. Müraciətlərinə nə rədd cavabı, nə də cinayət işinin başlanması haqqında qərar daxil olmamışdır. Cavabdeh2 məhkəməyə gəlməkdən də yayınmışdır. Cavabdeh2 əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi var. Hüquqlarını müdafiə etdiyi İddiaçı mübahisəli ev anasından bağışlanma ilə keçmiş, İddiaçıla Cavabdeh2 arasında kirayə müqaviləsi imzalanmış, şəxs kirayə pulunu mütəmadi alması səbəbilə aralarında etibar, inam yarandığı üçün evi yoxlamamışdır. Lakin uzun müddətdən sonra Cavabdeh2 kirayə pulunu ödəməmiş, əvvəlcə ödəcəyini bildirərək vaxt istəmiş, daha sonra Natiq telefona cavab vermədiyi üçün evə getmiş və cavabdehlərdən biri Cavabdeh4 həmin evdə yaşadığı müəyyən olunmuşdur. Cavabdeh4 hüquqlarını müdafiə etdiyi şəxsə məlumat vermişdir ki, evi alqı-satqı yolu ilə almışdır. Daha sonra onlar arasında mübahisə olmuş və İlqar hüquq-mühafizə orqanlarına zəng etmişdir. İddiaçı adından etibarnamə verilməsi 12 saylı notariat ofisindən sənədləri götürəndə müəyyən edilmiş, eyni zamanda guya İddiaçı Rusiya Federasiyasının Tumen vilayətindədir. Notariat işində X20 var və müəyyən edilmişdir ki, X3 Natiqin əmisi oğludur. Ev sonradan Cavabdeh3 satılmış, ondan da Cavabdeh4 verilmiş və çıxarış çıxarılmışdır. Bu səbəbdən də çıxarışların ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmişlər. Notariat sənədləri saxtadır. İddia etdikləri məsələ aydınlaşdırılmış, etibarnamədə əks olunan imzanın iddiaçı tərəfindən icra olunmaması verilmiş ekspertiza rəyində öz təsdiqini tapdiğinı bildirərək, məhkəmədən iddia tələbinin təmin olunmasını, Bakı şəhəri, Nərimanov rayonu X36 küçəsi ev 7A, 23 saylı mənzil ilə bağlı saxta yolla bağlanmış bütün müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reysterindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin proses iştirakçıların əməllərində cinayət tərkibinin olubolmamasının müəyyən edilməsi üçün Xüsusi Qərardad çıxarılaraq prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onun qonşuluğunda yaşayan Dina xanım gəlib ona həkim yoldaşının olmasını, pul qoyub bir yerdə ev almalarını, indidə evin satılmasını bildirmiş, o, da evi 170.000 manat almış və evi təmir etdirmişdir. O, evi kirayə vermiş və evində kirayədə qalan şəxslərin evin kirayə pulunu iki gecikdirməsini görmüşdür. Evdə qalan şəxslərin evin kirayə pulunu iki ay gecikdirdiyi üçün fevralın 29-da həmin evə getmiş və evdə İlqarla rastlaşmışdır. O zaman məlumatı olmuşdur ki, aldadılmışdır. Diana xanım və həkim deyilən şəxs evi almışlar. Sonra həkim pulunu istəmiş, lakin Diana xanımında qaytarmaq üçün pulu olmadığına görə evi ona satmışdır. Evə dair alqı-satqı 12 saylı notariat ofisində olmuş, 12 saylı notariat ofisində alqısatqı aparılan zaman İlqar orada olmamışdır. Pulu isə nağd şəkildə notariusda ödəmişdir. İddianı özünə münasibətdə tamamilə əsassız hesab edərək rədd olunmasını xahiş edir. İddiaçının iddia dəlilləri diqqətlə araşdırılsa, uydurma iddiasını əsaslı saymaq yerinə barəsində cinayət işinin açılmasına əsaslar tapmaq olar, əmindir ki, bu şəxs iddiası üzrə cavabdeh qoyduğu Cavabdeh2 və qurma planın digər üzvü Elman Zeynalovla əməl ortaqlarıdırlar. Onun şikayəti üzrə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində HK-1-172 saylı material əsasında aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş 25 yanvar 2025-ci il tarixli qərarından da görmək olur ki, İddiaçı onun mülkiyyətində olan mənzil əldə etməsini hər-hansı qanun pozuntularına yol verildiyinə dair sübut təqdim edə bilmir və tərəfindən aldadıldığını bildirdiyi şəxslərin də hərəkətlərindən onun məlumatlı olmasına dair hər-hansı sübut təqdim edə bilmir. Bu isə o deməkdir ki, məhkəmənin icraatında baxılan iş üzrə onun cavabdehliyinə əsas ola biləcək heç bir arqument yoxdur, yəni o, mənzili əldə edən vicdanlı alıcıdır. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 12 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1809 nömrəli reyestr kitabının 166522 nömrəli vərəqində qeydiyyata alınmışdır. -İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı mənzil xüsusi mülkiyyət kimi Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. -İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı mənzil xüsusi mülkiyyət kimi Cavabdeh4 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. -İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən mənzilə dair verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı mənzidin hüquqi subyekti İddiaçıdur. -İş materiallarında olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın kirayə müqaviləsinin surətidən görünür ki, kirayə verən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı ünvanda yerləşən mənzili əşyaları ilə birlikdə 600 manat müqabilində kirayəçi Cavabdeh2 vermişdir. -İş materiallarına əlavə olunmuş və 1 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X4 Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı ünvanda yerləşən ümumi sahəsi 119,7 kv/m, yaşayış sahəsi 79,6 kv/m, yardımçı sahəsi 49.1 kv/m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan İddiaçı bağışlamışdır. -İş materiallarında olan Bakı şəhəri 12 saylı (Dövlət) Notariat Ofisi tərəfindən tərtib edilmiş 4Ə-3121 nömrəli notariat işinin içərisində olan MK-164397/22 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, X20 (İddiaçı əvəzinə), X27 ("xxxx" Açıq Səhmdar Cəmiyyəti əvəzinə) və Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı ünvanda yerləşən mənzilə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və mənzil ipoteka ilə yüklü edilmişdir. -İş materiallarında olan Azərbaycanh Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7A, mənzil 23 ünvanda qeydiyyatdadır. -İş materiallarına əlavə olunmuş və notarial qaydada təsdiq edilmiş X15, X6, X17, X2, X8 ərizələrindən görünür ki, onlar qeydiyyatda olduqları İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7A, 23 saylı üvanda yerləşən mənzilin girov, ipoteka qoyulması və satışına razılıq vermiş və buna etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan və notarial qaydada təsdiq olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X25 arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhər Qaradağ rayon VVADQ şöbəsində nikah bağlanmış və akt qeydlər kitabında 542 nömrə ilə qeydə edilmişdir. -İş materiallarında olan və Bakı şəhəri 12 saylı (Dövlət) Notariat Ofisi tərəfindən təsdiq edilmiş X18 ərizəsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 ünvanında yerləşən mənzilin ipoteka və alqı-satqı müqaviləsinə əsasən həyat yoldaşı Cavabdeh2 tərəfindən alınmasına və «Turan Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipotekaya qoyulmasına razı olmuş, ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda qeyd-şərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. -İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası Tümen vilayəti Tümen rayon notarial dairəsinin notariusu X7 adından təsdiq edilmiş İddiaçı adından X10 adına verilmiş 05 oktyabr 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 ünvanında yerləşən ona məxsus mənzili idarə etmək, istifadə etmək və üzərində sərəncam vermək, buna müvafiq olaraq qanunla yol verilən bütün əqdləri bağlamaq, o, cümlədən əmlakı satmaq və sair kimi səlahiyytələrinin həyata keçirlməsini X14 etibar etmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı Notariat ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialına göndərdiyi xx.xx.2022-ci il tarixli, 3314 nömrəli məktubdan aydın olur ki, Cavabdeh2 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlak alqı-satqı və ipoteka müqaviləsi üzrə 200000 manat məbləğində pulu müvafiq müqavilə notarius ofisi tərəfindən təsdiq edildikdən sonra 3049.2 manat vergi öhdəlikərini dövlət xəzinədarlığına ödənilməsi məqsədilə daşınmaz əmlakın satış dəyərindən çıxdıqdan sonra qalan 196950.8 manat İddiaçı adında etibarnamə əsasında X14 ödənilməsi üçün bankda olan VÖEN **********, AZ83TURA******************** №-li depozitin hesaba qəbul olunmasını xahiş etmişdir. -İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 məxsus AZ80TURA******************** nömrəli hesabından X21 məxsus AZ83TURA******************** nömrəli hesabına 200000 manat ödəniş edilmişdir. -İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, X21 məxsus AZ83TURA******************** nömrəli hesabından Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə məxsus AZ17CTRE**********0003944 nömrəli hesabına 3049.2 manat ödəniş edilmişdir. -İş materiallarında olan Bakı şəhəri 12 saylı (Dövlət) Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ1167194 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, satıcı Cavabdeh3 tam mülkiyyət üzrə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, bina 7a, 23 saylı ünvanında yerləşən ümumi sahəsi 122.4 kv/m, yaşayış sahəsi 70.6 kv/m, yardımçı sahəsi 51.8 kv/m olan 3 otaqlı mənzili 170.000 manata alıcı Cavabdeh4 satmış və mənzili sonuncunun mülkiyyətinə vermişdir. -İş materiallarına əlavə olunmuş Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, kirayə verən Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7A, 23 saylı ünvanında yerləşən, ümumi sahəsi 122.4 kvadrat metr olan mənzilin tam mülkiyyət üzrə ona məxsus bütün hissəsini kirayəçi Cavabdeh2 kirayəyə vermiş, kirayə müddəti isə xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. -İş materiallarında olan və məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-38-2/33-3211/24 nömrəli məktubdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı sonuncu dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında olan məlumatdan görünür ki, çıxışı xx.xx.2004-cü il, giriş isə xx.xx.2004-cü il olmuşdur. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. -İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/186/2025 nömrəli ekspert rəyindən aydın olur ki, ekspertizaya təqdim olunmuş 05 oktyabr 2022-ci il tarixli etibarnamədə «doveritelğ” qrafasında “X23 oqlı” yazılarından aşağıda sağ tərəfdə yerləşən imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli 918- VQD nömrəli qanunla dəyişiklik edilənədək olan redaksiya). Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinəyetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 saylı ünvanda yerləşən mübahisəli mənzil iddiaçının anası X1 mülkiyyətində olmuş, xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X5 tərəfindən mənzil İddiaçı bağışlanmış və mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1809 nömrəli reyestr kitabının 166522 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan mənzili kirayə vermək qərarına gəlmiş və Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın kirayə müqaviləsinə əsasən iddiaçı mənzili əşyaları ilə birlikdə 600 manat müqabilində Cavabdeh2 kirayəyə vermiş, Cavabdeh2 iddiaçının xəbəri olmadan gizli yolla iddiaçıya məxsus olan və kirayəyə verilmiş mübahisəli mənzili öz adına keçirmiş, mənzilə dair öz adına çıxarış əldə etdikdən sonra mənzili digər şəxslərə satmışdır. İddiaçı xüsusi mülkiyyətində olan mənzilin alqı-satqısından belə xəbəri olmamış və o, mənzilin satılmaına dair heç kimə etibarnamə verməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli mənzilə dair alqı-satqı hərəkətlərinin aparılması Rusiya Federasiyası Tümen vilayəti Tümen rayon notarial dairəsinin notariusu X7 adından təsdiq edilmiş İddiaçı adından X10 adına verilmiş 05 oktyabr 2022-ci il tarixli etibarnamə əsasında olmuşdur. Etibarnamənin məzmunundan aydın olur ki, İddiaçı 2022-ci il tarixdə Rusiya Federasiyasında olduğundan o, X14 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X36 küçəsi, ev 7a, 23 ünvanında yerləşən mənzili idarə etmək, istifadə etmək, üzərində sərəncam vermək, buna müvafiq olaraq qanunla yol verilən bütün əqdləri bağlamaq, o, cümlədən əmlakı satmaq və sair kimi səlahiyyətlərin həyata keçirilməsini etibar etməsi qeyd olunsa da, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin sonuncu dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında olan məlumatda İddiaçı ölkədən çıxışı xx.xx.2004-cü il, ölkəyə girişi isə xx.xx.2004-cü il göstərilmişdir. Bu da onu göstərir ki, X20 iddiaçının adından saxta yolla əldə etdiyi həmin etibarnamədən istifadə edərək, mübahisəli mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, Cavabdeh2 isə mənzilə dair öz adına çıxarış əldə etlikdən sonra Cavabdeh3 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mənzili Cavabdeh3 satmışdır. Cavabdeh3 mübahisəli mənzili Cavabdeh4 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mənzilin hazırkı mükiyyətçisi olan Cavabdeh4 170.000 manat dəyərində sataraq, mənzili Cavabdeh4 mülkiyyətinə vermişdir. Rusiya Federasiyası Tümen vilayəti Tümen rayon notarial dairəsinin notariusu X7 adından təsdiq edilmiş İddiaçı adından X10 adına verilmiş 05 oktyabr 2022-ci il tarixli etibarnamədəki imzanın iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/186/2025 nömrəli ekspert rəyi ilə tam sübuta yetmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh4 bildirmişdir ki, o, mübahisəli mənzili qanun pozuntularına yol vermədən əldə etmiş vicdanlı alıcıdır, ona qarşı irəli sürülmüş iddia qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məlum olduğu kimi, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu məsələlərlə bağlı formalaşdırdığı hüquqi mövqelərə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərar). İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4cü, 339.1-ci maddələrinə istinad etmişdir. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllədə (Maddə 390.1-ci) fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmələri, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilmələri təsbit olunmuşdur. Müqavilə azadlığı üç istiqamətdə müəyyən olunmuşdur: 1) fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaması; 2) onların müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi; 3) Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin bağlanması. Məcəllədə nəzərdə tutulmayan müqavilənin bağlanması yalnız Mülki Məcəlləyə zidd olmadıqda yolveriləndir. Yəni Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hüquq ədəbiyyatında əqdlərin etibarlılıq şərtləri ümumi və xüsusi şərtlərə bölünmüşdür. Ümumi etibarlıq şərtlərinə bütün əqdlər baxımından tələb olunan şərtlər - fəaliyyət qabiliyyətinin zədəli olmaması, əqdin mövzusu şəxsiyyətə zidd olmamsı, əqdin imperativ normalara zidd olmaması, iradə ifadəsinin zədəli olmaması və iradə ifadəsinin görünüş üçün olmaması. Xüsusu etibarlıq şərtlərinə yalnız müəyyən qrup əqdlərə tələb olunan şərtlər daxildirəqdin məcburi formaya uyğun olması, sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olması, əqdin ağır şərtlə bağlanmaması. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Təsadüfi deyil ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında əqdin etibarlılığı şərtləri sırasında bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakını xüsusi ilə qeyd etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.(B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, mənzil 23 ünvanı ilə bağlı saxta yolla tərəflər arasında bağlanmış bütün müqavilələr etibarsız hesab edilməli və həmin müqavilələr əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. Cavabdeh4 vicdanlı alıcı hesab olunması ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddədəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut növü təqdim etməmişdir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.”. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh4 hazırki halda heç cür vicdanlı əldə edən hesab edilmədiyindən Azərbaycan Respublkası Konstitusiya məhkəməsinin vicdanlı əldə edənlə bağlı müxtəlif qərarlarında şərh etdiyi hüquqi mövqeyi tərəfərin bu münasibətinə tətbiq edilə bilməz. Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, hazırkı halda əqd etibarsız olduğuna görə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 saylı Qərarının 6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, MK 164397/22 nömrəli alqı-satqı və ipoteka müqaviləsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN- İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Cavabdeh4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, 137 manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı «alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, MK 164397/22 nömrəli alqı-satqı və ipoteka müqaviləsi ləğv edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X36 küçəsi, ev 7 a, 23 saylı mənzilə dair Cavabdeh4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İş üzrə 137 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq (Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, adı X9, kodu-210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN-**********, hesab-AZ34CTRE********************) Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-5/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-5/2025
13.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver