Məhkəmə qərarları › İş №2(034)-578/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-578/2024

23.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-578/2024 23.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 iyun 2006-cı ildə anadan olmuş övladı Qasımov Məhəmməd Nadir oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri ünvan 1 ünvanında birlikdə yaşayırlar. xx.xx.2006-cı il təvəllüdlü övladı Qasımov Məhəmməd Nadir oğlu anadangəlmə əlildir. Əlillik müddətsiz verilmiş, daimi kənar şəxsin qulluğuna ehtiyacının olması “Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədində göstərilmişdir. Övladına tək baxır, belə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı var və tək harasa çıxmağa qoymur. Övladı öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Onun yaddaşı və öz fikirlərini izah etmək qabiliyyəti yoxdur, itə bilməsi və digər hallların baş verməməsi üçün evdən tək buraxmaq mümkün deyildir. Ümumiyyətlə, özü-özünə idarə etmək qabiliyyətinə malik deyildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, Qasımov Məhəmməd Nadir oğlu xx.xx.2006-cı ildə anadan olmuşdur. Oğlu anadangəlmə əlildir. Əlillik müddətsiz verilmiş, daimi kənar şəxsin qulluğuna ehtiyacının olması “Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədində göstərilmişdir. .Övladına tək baxır, belə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı var və tək harasa çıxmağa qoymur. Övladı öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Onun yaddası və öz fikirlərini izah etmək qabiliyyəti yoxdur, itə bilməsi və digər hallların baş verməməsi üçün evdən tək buraxmaq mümkün deyildir. Oğlu öz-özünü idarə etmək qabiliyyətinə malik deyildir. Oğlu 3-cü qrup əlildir.Oğluna özü baxır. Oğlu xüsusi məktəbdə təhsil alır. Oğlu yeməyini onun köməkliyi ilə yeyir. Oğlunda əqli gerilik var.Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinin tələbinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə iclasında dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü Qasımov Məhəmməd Nadir oğlu məktəbdə oxumamasını, evdə təhsil almasını, heç bir dostunun olmamasını, anası ilə bir evdə yaşamasını və yeməyini özü yeyə bilməsini bildirmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X2 izahatında ərizəçinin evinə getməsini, uşağın isə izahat verə bilməməsini bildirmişdir. Sonda isə məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-569/2015 nömrəli qətnaməsindən görünür ki, Qasımov Nadir Pəhləvan oğlu ilə Ərizəçi arasında Zəngilan rayonu VVADQ Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 173 sayla qeydə alınmış xx.xx.2006-cı il tarixli nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü Qasımov Məhəmməd Nadir oğlu və xx.xx.2010-cu il təvəllüdlü X8 anaları-Ərizəçi yanında saxlanılmış, Qasımov Nadir Pəhləvan oğlundan xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü Qasımov Məhəmməd Nadir oğlunun və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat məbləğində pulun tutularaq Ərizəçi ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilən nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımov Nadir Pəhləvan oğlu ilə Ərizəçi arasında olan nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq X7 Şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki. Qasımov Məhəmməd Nadir oğluna yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları və nitq inkişafın spesifik pozuntuları diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilən sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 2632/204 nömrəli aktından görünür ki, Qasımov Məhəmməd Nadir oğluna yüngül dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notraial təsdiq olunmuş surətindən görünür ki, Qasımov Nadir Pəhləvan oğlu və Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü Qasımov Məhəmməd Nadir oğlunun valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cəfərova X4 rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Qasımov Məhəmməd Nadir oğluna debillik dərəcəsində ağıl zəifliyi, yüngül kəmağıllıq diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 2906.2006-cı ildə anadan olmuş Qasımov Məhəmməd Nadir oğlu sağlamlıq imkanı məhdud uşaq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 3335 saylı rəyindən görünür ki, Qasımov Məhəmməd Nadir oğlunda kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. Qasımov Məhəmməd Nadir oğlu öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir.Qasımov Məhəmməd Nadir oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.Qasımov Məhəmməd Nadir oğlu onda müəyyən edilən kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü Qasımov Məhəmməd Nadir oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü Qasımov Məhəmməd Nadir oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar