Məhkəmə qərarları › İş №2(034)-588/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-588/2025

05.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-588/2025 05.09.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi Zülfüqar qızının, Maraqlı şəxs iştirakıları ilə, Ərizəçi Zülfüqar qızının Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Zülfüqar qızı Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi barədə» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, maraqlı şəxslə aralarında Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məcburi icra edilməsinin təsdiqi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Zülfüqar qızı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflə öz aralarında razılığa gəldikləri üçün ərizənin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi Zülfüqar qızının Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi barədə» ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi Zülfüqar qızının Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi barədə» ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar