Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-563/2024 25.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-ci ildə anadan olmuş qızı X5 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 doğma qızıdır. Qızı xx.xx.2006-cı il təvəllüdlüdür və anadangəlmə sağlamlıq imkanları məhdud uşaqdır. Belə ki, qızı OU-torlu qişanın və görmə sinirinin məməciyinin anadangəlmə hipoplaziyası xəstəliyini daşıyır. Qızı gözdən əlildir. Həkim Psixatr Komissiyasının rəyinə görə qızına dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq, davranış və dayaq-hərəki aparatının pozuntuları-F73.1, F80.0, Z74.3, RQ-5 diaqnozu qoyulmuşdur. Qızı xəstəliyi nəticəsində öz hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir.Gözdən əlil olduğu üçün onu daimi nəazrətdə saxlamağa məcburdur. Bundan başqa verilən təqaüd onu saxlamaq üçün çox azdır. Özü də işləmir. Ona baxmaq üçün yüksək qazanc yeri də yoxdur. Bu vəziyyətdə uşağı saxlamaqda çətinlik çəkir. Əgər qızı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman onun üzərində qəyyum təyin oluna bilər. Əgər qəyyum təyin olunarsa, qəyyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən biraz da olsa ona kömək olacaqdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, X9 xx.xx.2006-cı ildə anadan olmuş, qızı anadangəlmə sağlamlıq imkanları məhdud uşaqdır. Qızı OU-torlu qişanın və görmə sinirinin məməciyinin anadangəlmə hipoplaziyası xəstəliyini daşıyır. Həkim Psixatr Komissiyasının rəyinə görə qızına dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq, davranış və dayaq-hərəki aparatının pozuntuları-F73.1, F80.0, Z74.3, RQ-5 diaqnozu qoyulmuşdur. Qızı xəstəliyi nəticəsində öz hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyildir. Gözdən əlil olduğu üçün onu daimi nəzarətdə saxlamağa məcburdur. Qızı danışa bilmir və görmə qabiliyyəti yoxdur. Qızına özü baxır. Sonda isə məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə bağlı arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 OU-torlu qişanın və görmə sinirinin məməciyinin anadangəlmə hipoplaziyası diaqnozu qoyulmuş və sağlamlıq imkanları məhdud uşaqdır. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 1495 nömrəli rəyindən görünür ki, X7 dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq, davranış və dayaq-hərəki aparatının pozuntuları F73.1, F80, 0, Z74,3, RQ-5 diaqnozu qoyulmuşdur. İş materiallarında olan K.Y.Fərəcova adına X1 X4 epikrizindən görünür ki, X7 G80.1 Uşaq Serebral iflici spastik diplegiya və G82.1 aşağı spastik paraplegiya diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilən X11 arayışından görünür ki, X5 tibbi yoxlanışı əsasında nəticədə hər iki beyin yarımkürəsində, kortikosubkortikal səviyyələrdə MR T2 Flair hiperintens zəif siqnal artımları, köhnə keçirilmiş travma və ya infeksion qaynaqlı və ya minor toksik-metabolik xəstəliklər, şübhəsi yönündən də klinik-laborator olaraq dəyərləndirilməsi və MR nəzarəti məsləhət görülmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notraial təsdiq olunmuş surətindən görünür ki, X8 və Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü X5 valideynləridirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 3521 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X6 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayyəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2006-ci il təvəllüdlü X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-563/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-563/2024
25.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver