Məhkəmə qərarları › İş №2(034)-695/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-695/2025

26.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-695/2025 26.01.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Zəngilan rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zəngilan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi maraqlı şəxs Zəngilan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü qızı X5 xəstəliyinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmadığından onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1987-ci ildə Zəngilan rayonun Ağbənd dayanacağında doğulmuş və ordada qeydiyyatdadır, məcburi köçkün kimi hazırda ailəsi ilə birlikdə Abşeron rayonunda müvəqqəti olaraq məskunlaşmışdır. X3 ilə birgə nikah münasibətlərindən xx.xx.2007-ci ildə X10 doğulmuşdur. Qızı anadangəlmə xəstədir. Belə ki, o, serebral iflic xəstəliyindən əziyyət çəkir və o, müddətsiz olaraq birinci dərəcəli əllil olmaqla əmək qabiliyyətsizdir. Qızı xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir, demək olar ki, özünü saxlamaq qabiliyyətində deyildir. Xəstəliyinə görə qızına özü baxır, məcburdur ki, onu daima tnəzarətdə saxlayın. Aldığı təqaüd onun müayinə və mülacəsinə çatmır, onun əlavə qazanc və gəlir yeri yoxdur. Heç bir yerdən köməyi yoxdur. Demək olar ki, qızını saxlamaqda çətinlik çəkir. Qızı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman o, qızının üzərində qəyyum təyin oluna bilər. Qızının üzərində qəyyum təyin olunduğu halda ona qəyyum kimi veriləcək yardımla qızını saxlamaq maddi cəhətdən bir az da olsa kömək olacaqdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, X3 ilə birgə nikah münasibətlərindən xx.xx.2007-ci ildə X10 doğulmuşdur. Qızı anadan gəlmə xəstədir. Qızı serebral iflic xəstəliyindən əziyyət çəkir və müddətsiz olaraq birinci dərəcəli əlil olmaqla əmək qabiliyyətsizdir. Qızı xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir, demək olar ki, özünü saxlamaq qabiliyyətində deyildir. Xəstəliyinə görə qızına özü baxır, onu daima nəzarətdə saxlamağa məcburdur. Aldığı təqaüd onun müayinə və müalicəsinə çatmır, onun əlavə qazanc və gəlir yeri yoxdur. Əgər qəyyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım qızını saxlamaqda maddi cəhətdən biraz da olsa kömək olacaqdır. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X8 verilmiş rəylə razı olmalarını bildirərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə, ərizəçini və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 spastik serebral iflic diaqnozu qoyulmuş və müddətsiz olaraq İ dərəcəli əlil hesab edilmişdir. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2007-ci ildə anadan olmuş, atası X9, anası isə Ərizəçidır. -İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4205 nömrəli rəydən görünür ki, yoxlanılan X6 uşaq serebal iflici nəticəsində yaranan orta dərəcəli əqli gerilik, davranış pozuntuları müəyyən edilir. Yoxlanılan şəxs X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyildir. Onu psix vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 317.3. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin X9 ilə birgə nikah münasibətlərindən xx.xx.2007-ci ildə X10 doğulmuşdur. Ərizəçinin qızı anadangəlmə xəstədir. Belə ki, o, serebral iflic xəstəliyindən əziyyət çəkir və müddətsiz olaraq birinci dərəcəli əllil olmaqla əmək qabiliyyətsizdir.xx.xx.2007-ci il təvəllüdlü X10 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir, demək olar ki, özünü saxlamaq qabiliyyətində deyildir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4205 nömrəli rəydən görünür ki, yoxlanılan X6 uşaq serebal iflici nəticəsində yaranan orta dərəcəli əqli gerilik, davranış pozuntuları müəyyən edilir və öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyildir. Buna görə də X10 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Bundan başqa, X2 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Beləliklə məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar